Vurğusu son hecaya düşən sözlər: Litva', bomba', mane'vr, pedaqo'q, benzin, Saxalin, Paris, İsve'ç, foye', Moskva və s.
Mürəkkəb birləşmələrin bir qismində tərəflər öz vurğusunu saxlayır, iki vurğulu söz kimi tələffüz olunur. Bu hal özünü göstərir:
1. Samitlə bitən sözə saitlə başlanan söz qoşulduqda. Məsələn: stolarxası, başağrısı, sututumu, ağızdolusu və s.
2. Biri ləqəb, digəri insan adları bildirən sözlər. Məsələn: Mirzə Fətəli, Şah ismayıl və s. Mənaca yaxın sözlərin təkrarı ilə yaranan mürəkkəb sözlərdə. Məsələn: dava-dərman , oğul-uşaq və s.
Müxtəlif mənalı sözlərdən əmələ gələn mürəkkəb sözlərdə. Məsələn: alış-veriş, gecə-gündüz, dərə-təpə, ağız-burun və s.
Eyni sözün təkrarı ilə əmələ gələn mürəkkəb sözlərdə. Məsələn: aşıq- aşıq, daş-daş, top-top və s.
MƏNTIQI VURĞU. Məntiqi vurğunun müəyyənləşdirilməsi üçün bir sıra qaydalar (ölçülər) vardır ki, həmin qaydalara müvafiq gələn sözlər istər ayrıca götürülmüş cümlələrdə, istərsə də rabitəli mətndə həmişə məntiqi vurğu ilə tələffüz olunur. Bu qaydalar, əsasən, aşağıdakılardır: