Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


müəllimin  isə  –  istiqamətləndirici,  fasilitator



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə78/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   74   75   76   77   78   79   80   81   ...   167
16 Təsviri incəsənət-kurikulum

müəllimin  isə  –  istiqamətləndirici,  fasilitator  mövqeyinə  malik  olmasıdır. 
Qarşılıqlı  dialoqa  əsaslanan  dərs  prosesi  müəllimə  şagirdi  bərabərhüquqlu 
öyrənən  subyekt  kimi  qəbul  etməyə  əsas  verir.  Bu  prosesdə  şagirdin  abstrakt-
məntiqi  düşünmə  qabiliyyəti  (nəzəri  bilikləri),  konkret  məntiqi  fəaliyyətə 
münasibəti,  yeni  ideyaları  qəbul  etməsi  (yaradıcı),  başqa  insanlarla  ünsiyyət 
yaratmaq  qabiliyyəti,  biliklərin  mənimsənilməsində  əvvəlki  nümunələrdən 
istifadə  etmək  bacarığı  (reproduktiv),  müstəqil  qərar  çıxarmaq  bacarığı  və  s. 
fasiltator – müəllimin diqqətindən kənarda qalmamalıdır. 
          Başqa sözlə, bu prosesdə şagirdin  mövqeyi «axtarış aparan»  «tədqiqatçı» 
mövqeyidir. Belə ki, şagird qarşılaşdığı problemləri  sərbəst və müstəqil şəkildə 
tədqiqat  yolu  ilə  həll  edir,  verilən  suallar  əsasında  araşdırılan  problemin 
istiqamətini müəyyən edir, müqayisə edir, nəticə çıxarır, təsvir olunmuş əşya və 
hadisələrin  xüsusiyyətlərini  təhlil  edir,  onların  təsviri  üçün  materialları,  təsvir 
üsullarını və vasitələrini müəyyənləşdirir.  
         Müəllimin mövqeyi  isə istiqamət verən – bələdçi  (fasilitator) rolundadır. 
Müəllim  şagirdin  tədqiqatı  müstəqil  aparması  üçün  optimal  şərait  yaradan, 
əslində,  yeni  ən  müasir tipli  lider  rolunda çıxış edir. Əslində şagirdi  müşahidə 
edərək  onunla  birgə  fəaliyyət  göstərir,  avtoritar  rejimdən  uzaqlaşaraq  özünü 
şagirddən  yüksəkdə  tutmur,  diqtə  etmir,  əksinə,  şagirdlə  məqsədyönlü  şəkildə 
əməkdaşlıq  edir,  biliklərin  mənimsənilməsi  üçün  istiqamət  verir,  şagirdin 
axtarıcılıq  fəaliyyətini    düzgün  istiqamətə  yönəldir,  biliklərin  tətbiq  edilməsi 
üçün şagirdə praktik olaraq  kömək edir, bir sözlə şagirdə öyrənməyi öyrədir.  
Beləliklə,  müəllimin  dərsin  məzmununa  dair    bilik  və  bacarıqların 
qazanılması yolunda bələdçişagirdin isə bilikləri, bacarıqları əldə etmək üçün 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin