Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


tədqiqatçı  rolunda    çıxış  etməsi  mexanizmi



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə79/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   75   76   77   78   79   80   81   82   ...   167
16 Təsviri incəsənət-kurikulum

tədqiqatçı  rolunda    çıxış  etməsi  mexanizmi  fəal  təlim  prosesində    müəllim 
işinin  mahiyyətinə ənənəvi təlimdən çox fərqli olan yeni istiqamət verir:  
Fasilitator kimi müəllim: 


56 
 
1. Problem şəkilində suallar qoymaqla şagirdləri fəallaşdırır, diskussiya yaradır.  
2.  Biliklərin  müəllim  tərəfindən  hazır  şəkildə  ötürülməsinə  deyil,  şagirdlər 
tərəfindən aşkar edilməsinə şərait yaradır. 
3.  Şagirdin  problemə    dair  düşüncəsini    lazımı  məcraya  yönəldir  və  inkişaf 
etdirir. 
4. Şagird ehtiyaclarını öyrənir və onun potensial imkanlarının üzə çıxmasına nail 
olur. 
5. Fəal təlim üçün tələb olunan şərtlərdən biri  psixoloji dəstək mühitinin lazımı 
səviyyədə saxlanılmasıdır. Dərs prosesində  müəllim və şagird arasında qarşılıqlı 
hörmət, bir-birinə etibar, inamın zəruriliyi vacib şərtlərdir. Bunun üçün müəllim-
dən  hər  bir  şagirdi  özünə  yaxın  dost,  hörmətli  şəxsiyyət  kimi  qəbul  etmək, 
sinifdə  mövcud  olan  mühiti  həssaslıqla  duymaq  qabiliyyəti  tələb  olunur. 
Şagirdlər  dərs  prosesində  müzakirə  zamanı  irəli  sürdükləri  fikirlərin  hörmətlə 
qarşılanacağına,  ciddi  qəbul  ediləcəyinə  inanmalı,  uğursuzluğun  qorxusundan 
xilas olmalıdırlar. Müəllim sinifdə psixoloji mühiti elə yaratmalıdır ki,  şagirdlər 
müstəqil şəkildə öz fikirlərini irəli sürsünlər, ideyalarını əsaslandırsınlar. Onların 
əhəmiyyətini,  tətbiq  edilməsi  yollarını  təyin  etməkdə  və  eləcə  də  müxtəlif 
təsvirlər  üzərində  işləməkdə,  fərdi  qabiliyyətlərini,  bacarıqlarını,  layihələrini 
təqdim etməkdə sərbəst olsunlar.   
 
Dünya  təcrübəsi  göstərir  ki,  fəal  (interaktiv)  təlim  metodu  dərsin 
keyfiyyətini  artırmağın  təsirli  vasitəsi  olmaqla  şagirdlər  üçün  təlim  prosesini 
daha  maraqlı  və  cəlbedici  edir.  Fəal  təlim  həm  məzmunun  öyrənilməsini,  həm 
də  tətbiqin  səmərəliliyini  artırırmaqla  şagirdlərin  dərketmə  qabiliyyətini  daha 
çox fəallaşdırır. 
 
Standartlar  nəticəyönümlü  və  şagirdyönümlü  olduğundan  onların  reallaş-
dırılmasında  fəal  təlim  metodlarından  istifadə  edilməsi  qaçılmazdır.  Çünki  fəal 
təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçı-
ları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur. 
 
Fəal  təlim  müasir  şəraitdə  pedaqoji  prosesin  qurulmasına  yeni  yanaşma 
olmaqla, şagirdlərin təkcə yaddaşının yeni elmi biliklərlə zənginləşməsinə deyil, 


57 
 
həm  də  yaradıcı  təfəkkürün  inkişaf  etdirilməsinə,  ən  mühüm  bilik,  bacarıq, 
vərdiş, keyfiyyət və dəyərin əldə olunmasına yönəldilir. Bu zaman şagirdlər açıq 
sual  vermək,  problemləri  araşdırmaq,  tədqiqat  aparmaq  və  müzakirə  etmək 
imkanı  qazanırlar.  Onlar  təlim  materiallarının  mənimsənilməsi  prosesində  fakt 
və  hadisələrin  səbəb-nəticə  əlaqələrini,  qanunauyğunluqlarını  aşkar  etməyi, 
nəticə çıxarmağı, ümumiləşdirmələr aparmağı öyrənirlər. 
 
Beləliklə, şagirdlər həm tədris, həm də sosial xarakterli problemlərin müs-
təqil  həllinə  cəlb  olunur,  müxtəlif  informasiya  mənbələrindən  istifadə  edir, 
sistematik olaraq müstəqil şəkildə bilik ehtiyatını artırırlar. 
 
Fəal/interaktiv təlim metodlarının xarakterik xüsusiyyətləri: 
1.  Diqqət ilk növbədə şagird şəxsiyyətinin formalaşdırılmasına yönəldilir. 
2.  Müəllim  təlim  fəaliyyətinin  əlaqələndiricisi,  şagirdlərin  məsləhətçisi 
və köməkçisi  kimi çıxış edir. 
3.  Problemin həlli  prosesində şagird fəal tədqiqatçı olur. 
4.  Bilik və bacarıqlar şagirdlər tərəfindən müstəqil əldə edilir. 
5.  Müəllim–şagird,  şagird–şagird  arasında  əməkdaşlıq  üçün  şərait 
yaranır. 
6.  Dərsin inteqrativ təşkilinə üstünlük verilir. 
7.  Qeyri-standart dərslərin təşkilinə geniş yer verilir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin