Kurs: I fənn: Pedaqogika


III Təlimin stimullaşdırılma qaydaları



Yüklə 298,36 Kb.
səhifə72/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   242
III Təlimin stimullaşdırılma qaydaları.

Müasir anlamda stimullaşdırılma – yəni şagirdi hansısa hərəkətə təhrik etmə, qıcıqlandırma deməkdir. İndiki pedaqogika şagirdi zorla öyrənməyə məcbur etməyin əleyhinədir. Təlimi şagird üçün maraqlı məşğələ, fəaliyyət növünə çevirmək lazımdır.

Stimullaşdırma qaydalarına misal olaraq aşağıdakıları göstərmək olar:


  • şagirdin arzularına istinad edin. Uşağın istəklərinə qarşı çıxmayın; əgər bu istəklər pedaqoji məqsədlərə uyğun deyilsə, onları istiqamətləndirin;

  • müqayisə edin, misallar gətirin;

  • şagirdlərinizi nəyi isə möhkəm arzulamağa məcbur edin;

  • uşaqları başa düşməyə çalışın. Uşaqda təlim maraqları olmaya bilər, amma oyuna, pula, qalib gəlməyə, liderliyə, müvəffəqiyyət qazanmağa həvəs ola bilər. Bu maraqları “yardımçı” hesab etmək olmaz. Bu “yardımçı” maraqları güclü tərbiyə stimuluna çevirməyin çox müxtəlif üsulları mövcuddur;

  • şagirdləri maraqlandıran şeylərdən çox danışın. Daha doğrusu, pedaqoji məsələnin həllinə, uşağa təsir etməyə məhz bundan başlayın. “İnsanı öz adı dünyadakı bütün adların məcmusundan daha çox maraqlandırır” (D. Karnegi). Nə qədər qadağan olunsa da, uşaqlar öz adlarını hara gəldi yazmağı xoşlayırlar. Hansısa bir işdə fərqlənən uşağın adını (xüsusən ibtidai siniflərdə) böyük hərflərlə lövhədə, xüsusi stenddə yazın;

  • uşaqları həyata keçirməyə çalışdıqları işə həvəsləndirin;

  • başqaları tərəfindən qəbul edilmək arzularını rəğbətləndirin;

  • uşaqlara öz hərəkətlərinin nəticələrini görməyi, qiymətləndirməyi öyrədin;

  • uşaqların üstünlüklərini, nəyəsə layiq olduqlarını qəbul edin;

  • gördükləri işin cəlbediciliyini artırın;

  • tələbdən onun izahı ilə birlikdə stimul kimi istifadə edin.”Bu işi görmək lazımdır, çünki...“;

  • şagirdə şans verin;

  • uşağın özündənrazılıq hissindən istifadə edin;

  • müvəffəqiyyətləri başqalarının yanında müqayisə yolu ilə alqışlayın;

  • tərifləyin, tərifləyin və bir daha tərifləyin.

İxtisas: Təhsildə sosial psixoloji xidmət

Kurs: I

Fənn: Pedaqogika

Mövzu: IX mövzu: TƏLİMİN PRİNSİPLƏRİ
Ədəbiyyat siyahısı:


  1. Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.

  2. İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh

  3. Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh

  4. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh

  5. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.

  6. Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru

PLAN


  1. Təlim prinsipləri haqda məlumat.

  2. Təlimin həyatla, əməklə əlaqələndirilməsi prinsipi.

  3. Təlimdə elmilik prinsipi.

  4. Sistematiklik və ardıcıllıq prinsipi.

  5. Təlimdə əyanilik prinsipi.

  6. Şüurluluq və fəallıq prinsipi.

  7. Biliklərin möhkəmləndirilməsi prinsipi.

  8. Müvafiqlik prinsipi.

  9. Fərdi yanaşma prinsipi.



Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin