Mühazirə 1 İxtisas: Rİm kurs: IV fənn:Ümumi təhsilin kurikulumu


Mühazirə 11 İxtisas: RİM



Yüklə 192,92 Kb.
səhifə70/108
tarix10.01.2022
ölçüsü192,92 Kb.
#110518
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   108
Mühazirə 11

İxtisas: RİM

Kurs:IV

Fənn:Ümumi təhsilin kurikulumu

Mövzu: Qiymətləndirmə

Ədəbiyyat siyahısı: Nazirlər kabinetinin qiymətləndirmə haqqında qanunu 13 yanvar 2009. Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər, Respublika elmi – praktik konfransının materialları 05-06 aprel 2019 A. Süleymanova. Təhsilin əsasları. Bakı 2014

Müəllim: Baxşəliyeva Tamara e-mail: tamarabaxsheliyeva@gmail.com

Plan:

  1. Qiymətləndirmə haqqında Nazirlər kabinetinin qərarı

  2. Qiymətləndirmənin tərkib hissələri.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə konsepsiyası Azərbaycanda ümumi təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədi ilə hazırlanmış Milli Kurikulum çərçivə sənədi ilə bilavasitə əlaqəlidir və onun tərkib hissəsini təşkil edir. Qiymətləndirmə mexanizmlərinin və vasitələrinin yaradılması təhsilin məzmun standartları və fənn kurikulumları hazırlandıqdan sonra növbəti mərhələlər hesab olunur.

Azərbaycanda həyata keçirilən təhsil və qiymət-ləndirmə siyasəti ümummilli maraqları əks etdirməklə yanaşı, əsaslı islahatyönümlü tədbirlərin həyata keçirilməsi zərurətini şərtləndirir. XX əsrin sonlarında dünyada gedən siyasi, iqtisadi və sosial dəyişikliklər müstəqillik qazanmış respublikamızda da hər sahədə olduğu kimi təhsil sahəsində də mühüm dəyişikliklər etmək tələbini qarşıya qoydu və təhsil islahatının tərkib hissəsi olan qiymətləndirmə standartlarının işlənib hazırlanması zərurətini yaratdı. Bu standartlar təhsilin keyyfiyətini qiymətləndirmək üçün əsas meyarları təyin edir. Şagird naliyyətlərinin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi üçün istifadə edilən qiymətləndirmə üsulları və vasitələrinin keyfiyyətini təsvir edir, qiymətləndirmə prosesinin qanuniliyinə zəmanət verir.




Yüklə 192,92 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin