Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə67/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   242
Məlumatverici funksiya– öyrəniləcək materiala dair biliklərin həcminin dəqiqləşdirilməsi genişləndirilməsi.

  • Nəzarət – təshihedici funksiya– təlim nəticələrinin yoxlanılması, həmçinin, bacarıq və vərdişlər formalaşdırılmasını təmin edəcək müxtəlif çalışmaların mövcudluğu.

    Dərsliyin tərtibinə verilən tələblər:

    • Dərslik tədris proqramı əsasında yazılmalı və orada verilmiş nəzəri biliklərdə elmin son nailiyyətləri əks etdirilməlidir. Burada elmin aparıcı ideyaları (anlayış, qanun, teorem və nəticələr) qabarıq verilməli, onların aydın və inandırıcı şərhi təmin edilməlidir. Son illər bir çox xarici ölkələrin məktəblərində təhsilin məzmunu iri bloklarda təqdim edilir və sonra bütün kurs onun əsasında qurulur.

    • Dərslik təlimin tərbiyəedici və inkişafetdirici vəzifələrini yerinə yetirməlidir. Mövzunun xarakterindən asılı olaraq dərslik şagirdlərdə dialektik təfəkkürün, elmi dünyagörüşünün, mənəvi keyfiyyətlərin, habelə zehni qabiliyyətlərin formalaşmasına kömək etməlidir. Mövzuların şərhində fəndaxili və fənlərarası əlaqələrdən yeri gəldikcə istifadə edilməlidir.

    • Dərslik şagirdlərin müstəqil fəaliyyəti üçün əlverişli şərait yaratmalı, onları özünütəhsilə istiqamət-ləndirməlidir. Bu məqsədlə dərslikdə təhsil əməyi bacarıq-larına (zehni məsələlərin həllinə, problemlərin izahına, suallara cavab tapmağa və s.), çalışmalara, sual və tapşırıqlara yer verilməlidir.

    • Dərslik gigiyenik cəhətdən düzgün qurul-malıdır. Kitabda şriftlərin ölçüsü, kağızın rəngi, sətirarası məsafələr, mövzuların, paraqrafların, anlayışların aydın verilməsi, təriflərin qabarıq göstərilməsi materialın qavranılmasını asanlaşdırır.

    İxtisas: Təhsildə sosial psixoloji xidmət

    Kurs: I

    Fənn: Pedaqogika

    Mövzu: VIII mövzu: TƏLİMDƏ MOTİVLƏŞDİRMƏ

    Ədəbiyyat siyahısı:



    1. Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.

    2. İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh

    3. Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh

    4. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh

    5. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.

    6. Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.

    Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
    PLAN

    • Motivləşdirmə və motivlər haqqında anlayış.

    • Təlim maraqlarının formalaşdırılması.

    • Təlimin stimullaşdırılması qaydaları.



    Yüklə 298,36 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   63   64   65   66   67   68   69   70   ...   242




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin