Mühazirə 1 Nanotexnologiya


İlkin təmizləmə üsulu olan mexaniki üsul



Yüklə 1,74 Mb.
səhifə16/51
tarix27.11.2022
ölçüsü1,74 Mb.
#120046
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   51
C fakepathMuhazire toplusu

İlkin təmizləmə üsulu olan mexaniki üsul – Tullantı sularının tərkibindəki asılı kobud dispers hissəciklərin hidrotsiklonlarda çökdürülməsi və məsaməli mühitdə süzülməsi metoduna əsaslanır. Bu üsulla suda olan mineral və üzvi çirkləndiricilər nisbətən də olsa təmizlənir. Çirkləndirici xırda dispers hissəciklərin ayrılmasında isə filtrləmə üsulundan geniş istifadə olunur. Neft mədənlərində suların çökdürülməsi prosesində nefttələlərindən istifadə edərək, neft və neft məhsulları sudan ayrılır və suyun səthində toplanır, əhəmiyyətli miqdarda mexaniki qarışıqlar isə suyun dibinə çökür. Böyük neft anbarlarında, nasos stansiyalarında və neft sənayaesinin digər sahələrində nefttələlərinin analoqları olan mazut, benzol, və yağ tutuculardan istifadə edilir.
Fiziki-kimyəvi üsul – İstehsalat sularının təmizlənməsində istifadə edilən fiziki-kimyəvi üsulun əhəmiyyəti təmizlənəcək suların tərkibindən üzvi və qeyri-üzvi çirkləndiricilərin ayrılmasıdır. Suların təmizlənməsi üsulu, ya tək halda ya da, digər təmizləmə metodları ilə birgə kombinə olunmuş şəkildə aparılır. Fiziki-kimyəvi metodlardan ən geniş tətbiq olunan flotasiya, koaqulyasiya, ekstraksiya və s. üsullarını göstərmək olar. Flotasiya üsulundan lay sularının nefttələlərindən keçən müxtəlif tərkibli mexaniki qarışıqların təmizlənməsində istifadə edilir. Flotasiya üsulunun effektivliyini artırmaq üçün isə koaqulant tətbiq edilir. Sənaye təcrübəsində neft tərkibli lay sularının təmizlənməsində koaqulyasiya üsulu geniş yayılmışdır. Koaqulyasiya üsulu yataqların işlənilməsi zamanı neftlə bərabər hasil edilən lay sularının təmizlənməsində mövcud olan ən ucuz üsul hesab edilir. Koaqulyasiya üsulunun mahiyyəti neftin, lilin, asılı hissəciklərin və çökmə prosesi çətin gedən çirkləndiricilərin sudan ayrılmasına əsaslanmışdır. Koaqulyant rolunda çox hallarda alüminium-sulfat çıxış edir. Bu üsulla təmizlənmiş lay suları korroziya aktivliyinə görə təmiz sulara uyğun gəlir və onları təkrarən quyuların qazılması texnoloji prosesində istifadə edirlər. Koaqulyasiya üsulunun daha effektiv olması üçün lay suları ilk öncə neft və asılı hissəciklərdən şlam anbarlarında çökdürülməlidir.

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin