Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə33/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   29   30   31   32   33   34   35   36   ...   171
DovletMaliyesiEnSonHali2015

1. Vergilərin Artırılması
Dövlətin dövlət xərclərini qarşılamaq məqsədi ilə dövləti meydana gətirən adam və təşkilatlardan qarşılıqsız və məcburi götürdüyü vergilər ilə bənzəri gəlir mənbələri büdcə kəsirlərinin aradan qaldırılmasında da əhəmiyyətlidir. Büdcə kə-sirlərinin aradan qaldırılmasında başqa gəlir mənbələri olmaqla birlikdə, vergi və bənzəri gəlir mənbələri daha sabit bir quruluş təklif etdiyindən, seçilən gəlir mənbələridir.
1980-ci illərdə BVF və Dünya Bankı Latın Amerikası ölkələrində yaşanan iqti-sadi istiqrazızlıqlara qarşı dövlət gəlirlərini artırıcı tədbirlər arasında, vergi siste-mində məhsuldarlığı və fəaliyyəti təmin edəcək vergi islahatlarının edilməsini və vergi idarəsinin inkişaf etdirilərək qaçaqçılığın önlənməsini əvvəlcə qarşıya qoy-muşlar. Ayrıca, vergi islahatları ilə vergi sistemini sadələşdirməyi və vergi gəlirlə-rini artırmağı qarşıya məqsəd qoymuşlar.
İMF -nin tələbi qısıcı tədbirləri içində vergi gəlirlərinin artırılması standart hala gəlmişdir. Ölkəmiz iqtisadiyyatında tətbiq olunan 1994-cü il Sabitlik Proqramında da vergi sistemində fəaliyyəti və ədaləti təmin edici, gəlirləri artırıcı tədbirlər işti-rak etməkdədir.
Vergi və bənzəri gəlirlərin artırılmasında göz qarşısında saxlanılması lazım olan bəzi qanunlar vardır. Bunlar:
1- Vergi qoyma əməliyyatlarında dövlətin qanuniliyi artırılaraq zəiflədilməmə-lidir. Xüsusilə vergi öhdəliyinin ödəyicilər arasında bölgüsünda, üfüqi və şaquli ədalətin təmin edilməsi cəhətdən lazımlı əməliyyatların reallaşdırıl-masında diqqətli olunmalıdır.
2- Vergi sistemi iqtisadi rifahı inkişaf etdirici fəaliyyətə sahib olmalıdır.
3- Vergi əməliyyatlarının idarəsi asan və iqtisadi olmalıdır. Yəni idarənin ver-gi məcmu xərcləri minimizə edilərək vergi gəlirindən kiçik olmalıdır.
Fərdlərdən dövlətə mənbə transferi edən vergi və bənzəri gəlirlərdəki artım iqtisadi əlaqələrə təsir etməkdədir. Vergiqoyma sonrası iqtisadi vahidlər davranış-larını içində olduqları vəziyyətə görə yenidən nizamlayar. Dövlətin etmiş olduğu xərcləri buna bərabər vergiqoyma əməliyyatı ilə maliyyəyə etdiyini fərz edərək vergi qoymanın qısa və uzun dövrdə cəmi ərzi təsir etməsinə görə iqtisadiyyatda tarazlıq nöqtəsinin yeri şəkil köməyi ilə araşdırıla bilər.
Vergi nisbətlərindəki artımın iqtisadi inkişafı təmin etməyəcəyi, əksinə, zərər verəcəyi təklifyönümlü iqtisadçılar tərəfindən də dilə gətirilmişdir. Onlara görə vergilərdəki artımın tərsinə vergi endirimləri iqtisadi səyləri və fəaliyyətləri təşviq edəcək. Beləcə, əlavə istehsal fəaliyyətləri milli gəlir və vergi gəlirlərində artımlara səbəb olacaq. Yüksək vergilər, vergiyə tabe olan malların istehlakını azaldaraq və ya vergi qaçaqçılığına gətirib çıxararaq aşağı vergilərin təmin edəcəyi gəlirdən daha az gəlir təmin edəcək.
Təklifyönümlü iqtisadçıların irəli sürdüyü vergi endirimləri yoluyla iqtisadi böyümənin təmin edilə bilməsi üçün Buchanan və Leenin üzərində dayandığı iki xüsusiyyət var.
a - təklifyönümlü iqtisad uzun dövrü əsas götürdüyündən, qısa dövr vergi endi-rimləri ilə cəmi bazar istehsalının və vergi gəlirlərinin artmasını gözləmək doğru deyil;
b - vergi ödəyicilərinə vergi dərəcələrinin müəyyən bir müddət dəyişməyəcəyi barəsində zəmanət verilməlidir.
Təklifyönümlü iqtisad (Supply-Side Economics) 1980-ci il sonrası ABŞ xaricində, İngiltərə, Almaniya, Yaponiya kimi inkişaf etmiş ölkələrdə də inkişaf etmişdir. Eyni zamanda, bəzi beynəlxalq təşkilatların təsiri ilə az inkişaf etmiş ölkələrdə də tətbiq olunmuşdur. Ancaq ABŞ iqtisadiyyatında 1985-ci ildə xüsusilə xərclərin də təsiri ilə büdcə defisıtinin 200 milyard dollara çatması təklifyönümlü siyasətlərin tənqid olunmasına səbəb olmuşdur
Bu vaxt xüsusilə inkişaf etməkdə olan ölkələrdə görülən kölgə iqtisadiyyatının varlığı, gəlirləri artırma mübarizəsini vergiləri artırmaqdan çox, qeydsiz fəaliyyət-ləri qeyd altına almağa istiqamətlənməkdədir. Yəni vergi yükünün artırılması mövcud ödəyicilərin öhdəliyinin daha da artırılması ilə deyil, ödəyici əhatəsinə girməmiş seqmentlərin vergi ödəyicisi edilməsi ilə reallaşdırılacaq. Məsələn, inkişaf etməkdə olan ölkələrdən biri olan Türkiyədə büdcəyə daxil vergilərin ÜDM -ə nisbəti 22'% -dir. Halbuki eyni nisbətin Avropa Birliyi ortalaması 30% ətrafındadır. Azərbaycanda da bu nisbət 25% ətrafındadır
Qeydiyyat xarici qalan sektorun (Kölgə iqtisadiyyatının) qeydiyyat altına alına bilməsi üçün bir sistemin qurulması lazımdır. Bunun üçün ümumiləşdirilmiş sistem qaldırılmalı, ƏDV dərəcələri aşağı salınaraq tətbiqi sadələşdirilməli, vətəndaşların vergi şüuru inkişaf etdirilməlidir. Eyni zamanda, vergi məcəlləsi sadə və aydın bir şəklə salınmalı, maliyyə təşkilatının keyfiyyət və məlumatı artırılaraq ödəyici üzərində nizamlı və təsirli yoxlamalar təmin edilməlidir.
İnkişaf etməkdə olan ölkələrdə kölgə iqtisadiyyatının qeydiyyata alınması döv-lət gəlirlərinə artırıcı bir təsir etməkdədir. İnkişaf etməkdə olan ölkələrin daxilində olan inflyasiya problemi də dövlət gəlirlərinə bir vergi kimi artırıcı təzyiq göstər-məkdədir. Belə ki, büdcə kəsirinin vergilər yerinə pul basaraq maliyyəyə etdiyində inflyasiya səbəbi ilə fərdlərin əlində tutduğu real balansların dəyəri azalmaqdadır. Xalq real pul balanslarının dəyərini qorumaq üçün dövlətin basdığı pullarla nomi-nal balanslarına təsir etdiyində dövlət özünü inflyasiya vergisi ilə maliyyə etmiş olmaqdadır. Lakin ənənəvi vergi sisteminin pozulduğu yüksək inflyasiya şərt-lərində dövlətin inflyasiya vergisindən faydalanma səyləri inflyasiyanı daha da artı-racağından bu cür vergi qoyma davam etdirilməsi mümkün olmayan bir üsuldur.
İnflyasiyanın iqtisadiyyatda sabitliyi pozucu təsirə sahib olması səbəbi ilə inflyasiya vergisinin davam etdirilməsi yerinə inflyasiyadan xilas olmaq üçün vergi və bənzəri gəlirləri artırıcı yöndə tətbiqlər edilməkdədir. Məsələn, 1989-cu ildə Argentinada Carlos Menem iqtidara gəldiyində, inflyasiya ayda 200 % artımla illik 4923'% lərdə ikən 1995- ci ildə 4% -lərə düşmüşdür. Bu dövrdə vergi qoyma ilə əlaqədar olaraq alınmış olan tədbirlər belədir: əvvəlcə bütün mal və xidmətlər üzərinə ƏDV tətbiqi başladılmışdır. Bank əməliyyatları vergiyə tabe tutulmuşdur. Vergi gəlirlərini və vergi fəaliyyəti artırıcı tədbirlərin yanında vergi rəhbərliyi gücləndirilmiş, vergi yoxlamaları inkişaf etdirilmişdir.
İqtisadi baxımdan vergilərin artırılması vergi gəlirlərinin ictimai sektorunda xüsusi sektordan daha yaxşı istifadə edilməsinə bağlıdır. Ancaq ictimai sektor vergi yığmaq və vergi gəlirlərini daha yaxşı istifadə etmək üzrə qurulmuş təşkilatlar ol-madığından, vergi və bənzəri gəlirlərdə bir sərhəd olmalıdır. Bu sərhəd fizyokratlarca vergi ödəyicilərinin fərdi gəlirinin 20 % -ini aşa bilməz şəklində ikən, müasir iqtisadçılardan Kolin Klarka görə vergi gəlirləri milli gəlirin 25 % -ni keçə bilməz şəklindədir. Bu sərhədlər elmi əsaslardan çox təcrübəyə söykənən nisbətlərdir. Bu mövzuda ümumi dəqiq bir nisbət yoxdur. Ancaq vergiqoymada meydana gələcək üst limiti iqtisadiyyatların inkişaf səviyyəsinə bağlıdır. Bu tavan inkişaf etmiş ölkələrdə yuxarı olarkən , az inkişaf etmiş ölkələrdə aşağıdır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin