Təlimdə elmilik prinsipi tələb edir ki, elmlərin təsdiq etdiyi müasir biliklər təhsilin məzmununa daxil edilsin və təlim prosesində həmin biliklər praktik bacarıq və vərdişlərə çevrilsin.
Elmilik prinsipinin əhəmiyyətini beş istiqamətdə görmək olar:
ayrı-ayrı elmlər sahəsində üzə çıxarılan yeniliklər ümumiləşdirilərək şagirdlərin başa düşəcəkləri şəkildə təhsilin məzmununa qovuşur; bu zaman praktik materialla nəzəri anlayışların nisbəti gözlənilməlidir;
şagirdlərin dərketmə imkanları vaxtaşırı nəzərdən keçirilir və bunun sayəsində nəzəri anlayışların siniflər üzrə öyrədilməsində müvafiq dəyişikliklər aparmaq, mümkün olur;
müxtəlif elmlərin tədqiqat üsullarında əmələ gələn yeniliklər də müvafiq formaya salınaraq təlim prosesinə gətirilir;
tədris proqramı və dərslikdə verilən təlim materialı elmin məntiqinə və ardıcıllığına uyğun tərtib olunur və sistemli öyrənilməsinə şərait yaradır;
bu prinsip günbəgün artan elmi nailiyyətlərin qarşılaşdırılması və təhlilinə imkan verir. (N.Kazımov)