Нязяри вя практики риторика



Yüklə 3,92 Mb.
səhifə62/107
tarix10.01.2022
ölçüsü3,92 Mb.
#106080
1   ...   58   59   60   61   62   63   64   65   ...   107

§4. Məntiq və paralogika

Beləliklə, ilk əvvəl qeyd edək ki, sözü məcazi mənada işlə­dərkən biz adətən heç bir "xüsusi məqsəd" güdmürük. Bu proses elə avtomatlaşdırılmış şəkildə baş verir ki, biz məcazi mənaların içərisində bizə lazım olan birini seçərkən bunu nə­inki "daha mürəkkəb" təfəkkür prosesi kimi deyil, heç hər hansı başqa təfəkkür prosesi kimi də hiss etmirik. Bir sözün həm birbaşa, həm də məcazi mənalarında istifadə etməyə eyni şəkildə vərdiş etmişik.

Amma ritorik fiqurlardan çoxunu (və yəqin ki, mütləq əksəriyyətini) biz ixtira etmirik. Artıq qeyd edildiyi kimi, ümum­dil fiqurları mövcuddur (məsələn, "mən bunu yüz dəfə demi­şəm", "bunu uşaq da bilir" və s.). Bu ümumdil fiqurlarını biz ta­ma­milə qeyri-şüuri olaraq işlədirik.

Məlum olduğu kimi, biz onlardan mənanın bizə lazım olan hissəsini xüsusi olaraq qeyd etmək üçün istifadə edirik. Bunu hiss etmək üçün "çox" və "ən yüksək səviyyədə" kimi xüsusi olaraq diqqəti cəlb etmə vasitələrini müqayisə etmək kifayətdir: biz onlara eyni dərəcədə "neytral" yanaşırıq. Bu­nun­la belə onlardan biri (ən yüksək səviyyədə) ritorik fiqurdur, zərurət olarsa asanlıqla "xatırlanan" keçmiş bədii xarakterdir – sadəcə olaraq onun nəyi ifadə etdiyini dərindən düşünmək lazımdır. Amma bizim tərəfimizdən ümumdil fiqurlarının isti­fadəsi mexanizmi məhz elə bizim dərindən düşünməməyimizi ehtiva edir.

Gündəlik nitqdə ümumdil fiquru sahəsindən fərdi dil fi­qur sahəsinə keçəndə məsələ bir qədər başqa cür olur. Bizim isti­fadə etdiyimiz fərdi dil fiqurlarının ritorik səviyyəsini qiy­mət­­ləndirməyəcəyik: onlar həm yaxşı, həm də pis ola bilər, amma məsələ bunda deyil. Məsələ bundadır ki, bu zaman biz əslində müəyyən mənada qeyri-şüuri hərəkət edirik.

Belə ki, əgər mən insanı "böyük ölçülü" kimi təsvir edi­rəm­sə və bununla onu şkafla müqayisə edirəmsə, ("və bu za­man otağa belə bir şkaf soxuldu...") mən əlbəttə ki, nitq situasi­yasına yaradıcı yanaşarkən bir dəqiqə mənim ixtiyarımda olan müqayisələrdən hansının daha yaxşı (və ya daha "təsirli") ola biləcəyi haqqında düşünə bilərəm, amma müqayisə texnikası haqqında mən düşünmürəm. Müqayisə prosesi mənə məlum­dur və mənim şüurumda nə müqayisə prosedurunun ixtirası, nə də onun tənzimlənməsi baş vermir.

Başqa sözlə, mən özüm-özümə demirəm: bir obyekti di­gər obyekt ilə müqayisə etmək üçün onlara xas olan ümumi cə­hət­ləri tapmaq lazımdır və s. Belə prosedur hər addımda həya­ta keçirilir və avtomatik xarakter daşıyır.

Mən həmçinin özüm-özümə demirəm: dinləyicidə adek­vat təsəvvür yaratmaq üçün mən bu insanı hansısa obyekt ilə müqayisə etməliyəm; bu prosesdə avtomatik baş verir.

Beləliklə, bütün təsvir edilən prosedur məndən, nə mə­nim üçün adət edilməmiş hərəkətlər, nə də fiqurdan istifadə edərkən mənim hansısa "norma"dan, "sıfır vəziyyət"indən və s. kənara çıxdığımı başa düşməyimi tələb etmir. Bu yəqin onun­la əlaqədardır ki, mən prinsipcə adətən həyata keçir­di­yim­dən fərqlənən hər hansı yeni və ya başqa proseduru həyata keçirmirəm.

Məntiqi qanunlara uyğun olaraq məlumatın qurulmasının və fiqur nəzəriyyəsinə uyğun olaraq məlumatın qurulmasının mahiyyətcə eyni proses olduğunu düşünmək aldadıcı olardı. Bu prosesin əsasında mülahizələrin qurulmasının ümumi qanunları ilə idarə olunan ümumi nitqyaratma mexanizmi durur. (Yuxarı­da, "Dispozisiya" bölməsində – ənənəvi olaraq – bu qanunlar məntiqi qanunlar adlandırılır.) Düzdür, bu qanunların istifadəsi iki cür ola bilər:

məntiqi

– paralogik.




Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin