monitorinqin (AKMQS) təşkilidir. Aerokosmik monitorinq
dedikdə, geoloji mühitin vəziyyətinin və onun təbii və texniki
amillərin təsiri altında məkan və zaman ərzində dəyişməsini əks
etdirən, reqlament üzrə dövrü distansion müşahidə sistemi kimi
başa düşmək lazımdır. Aerokosmik monitorinqin məqsədi –
geoloji mühitin vəziyyətini operativ izləmək və nəzarət,
lokal
regional proqnoz üçün distansion informasiyanın istifadəsi,
onların təbii və antropogen amillərin təsiri altında dəyişməsini
öyrənməkdir. AKMQS-n obyekti, distansion zondlamanın
materiallarında birbaşa və ya dolayı əks olunan geoloji mühitin
dəyişən hissələridir: süxurların fiziki – mexaniki və davamlılıq
xassəsi; qrunt sularının yatım dərinliyi və minerallaşması;
müasir geoloji proseslərin
həm təbii sürüşmələr, uçurumlar,
sellər, karstlar, seysmiklik, vulkanizm və s.), həm də texnogen
(su anbarlarının sahil hissəsinin yuyulması, bataqlıqlaşma,
çökmə və s.) inkişafının qanunauyğunluğu AKMQS,
istehsal
qüvvə-lərinin və xalq təsərrüfatı istehsal sahələrinin səmərəli
yerləşdirilməsi sxeminin tərtibində, dövlət planının ekoloji
hissəsinin perspektiv işlənməsi zamanı və s. sahələrdə istifadə
edilməlidir.
Məsələn, kosmik şəkillərin deşifrələnməsi
sellərin əmələ
gəlməsinin geoloji – geomorfoloji şəraitini düzgün
qiymətləndirməyə kömək edir. O, eyni zamanda, sel hadisəsinin
kiçik- və ortamiqyaslı xəritələnməsi zamanı effektiv olur.
Burada işin əsas məqsədi selin inkişaf şəraitinin analizidir.
Kiçikmiqyaslı kosmik şəkillərin deşifrələnməsi
aşağıdakılara imkan yaradır:
88
a) geomorfoloji rayonların
və ya relyef tiplərinin
sərhədlərinin dəqiqləşdirilməsi;
b) tektonik çatlar, qırılmalar və ya lineamentlərin
sıxlaşma sahələrinin sərhədləndirilməsi;
v) ərazinin eroziyaya məruz qalması və ya açılma
dərəcəsinin qiymətləndirilməsi.
Ortamiqyaslı kosmik şəkillər yerüstü
və aerovizual işlərlə
birlikdə ortamiqyaslı sel xəritələrinin tərtibi zamanı sel
hövzələrini tiplərə ayırmaq üçün lazımi sahələrdə istifadə edilə
bilər.
Dostları ilə paylaş: