Mühazirə 15
İxtisas: RİM
Kurs:IV
Fənn:Ümumi təhsilin kurikulumu
Mövzu: Yeni dərslik kompleksi ilə işin təşkili yolları.
Ədəbiyyat siyahısı: A. Süleymanova. Təhsilin əsasları. Bakı 2014 Kurikulumların hazırlanması və tətbiqi məsələləri, Bakı 2008.
Müəllim: Baxşəliyeva Tamara e-mail: tamarabaxsheliyeva@gmail.com
Plan:
Yeni dərsliklər necə olmalıdır?
Dərsliklərin hazırlanmasına verilən tələblər
Standartların dərsliklərdə reallaşdırılması
Qlobal dünyanın nailiyyətlərinə doğru irəliləyir. Müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun inteqrativ məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və dünya texnologiyalarından yaradıcılıqla istifadə edir. Xüsusən yeni tədris resurslarının yaradılması sahəsində islahatyönümlü tədbirlərin həyata keçirilməsini planlaşdırır. Onların içərisində dərsliklərin hazırlanmasına prioritet problemlərdən biri kimi yanaşılır. İslahat Proqramında bu məsələyə xüsusi diqqət yetirilir. Təlim və tərbiyənin məzmununun təkmilləşdirilməsi işinin mühüm amili kimi “dövlət təhsil standartlarına uyğun tədris proqramı və... dərsliklərin hazırlanması” nın vacibliyindən bəhs olunur. Bir vəzifə kimi onun əhəmiyyəti açıqlanır.
Doğurdan da, dərslik təhsil sistemində məzmun və funksiyasına görə əhəmiyyətli resurslardan biri hesab edilir. Şagird şəxsiyyətinin formalaşmasında dərsliklərin rolu əvəzsizdir və hər vasitə ilə onun artırılması zəruri sayılır. “Şagirdlərin təfəkkürünü inkişaf etdirmək, əqli fəaliyyətinin əsas üsullarını formalaşdırmaq üçün dərsliklər ən etibarlı vəsait” kimi əhəmiyyət daşıyır. Buna görə də illərdən bəri keçirilən təhsil islahatı çərçivəsində dərsliklərin yaradılmasına xüsusi müstəvidə yanaşılmış, hökümət səviyyəsində ona aid xüsusi siyasət hazırlamaq təsdiq edilmişdir. Həmin sənəddə bu siyasətin məqsədi aydın şəkildə qeyd edilmişdir. “Dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, Vətəninə, xalqına, onun adət ənənələrinə bələd olan, milli və ümumibəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir”.
Bu məqsədin reallaşdırılmasına xidmət edən ümumitəhsil məktəbi üçün yeni dərsliklər necə olmalıdır?
“Ümumi təhsil sistemində dərslik siyasəti” adlı sənəddə göstərildiyi kimi, “Ümumitəhsil məktəbləri dərslikləri, əsasən, müvafiq iş dəftəri və müəllim üçün metodik vəsaitlə birlikdə qəbuk olunur”. Bu, o deməkdir ki, əvvəlkilərdən fərqli olaraq, bu dərsliklər dərslik, iş dəftəri və müəllim üçün metodik vəsaitdən ibarət komplekt şəkilində hazırlanacaq və qəbul ediləcəkdir. Qiymətləndirilərkən onlara bir-birini davam etdirən, tamamlayan bütövün hissələri kimi yanaşılacaqdır.
Komplektin içərisində dərslik digərlərindən özünün funksiyasına, məzmun və strukturuna görə fərqlənir. “Dərslik konkret fənn üzrə tədris planı və proqram əsasında nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsait” olmaqla seçilir. Koqnitiv (idraki) təhsilin əsas resurslarından hesab edilən dərsliklər özünəməxsus, orjinal xüsusiyyətləri ilə daha çox maraq doğurur. Onlar ən zəruri informasiyaları, tapşırıq və çalışmaları əks etdirməklə istiqamətverici, yönəldici, düşündürücü funksiyaları daşıyır. Onda artıq informasiya yükünün olması nöqsanlı hal kimi qəbul edilir və bu onun ümumi keyfiyyət səviyyəsinə xələl gətirir.
Dövlət təhsil standartları əsasında hazırlanmış fənn kurikulumlarına uyğunluq dərsliklərin əsas keyfiyyətlərindən biri kimi qeyd edilir. Əslində, bu, dərsliklərin təhsil standartlarında xidmət etdiyini qabarıqlaşdırır. Başqa sözlə, standartlardan kənaraçıxma hallarına yol verilməsini bir tələb kimi qarşıya qoyur.
Dərslik fəal təlim prosesində bir komponent kimi şagirdi idraki fəallığa sövq etməli, onu tədqiqatçılığa və yaradıcılığa istiaqmətləndirməlidir. Belə olan halda dərsliyin əvvəlki bilik vermək, məlumatlandırmaq funksiyası arxa plana keçir.
Şagirdləri fəaliyyətə sövq etməklə tətbiqi xarakter daşıması ən yeni dərsliklərin əsas keyfiyyətlərindən hesab olunur. Orada bacarıqları formalaşdıra bilmək imkanının olması üstün cəhət kimi dəyərləndirilir. Bunun üçün kifayət qədər müxtəlif növ çalışma və tapşırıqlardan istifadə edilməsi tələb olunur.
Yeni dərslikləri kurikulumların tələblərinə uyğun bir səviyyədə hazırlamaq üçün bir sıra mühüm pedaqoji prinsiplərin gözlənilməsi zəruri hesab edilir.
Düzgünlük. Bu prinsip dərsliyi qeyri – ciddi faktlardan uzaqlaşdırır, inandırıcı, stimullaşdırıcı mənbəyə çevirir. Şagirdlər dərsliyə etibarlı tədris vasitəsi kimi yanaşırlar. Dərsliyin bu prinsipə uyğun hazırlanması üçün aşağıdakı tələbələrin nəzərə alınması vacib bilinir.
Təlim standartlarına uyğunluq;
Faktların dəqiqliyi;
Orfoqrafik, durğu işarələri, qrammatik qaydaların gözlənilməsi;
Mübahisəli faktların olmaması.
Əyanilik. Dərslikləri baxımlı etmək, onu şagirdin ən yaxın müsahibi kimi dəyərləndirmək, eləcə də stimullaşdırıcı vasitəyə çevirmək üçün əyaniliyə mühüm didaktik prinsip kimi müraciət olunur. Aşağıdakılar nəzərə alındıqda bu prinsip tam reallaşdırılır:
|