Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə76/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   72   73   74   75   76   77   78   79   ...   167
16 Təsviri incəsənət-kurikulum

        Fəal təlimin prinsipləri.  Fəal təlimin tətbiq edilməsi təhsilin məzmunun-
da əsaslı dəyişiklik yaratmağa malikdir. Bunu aşağıdakı kimi belə ifadə etmək 
olar:       
      a) Fəal təlim şagirdyönümlüdür –  belə ki, ilk növbədə şagirdin maraq və 
ehtiyacları,  onun  potensial  imkanları  nəzərə  alınır,  təlim  prosesi  şagirdlərin 
maraq  və  tələbatlarına  uyğunlaşdırılır.  Dərsin  məzmununda  şagirdləri  maraq-
landıran,  düşündürən  nəzəri  və  praktik  məlumatlar  verilməklə  şagird  təhsil 
prosesində mərkəz mövqeyə  gətirilir.   
        b)  Fəal  təlim  tədqiqatyönümlüdür  –  şagirdlər  özlərinə  lazım  olan 
məlumatları  müxtəlif  mənbələrdən,  dərslik,  kitabxana,  praktik  təcrübə,  İKT-
dən istifadə etməklə əldə edirlər və onları ümumiləşdirir, müqayisə edir, eləcə 
də yaşadığı mühitə dair məlumatlar əlavə edir. 
        c)  Fəal  təlim  -  inkişafyönümlüdür  -  şagirdin  özünün  müstəqil  olaraq 
məlumatı  əldə  etməsinə,  təcrübə  qoymasına,  təhlil  aparmasına,  ətraf  aləmi 
müşahidə  etməsinə,  alınan  məlumatları  sərbəst  şəkildə  təqdim  edə  bilməsinə 
əsaslanır.    
        d) Fəal təlim  üçün çeviklik  –  cəldlik  prinsipi səciyyəvidir. Şagirdlər əldə 
etdikləri  bilik  və  bacarıqları  daha  tez  tətbiq  etməklə,  müxtəlif  sahələrdə  bədii 
yaradıcılıqla  məşğul  olmaq  imkanı  əldə  edir,  müxtəlif  vasitələrlə  təsvirlər 
yaradır və onu gündəlik həyata tətbiq edirlər.                                                                                                                                                                                                                                                                                          
 e)  Fəal  təlim  «müəllim–şagird»  «şagird–şagird»  ünsiyyətinə  əsaslanır, 
onlar  dərsin  məzmununu  zənginləşdirmək  üçün  «intervülər»  götürmək, 
müşahidəçi olaraq sorğular keçirmək, milli və ümumbəşəri mədəni dəyərlər, ən 
məşhur  sənətkarlıq  nümunələri  haqqında  münasibət  bildirmək  qabiliyyətlərini 
inkişaf etdirməlidirlər.                    


54 
 
         f)    Fəal  təlim  «birgə  təlim»  prinsipinə  əsaslanır.  Məsələlərin  birgə  həll 
edilməsi,  böyük  və  kiçik  qruplarda  aparılan  iş  bölgüsü,  problemlərin  həllində 
birgə  cavabdehlik  ekskursiya  və  gəzintilərdə,  eləcə  də  sinifdə  müxtəlif 
məzmunlu    tapşırıqların  yerinə  yetrilməsində  şagirdlərin  birgə  iştirakı  tələb 
olunur  ki,  bu  da  onların  arasında  əməkdaşlığı,  ünsiyyət  qurma  qabiliyyətini 
inkişaf etdirir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin