Leykoplastırla sarğı- quru dəriyə yaxşı yapışır. Leykoplastır dartılma məqsədi ilə sarğılar qoyduqda da tətbiq edilir.
Nəqliyyat immobilizasiyası. Sınmış sümüyün uclarını müəyyən hərəkətsiz vəziyyətdə saxlamaq üçün zədələnmiş ətrafa şin qoyurlar.Danışma üçün immobilizasiya hər cür hazırlıqsız düzəldilmiş şinlərə görə müqayisəedilməz dərəcədə yaxşı immobilizasiya yaradan hazır standart şinlər və ya gips sarğılar vasitəsi ilə yerinə yetirilir. Xəstələri daşımaq üçün çox vaxt Kramerin mütalik məftil və Diterixsin taxta şinlərini tətbiq edilir.
Desmurgiya və nəqliyyat immobilizasiyası Desmurgiya - cərrahlığın bir bölməsi olub, sarğıların növlərini və sarğı qoyulması texnikasını öyrənir.
Sarğıların növləri. Təyin edilməsindən asılı olaraq sarğıları bir neçə növə ayırırlar.
Möhkəmləndirici sarğılar. Yara nahiyəsində sarğı materiallarını bərkitmək üçün qoyulur. Bu sarğılar ləçəyəbənzər, sapandabənzər, bintdən, yapışqanlı və plastırlı ola bilər. Bint sarğıları bədənin müəyyən hissəsində daimi təzyiq yaratmaq üçün işlədildikdə, məsələn, kiçik qanaxmalar və ya qansızmalar zamanı qoyulduqda ona təzyiqedici sarğı deyilir.
Hərəkətsiz və ya immobilizasiyaedici sarğılar ən çox sakitlik şəraiti yaratmaq üçün bədənin bir hissəsini hərəkətsiz vəziyyətdə saxlamaq məqsədilə tətbiq edilir. Belə sarğıları nəqliyyat sarğıları kimi, sümüklərin sınıqlarını, sümük-oynaq vərəmini, bəzi kəskin iltihabi prosesləri müalicə etdikdə, sümüklərdə və oynaqlarda edilən operasiyalardan sonra işlədirlər. Sarğı bədənin bu və ya digər hissəsinin vəziyyətini düzəltmək məqsədilə qoyulduqda ona düzəldici sarğı deyilir.
Hərəkətsiz sarğılar şinalı, nişastalı, yapışqanlı və gipsli ola bilər. Ləçək sarğıları. Hazırda ləçək çox vaxt əlin, saidin, bazunun xəstəlik və zədələnmələrində, körpücük sümüyünün sınıqlarında və s. əli asmaq üçün tətbiq edilir. Yuxarı ətrafı dirsəkdən düz bucaq altında büküb, ləçəyi saidin altından keçirir, onun uzun uclarından birini (yuxarı) xəstə əl tərəfdən körpücük sümüyünün üstünə qoyurlar; ikinci ucu aşağı sallanır, ləçəyin zirvəsi isə dirsəyin altından xaricə çıxır. Ləçəyin aşağı ucunu xəstə əlin önündən yuxarı bükür, onu sağlam tərəfin çiyni üstündən arxada boyuna aparıb, ləçəyin digər ucu ilə bağlayırlar. Ləçəyin zirvəsini dirsəyin ətrafına dolayıb onun önündə sancaqla sarğıya bərkidirlər.
Sapandabənzər sarğılar. 15 - 20 sm uzunluqda orta hissəsi bütöv qalmaqla hər iki ucu boylama istiqamətdə kəsilmiş, 75 - 80 sm uzunluqda enli lent şəklində tənzif və ya parçaya desmurgiyada sapand deyilir. Buruna, çənəyə, ənsəyə, təpəyə kiçik sarğılar qoymaq üçün sapand qolay olur.
Bint sarğıları. Eni 5 sm-dən 10-20 sm-dək olan lent şəklində tənzif parçasına (nadir hallarda başqa parçaya) bint deyilir. Bintin enini bədənin hansı hissəsinə sarğı qoyulmasından asılı olaraq seçirlər. 5 sm enində ensiz bint barmaqları sanmaq üçün işlədilir. Orta enlikdə (7-9 sm) bintlər saidi, çiyini, baldırı və başı sarımaq üçün tətbiq edilir. Enli bintlərlə (9-18 sm) buda və gövdəyə sarğı qoymaq rahat olur. Bintin uzunluğu, adətən, 5-7 m-dən artıq olmur. Yumşaq, yağsızlaşdırılmış, yüksək hiqroskopikliyə malik tənzifdən hazırlanmış bintlər daha çox işlədilir. Tənzif bintlər asan dartılır və sarıdıqda bədənin formasına görə yaxşı modelləşir.
Bint sarımağın qaydaları. Sarğını yaxşı qoymaq üçün praktikada təkmilləşmiş bintsarıma qaydalarına ciddi riayət etmək lazımdır.Binti sarıyarkən xəstənin vəziyyəti rahat olmalıdır. Bədənin bint sarınan hissəsi tamamilə hərəkətsiz olmalı və ona bint sarğısından sonra gözlənilən vəziyyət verilməlidir.Bintin möhkəm sarınması üçün onun başcığı bədənin bintlə sarınan hissəsindən kənarda olmamalı, bint bunun üstündən sarınmalıdır. Bintin hər dövrəsi əvvəlki dövrənin yarısını və ya üçdə iki hissəsini örtməlidir. Bint sarğısını binti bərkitməklə tamamlayırlar. Bintin ucunu uzununa iki «quyruğa» cırıb və ya kəsib bint sarınmış ətrafa dolayaraq, yaranın qarşı tərəfində bağlamaq olar. Bintin lap ucundan yox, 5-7 sm uzaqda cırmağa başlamaq və sonra axıra qədər parçalamaq yaxşıdır. Binti tikmək və ya onun ucunu sarğıya sancaqlayıb bərkitmək də olar.Düzgün qoyulmuş sarğıda büküşlər, qırışlar olmamalı, bintin dövrələri sarğıdan ayrılmamalıdır.
Dairəvi sarğı. Biləyi, baldırın aşağı hissəsini bu üsulla bintlə sarımaq rahat olur. Binti dairəvi sarıyaraq hər bir qabaqkı dövrəni tamamilə örtürlər.Spiral sarğı. Sarğını 2-3 dəfə dairəvi, sonra isə spiral şəklində sarıyır və əvvəlki dövrəni qismən (üçdə iki hissəsini) örtürlər. Bint sarımağın istiqamətindən asılı olaraq sarğı qalxan və ya enən ola bilər.Xaçabənzər və ya səkkizəbənzər sarğı. Sarğının bu tipi xarici görünüşünə görə bədənin mürəkkəb hissələrinə bint sarımaq üçün münasibdir.
Sünbülşəkilli sarğı. Bu, səkkizəbənzər sarğının bir növüdür.Bütün barmaqlar üçün sarğı («cəngavər əlcəyi»). Bir neçə barmağa ayrı-ayrılıqda bint sarımaq lazım gəldikdə binti barmağa spiral şəklində sarıyıb sonra onu biləyin xarici səthi üzrə aparır və bu üsulla ayrı-ayrılıqda digər barmaqları da sarıyırlar. Sol əldə sarğı çeçələ barmaqdan, sağda isə baş barmaqdan başlanır. Sarğını girdə dövrələrlə biləyin ətrafında tamamlayırlar.Başın sadə sarğısı (papaqcıq). Kəllənin təpəsi papaq şəklində qayıdan sarğı ilə örtülə bilər. Binti başın ətrafına iki dövrə sarıyaraq, burunun üst hissəsini və ənsə qabarı nahiyəsini əhatə edirlər. Sonra binti öndə büküb onu başın yan səthi üzrə dairəvi dövrədən bir qədər yuxarı çəpinə aparırlar. Bu sarğını iki bintlə etmək daha rahatdır.Yüyən tipli sarğı. Bunu aşağı çənənin yaralanmaları və ya sınıqları zamanı, çıxıqları yerinə saldıqdan sonra və s. müvəffəqiyyətlə tətbiq etmək olar.Bir göz üçün sarğı. Sarğı başın ətrafında girdə dövrələrlə başlanır, belə ki, sağ göz üçün binti soldan sağa, sol göz üçün isə əksinə, sağdan sola aparırlar. Binti üfüqi dövrələrlə bərkidib, onu arxadan aşağı, ənsəyə salladır və xəstə tərəfdən qulağın altından, yanaqdan yuxarı çəpinə aparıb, onunla xəstə gözü bağlayırlar. Çəp dövrəni dairəvi dövrə ilə bərkidir, sonra yenidən çəp dövrə edərək əvvəlki dövrənin yarısını örtürlər. Beləliklə, növbə ilə çəp və dairəvi dövrələr edilərək gözün bütün sahəsi örtülür.Qulaq nahiyəsi üçün sarğı. Bir qulağa və məməyəbənzər çıxıntıya neopolitan sarğısı adlanan sarğı qoymaq rahat olur.
Boyun üçün sarğılar. Boyunun yuxarı hissəsində ənsənin xaçabənzər sarğısını qoymaq olar. Onun dövrələrini dairəvi dövrələrlə növbələşdirmək lazımdır.
Boyunun aşağı hissəsini və bütün boyunu bintlə sarıdıqda, dairəvi dövrələri qoltuq nahiyəsinin üzərindən gələn ənsənin xaçabənzər və kürəyin sünbülşəkilli sarğılarının dövrələri ilə tamamlayırlar.Sadələşdirilmiş sarğılar. Sadələşdirilmiş sarğılar çox müxtəlif olub, rahat qoyulur. Onları bədənin ayrı-ayrı hissələri üçün xüsusi olaraq, parçalardan biçib düzəldirlər. Məsələn, əl üçün sarğı dördbucaq parçadan biçilib düzəldilə bilər. Burada barmaqlardan ötrü dəliklər açırlar.Yapışqanlı maddələrlə (leykoplastır, kleol və s.) bərkidilən sarğıların bint sarğılarına nisbətən bir sıra üstünlüyü vardır. Onlar sarğı materiallarının sərf edilməsi baxımından sərfəli, texniki cəhətdən sadədir. Sarğı qoymaq üçün çox vaxt tələb olunmur, xəstəni sıxıb ona əziyyət vermir. Hazırda bu sarğılar geniş tətbiq edilir.Leykoplastırla sarğı. Leykoplastır lentinin eni müxtəlif olaraq rulonlar (makaralar) şəklində buraxılır. O quru dəriyə yaxşı yapışır, lakin uzun müddət işlətdikdə plastırın altındakı dəri qıcıqlanır, sarğı islandıqda isə (irinlə və s.) dəridən qopur. Kiçik yaranın üstündə sarğı materialını saxlamaq üçün leykoplastırın parçasını sarğının üzərinə qoyub plastırın sərbəst kənarlarını dəriyə yapışdırırlar.
Məşğələnin rəhbəri Ramiz Qasımov
Dostları ilə paylaş: |