39. SƏN SƏNSƏNSƏ, BƏS MƏN KİMƏM?
Camaat gəlif parkda oturur, duranda bu özünü dəyişih salırmış. Bilmirmiş özü nədi, kimdi. Bu adamın hansı bunun özüdü. Nəysə, bir gün fikirrəşir, deyir ki, hə, deməli mən özümü tanımağ üçün özümə nişanə qoymalıyam. Gətirir indi bu bir dənə boranını qoyur torbaya, asır tokqasının böyrünnən. Gəlir parka, tokqadan da asılı boranı, balaca bir boranı. Görünür yuxuluyurmuş da bu, duranda özünü dəyişih salırmış. Yatır bu. Yatannan sora özünə oxşar bir şəxs gəlir bunun böyründə oturur. Belə baxır, görür ə, bu, boranını belinnən asıf. Fikirrəşir deyir:
– Ə, yaxşı oldu, bu boranını açım bağlıyım öz belimə, görüm duranda bu nağarajax.
Bunun belinnən boranı olan torbanı açır, bağlıyır öz qurşağına, yanı öz tokqasına. Bu oturuf indi bunun böyründə. Bu, yuxudan ayılır. Görür ki, böyründə bir kişi oturuf, boranı da onun belinnən asılıdı, bunun belində də yoxdu. Deyir:
– Baho, dəyişih düşdüm ey.
Fikirrəşir, deyir:
– A qardaş, mən mənəmsə, bəs sən kimsən? Yox, sən mənsənsə, bəs onda mən kiməm?
Orda boranıya görə deyir ha. Boranı bunun belinə bağlıydı, indi bağlıyıf ora, dəyişih salır. Bilmir kim kimdi.
Dostları ilə paylaş: |