Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


Təlimin (tədrisin) məqsəd və vəzifələri



Yüklə 409,21 Kb.
səhifə98/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   ...   137
HRM 2021 yaz semestr

Təlimin (tədrisin) məqsəd və vəzifələri

Müəssisə əməkdaşlarına verilən tədrisin məqsədləri müxtəlifdir. Onlardan bəzilərini sadalayaq:

• Peşə üçün zəruri olan yeni bilik və vərdişlərin əldə etməsi;

• Peşəkarlıq səviyyəsinin artırılması;

• Məzuniyyət, xəstəlik, işdən çıxarılma və s. kimi vəziyyətlərdə iş yoldaşlarının əvəz edilməsi;

• Peşəkar karyera yüksəlişlərinə istiqamətləndirmə;

• Əməkdaşın müəssisənin strateji hədəfləri, inkişaf strategiyası, korporativ qaydaları, peşə standartları və fəaliyyət texnologiyası ilə tanışlığının təmin edilməsi;

• Əməkdaşda işə və kollektivə müsbət münasibətin formalaşdırılması;

• Komanda ruhunun və gələcək vəzifə üzrə motivlərin formalaşdırılması.

Tədrisin əsas vəzifələri aşağıdakılardan ibarətdir: Əməkdaşlarda məmnuniyyət hissini aşılamaq. Bu vəzifəni həyata keçirilməsində əsas məqsəd tədrisə ehtiyacı olan əməkdaşlarda öyrənmək arzusunun olub-olmamasının müəyyən edilməsidir. Əgər şəxslərdə öyrənmək arzusu yoxdursa, o zaman tədris fəaliyyətlərindən heç bir fayda əldə etmək mümkün olmayacaqdır. Bu halların baş verməməsi üçün onlara işin tələb etdiyi bilik və bacarıqlara sahib olmadıqlanm və davranışlarının istənilən səviyyədə olmadığını bildirmək lazımdır. Daha sonra tədrislərdə onlara veriləcək bilik və bacanqların əhəmiyyətini izah etmək lazımdır.

Əməkdaşlara işlə əlaqədar məmnuniyyət hissinin aşılanmasında aşağıdakı amillər nəzərə alınmalıdır:

• Tədris proqramlarının məqsədi açıq-aydın göstərilməlidir;

• Mümkün olduğu qədər çətin nail olunan hədəflər seçilməlidir ki, şəxs bu hədəflərə çatdığı zaman onda məmnuniyyət hissi yarana bilsin.

Davranış modelinin seçilməsi. Fərdlər bəzi davranışlarını başqalarına baxaraq həyata keçirir. Başqalarının davranışları fərdləri əhatə edən mühitdə müsbət rəy formalaşdırırsa, fərdlər də onların davranışlarını təqlid etməyə başlayır. Davranış modelinə nümunə olan şəxs, bacarıqlı, güclü, təmkinli və şirkət içərisində sayılan birisi olmalıdır. Davranış modeli əsasında verilən tədrisdə aşağıdakılar nəzərə alınmalıdır:

1. Təklif edilən model, yaş, səviyyə, bilik və bacarıq baxımından şəxsin düşüncəsinə uyğun olmalıdır. Əks təqdirdə şəxs modelin davranışlarını təqlid etməyəcəkdir.

2. Şəxslərdə görülməsi arzu edilən davranışlar açıq şəkildə və təfsilatı ilə müəyyən edilməlidir.

3. Nümunəvi davranış üçün bir model deyil, bir neçə model seçilməlidir.

Fərdlərin öyrənmə səviyyəsinə görə qruplaşdırılması. Tədrislərdə iştirak edəcək fərdlərin öyrənmə səviyyəsinə görə qruplaşdın İmasına xüsusi fikir verilməlidir. Çünki, hər bir fərdin fərqli qavrama qabiliyyəti vardır. Bir fərdin çox sürətlə öyrəndiyi bir mövzu digər fərd tərəfindən çox gec qavranıla bilər. Buna görə də tədris zamanı fərdlərin bu xüsusiyyətləri nəzərə alınmalıdır. Tədrisin əhəmiyyətini artırmaq üçün tədris keçən şəxsləri iki qrupda toplamaq lazımdır. Bunları qavrama qabiliyyəti yaxşı və zəif olan qruplar şəklində ayırmaq olar.

Tədris vasitələrinin seçilməsi. Tədris vasitələrinin düzgün seçilməsi, öyrənmə prosesini asanlaşidırır. Tədris prosesinin keyfiyyətini artırmaq üçün aşağıdakı məsələlərə diqqət etmək zəruridir:



  • Şəxslərə tədrislərin sxemlər, slaydlar, video materiallar və ya başqa vizual vasitələrin köməyi ilə həyata keçirilməsini təmin etmək;

  • Tədris vasitələrinin asan şəkildə başa düşülməsi üçün misalların, terminlərin və mövzuların sadələşdirilməsi;

  • Tədris prosesində sadə, qanşıq və daha sonra get-gedə çətinləşən mövzuların öyrədilməsinə fikir Tədrislərdə əldə edilən biliklərin tətbiq edilməsi. Şəxslər müəyyən səviyyədə bilik və bacarıqlar əldə etdikdən sonra onlar iş şəraitində öyrəndiklərini tətbiq etməyə başlayırlar. Tədrisdən sonra vaxtaşırı həyata keçirilən bu təcrübələr tədrisin əhəmiyyətini daha da artırır. Biliklərin tətbiq edilməsi prosesi iki yolla həyata keçirilir:

• Aktiv təcrübə;

• Vizual öyrənmə.



Aktiv təcrübə. Bu təcrübə zamanı şəxsin praktiki fəaliyyətləri izlənməlidir. Rəhbər şəxs ona bəzi yeni vəzifələri iş yerində izah etməli və ondan bu işlərin təkrarlanmasını tələb et- məlidr. Vizual öyrənmə. Bu zaman işçilərə işi qavramaq üçün bir neçə dəfə vizual qaydada görmə fürsəti verilir və bu işi necə görəcəyinə dair dəyərləndirmə aparılır. Bütövlükdə qrupa verilən tədris. Fərdi tədrisdən fərqli olaraq qrupa verilən tədris daha çox əhəmiyyət kəsb edir. Burada qrup üçün müştərək hədəf təyin edilir və bu hədəfə uyğun olaraq tədrislər keçirilir. Qrupun fəaliyyətini səciyyələndirən bir çox xüsusiyyətlər vardır. Bu xüsusiyyətlərə qrupa uyğunlaşma, hadisələrə müştərək münasibət, liderlik qabiliyyəti, koordinasiya, birlikdə qərar vermək və s. aiddir. Qruplann işləyiş tərzi və idarə edilməsi əsasən iki prinsipə əsaslanır:

  1. Qrupun ümumi qabiliyyəti əsasən onun ayrı-ayrı üzvlərinin göstərdiyi qabiliyyətə bağlıdır.

  2. Qrup rəhbərləri ardıcıl olaraq qrup üzvlərinin fəaliyyətlərini nəzərdən keçirərək onlara mütəmadi məlumatlar verməlidir. verilməlidir.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin