Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ



Yüklə 158,25 Kb.
səhifə20/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   16   17   18   19   20   21   22   23   ...   32
Vaxtı qabaqlayıb yorasıyam mən.

Dəli dalğalarla durub üz-üzə

Dayazı, dərini sorasıyam mən.

Yaradan kimsəyə nə qış, nə payız,

Bir qələm gərəkdir, bir də ağ kağız.

İncilər sinəmdə saysız-hesabsız

Hələ çox naxışlar vurasıyam mən
Bu südə, sümüyə, qana and içim

Namusa, qeyrətə, sana and içim.

Nəyə deyirsiniz, ona and içim

Bu dünya durduqca durasıyam mən” [13]
Bu mətndə “Bu dünya durduqca durasıyam mən” yuxarıda verilən fikrin məntiqi yekunu kimi işlənir. Başqa misal: C. Məmmədquluzadənin “Anamın kitabı” əsəri də belə bir sonluqla bitir. (Evdə bir kitab qaldı, o da anamın kitabı idi). Əsər boyu üç qardaşın timsalında verilən hadisələr onların mənəvi aləminin açılışına xidmət edir. Əsərin sonluğu isə yazıçı mövqeyinin təmsili kimi obrazın dili ilə verilir və bütövlükdə qeyd olunan əsərin məzmununu əhatə edir.

Bədii mətn kimi “Molla Nəsrəddin lətifələri” və Şərq ədəbiyyatına aid didaktik bədii mətnlər bu prinsip əsasında qurulmuşdur.

Makromətn quruluş və məzmun cəhətdən də mikromətnlə müəyyən oxşarlıqlara malikdir, çünki hər ikisində mətn komponentləri iştirak edir, hər ikisi informasiya daşıyandır. Lakin mikromətnlərdən fərqli olaraq, makromətnlər həm struktur komponentlərinə, həm də informasiya həcminə görə fərqlənir. Biz bu xüsusiyyətləri nəzərdən keçirəcəyik. Məsələnin belə qoyuluşu ümumən mətnin quruluş prinsipləri barədəki fikirlərə yeni faktlar verir, onu zənginləşdirir. Digər tərəfdən məsələnin forma və məzmun tərəfinin əsas tutulması mikro və makromətnin prinsipial cəhətlərini üzə çıxarmağa imkan verir.

Mətnin bu istiqamətdə tədqiqi müxtəlif aspektlər içərisində onun linqvistik mahiyyətini üzə çıxarır. Məhz buna görədir ki, tədqiqatçılar N.S. Valginanın dediyi kimi, “ilkin olaraq mətnin struktur və məzmun tərəfinə xüsusi diqqət yetirirlər” [80; 128, s.9; 4, s.233-259]. Y.A. Selivanova mətnin qurulmasının psixolinqvistik əsaslarını şərh edərkən məsələnin koqnitiv əsaslarına xüsusi əhəmiyyət verir. O qeyd edir ki, mətnin təşkilinin N. Xomskinin dərin və səthi struktur nəzəriyyəsinə əsasən həm dərin, həm də səthi quruluşu var [123, s.3]. İstənilən mətn forma və məzmun vəhdətinə malikdir. Qeyd olunan bu əlaqəlilik həm mikro, həm də makromətni əhatə edir. İstənilən makromətnin mikro hissələri var, onlar makromətnin qurucu komponentləridir. Onlar da öz həcmi çərçivəsində dərin struktura malikdir və xətti düzülüşə malik xarici strukturda – üst səthdə təzahür edir. Belə bir bağlılıq informasiyanın həcmindən asılı olaraq makro və mikrostruktura yerləşdirilməsindən ibarət olur. Eyni informasiyanı müxtəlif fərdlər bir neçə cür ifadə edə bilər ki, burada yazıçının modallığı, yazıçının intellektual səviyyəsi mətnin xarici nitqdə strukturlaşması zamanı mühüm rol oynayır [108, s.80-84]. Əgər bu məsələyə bir qədər geniº çərçivədən baxsaq, onda eyni hadisəyə aid olan bədii, elmi, publisistik üslublara aid diskursların dərin qata müvafiq olaraq üst qatda strukturlaşması müxtəlif özəlliklərlə müşayiət olunduğunu görə bilərik. Bu həm mikro, həm də makromətn səviyyəsində özünü göstərə bilər. Məsələn: Şah İsmayıl Xətainin həyatından bəhs edən həm bədii, həm də elmi-tarixi diskursdan söhbət gedə bilər. Bu vaxt mətnin qurulmasının prinsipləri eynidir (həm makro, həm də mikro səviyyədə); mövzu da eynidir. Məsələn: F. Kərimzadə “Xudafərin körpüsü”; Ə. Cəfərzadə. “Bakı 1501”. Eləcə də tarixi sənədləri də bura aid edə bilərik. Onların nitqdə təqdimi ümumi prinsiplər əsasında qurulur.

Bu vaxt mikromətnlə makromətn arasında oxşarlığı belə ifadə etmək olar: həm mikro, həm də makromətn daxili komponentlərin əlaqələnməsi əsasında formalaşır. Əgər mikro üçün daxili komponent cümlədirsə, makromətn üçün mikromətnlərdir; bu gün mikromətnlərdə onların sayı hədsiz dərəcədə çox ola bilər. Deməli, cümlələr mikromətnlərin, mikromətnlər isə makromətnlərin qurucu vahidləridir.

Mikromətnlərin mətn semantikası kiçik radiusludur, onlar makromətn kontekstində böyük bir mətnin informasiyasının verilməsinə xidmət edir. T.V. Milevskaya yazır ki, mətnin əlaqəliliyi mətn yaradıcısının mental sferasında struktur biliklər arasında relevant əlaqələrin müəyyənləşməsinin ilkin stadiyasında baş verir [110, s.44-51; 101, s.44-51]. Mətndə daxili əlaqəlilik ümumiləşdirilərək iki şəkildə təqdim olunur: qlobal və lokal əlaqəlilik kimi. Qlobal əlaqəlilik roman, povest, hekayə və s. bədii mətnləri əhatə edir. Lokal bağlılıq deyəndə isə müəyyən hadisə və faktlar zaman, məkan və səbəb-nəticə əlaqəsini əks etdirən bağlantı nəzərdə tutulur və bu bağlantı leksik, morfosemantik və məntiqi səviyyədə ifadə olunur. Həm mikro, həm də makromətn səviyyəsində müşahidə olunan əlaqəliliyi mətnşünaslar son dövrlərdə bir qədər də konkretləşdirmişlər [126]. Onlar qlobal əlaqəlilik deyəndə mətnin məna bütövlüyünü, lokal əlaqəlilik deyəndə isə struktur əlaqələnmə nəzərdə tuturlar [148]. Deməli, lokal əlaqəlilik hər iki səviyyədə oxşardır. Qlobal əlaqəlilik də hər iki səviyyədə fikri bütövlük kimi daxili bütövlüyü təmin edir. F.Daneş mətni əlaqəlilikdən danışarkən yuxarıdakı terminlərə uyğun gələn “koheziya” və “koherentlik” dən istifadə etmişdir [148].

MSB-lərarası əlaqələndirmə vasitələri. Mətn dilçiliyində bu problemlə bağlı kifayət qədər tədqiqatlar vardır [149]. Azərbaycan dilçiliyində bu istiqamətdə aparılan tədqiqatlar yuxarıda qeyd olunan nəzəri mənbələrdən qidalanır. Buna da səbəb mətn dilçiliyinin öyrənilməsi ənənəsinin dilçiliyimizin son dövrlərinə aid olması ilə bağlıdır. Bütün bunlara baxmayaraq, K.M. Abdullayev və A.Y. Məmmədovun mətn dilçiliyi ilə bağlı tədqiqatları bu sahənin inkişafına güclü təkan verdi, elmi axtarışlar genişləndi, həm Azərbaycan dili, həm də tipoloji istiqamətdə xeyli tədqiqat əsərləri meydana gəldi. Bunların içərisində A.Y.Məmmədovun tədqiqatları [43 ; 31, s.184-211] xüsusilə seçilir.

MSB-lərarası əlaqələndirmə vasitələrindən bəhs edərkən A.Y.Məmmədov yazır: “Makromətnin təşkili mikromətnin və yaxud mürəkkəb sintaktik bütövün təşkili prinsiplərinə uyğundur. Məsələn, oxşar semantik münasibətlər hər iki səviyyədə eyni formal əlaqə vasitələrinin yardımı ilə həyata keçə bilər. Adətən heç bir semantik münasibət digərindən izolə edilmiş şəkildə mətnlə işləm məqamına malik deyil, bir tip münasibətlərə digərləri də əlavə oluna bilər. Bundan başqa, mikromətnlərdə bir semantik münasibətin əvvəlki komponentlərdən son komponentlərədək özünü göstərməsi vacib deyil. Qeyd etdiyimiz kimi, bu semantik münasibətlər formal struktur əlaqə vasitələri ilə sıx qarşılıqlı bütöv təşkil edir və onların mətndə mövcudluğu həmin vasitələrsiz mümkün deyil” [5, s.185].

MSB-lərarası əlaqələndirmə vasitələrinin bir qismi bağlayıcılar və modal sözlərdir. Dilçilikdə bağlayıcıların bağlanma funksiyası haqqında həm morfoloji, həm də sintaktik səviyyədə bəhs olunur. Mikromətnlərarası əlaqələndirmə funksiyası bağlayıcıların funksional dairəsini daha da genişləndirir; bunları sintaktik səviyyəyə aid edirik. Deməli, bağlayıcılar nəinki sözləri və cümlələri, həm də mikromətn daxili komponentləri, eləcə də mikromətnləri də bir-biri ilə bağlayır. Yaxud, modal sözlər. Bildiyimiz kimi, modal sözlər cümlə ilə qrammatik cəhətdən bağlı olmasa da, semantik cəhətdən onunla sıx bağlıdır. Onun mikromətnin komponentlərini, eləcə də mikromətnləri bir-biri ilə bağlaması onların morfosintaktik funksiyasına aiddir. Deməli, indiyə qədər dərs vəsaiti və dərsliklərdə bu nitq hissələrinin funksiyası ilə bağlı məsələlərə mətn dilçiliyi nöqteyi-nəzərindən də aydınlıq gətirmək lazımdır.

Formal əlaqə vasitələrinin həm mikro, həm də makromətn səviyyəsində oxşar funksiyanı yerinə yetirməsi təbiidir. Çünki mətnin qurulma prinsipləri müəyyən qədər oxşardır. Məsələyə aydınlıq gətirməkdən ötrü makromətnin qurulmasında iştirak edən bağlayıcıların funksional xüsusiyyətlərini nəzərdən keçirək:

“Və” bağlayıcısı:

“…– Sən mərhəmətlisən. Xaron... Mərhəmətli Xaron... – kölgənin səsi yenə də həmənki kimi nəvazişli, hətta qılıqlıdır.



Və Xaron ilk dəfə öz vəzifəsini sonadək yerinə yetirmir. Avar çəkməyini dayandırmır, qayığın burnu obiri sahilə toxunanda Xaron imkan verir ki, kölgə sahilə qədəm qoysun və Aidin zülmətində əriyib gözdən itsin. Beləliklə, ilk dəfə olaraq kölgə Aidin səltənətinə öz yaddaşı ilə daxil olur”[1, s.59].

“Və” bağlayıcısı iki MSB-də verilən informasiyanı bir-biri ilə əlaqələndirir. Onun morfosemantikası imkan verir ki, əvvəlki MSB-də verilən hadisənin davamı ifadə olunsun. Əgər əvvəlki mikromətnin ziddinə fikir verilsəydi, ikinci mikromətn birinci ilə qarşılaşdırılsaydı, “amma”, “ancaq”, “lakin” bağlayıcılarından biri işlənərdi. Əsərdə hadisələrin inkişaf xətti elə qurulur ki, “və” bağlayıcısının funksiyası struktur-semantik (iki mətn arasından) əlaqəliliyə xidmət edir; həmin bağlayıcı “və bunun nəticəsində” anlayışına yaxın məna ifadə edir. Bu cür bağlantılarda mətn semantikaları bağlayıcıların morfosemantik çalarını müəyyənləşdirir.

Bəzən də leksik vahidlərə rast gəlmək olur ki, onların qrammatikləşməsi onları bağlayıcılara yaxınlaşdırır, onlar arasındakı funksional fərq itir:

Sofi yaxınlaşdıqca o qara bulud topası enib-qalxırdı, hərəkət edirdi.



Sofi yaxınlaşdıqca o qara bulud topasından qarğa-quzğun səsi gəlirdi, gülün, çiçəyin, otun ətrinə dünyanın ən tükürpədici qoxusu qarışırdı və bu qoxu getdikcə artırdı.


Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin