Daha çox şəxsiyyət nəzəriyyələrində şəxsiyyət bio-sosial varlıq kimi baxılır, Akmeologiya şəxsiyyətə bioloji və sosial yanaşmalardan asılı olmayaraq, şəxsiyyətin proqresiv inkişafının amillərini və mexanizmlərinin öyrənilməsini əsas götürür. Akm-ji və psixoloji yanaşmalarda fərq, şəxsiyyətin aksentuasiyası məsələsində də özünü göstərir. Məs. psixoloqların çoxu aksentuasiyanı, praktiki məslələrin həllində şəxsiyyətin və onun xarakterioloji keyfiyyətlərinin cəmiyyət tərəfindən qəbul olunmuş normalardan kənara çıxılması və praktiki vəzifələrin həllində peşəkarlığa zidd hall kimi qymətləndirirlər. Həqiqətən də, aksentuasiyaya malik olan şəxsiyyətlərin cəmiyyətdə sosiallaşmaları, adaptasiyası, birgə ictiimai fəaliyyəti, insanlarla ünsiyyəti, qarşlıqlı münasibətlərində çətinliklərlə qarşılaşırlar. Bu insanlar özlərinə qarşı xüsusi münsibət, yanaşma tələb edirlər ki, bu da əlavə çətinliklər yaradır. Belə şəxsiyyətlərə akmeoloji yanaşma, onlara xas olan aksentuasiyanın mühüm peşə keyfiyyəti kimi, ona uyğun peşənin təklif olunması və seçilməsi daha məqsədə uyğun hesab olunur. Sübut olunub ki, pozitiv sosial meylli zəif aksentuasiyaya malik olan şəxsiyyətlərə peşə fəaliyyətlərində uğur qazanmalarına kömək edir. Mis. üçün: akmeologiyanın özünə məxsusluğunu və müasir elmlər sistemində yerini düzgün dəyərləndirmək üçün, onun digər insanşünaslıq elmləri ilə münasibətini, onlar arasında ümumi – ortaq və fərqli cəhətləri müəyyən etmək lazımdır. Akmeologiyanın psixologiya elminin tərkibində formalaşdığını nəzərə alaraq, akmeologiyanın, xüsusilə də psixologiya elmi ilə münasibətini və onların müqayisəli təhlilini aparmaq lazımdır. Bu təhlilin kontekstində fənlər-arası problem kimi, subyekt, fərdiyyət kimi insanın, şəxsiyyətin inkişaf xüsusiyyətlərini, qanunauyğunluqlarını öyrənmək mümkün olur. Akm-nın predmetinin, obyektinin özünəməxsusluğu, akm - tədqiqatlarda əldə olunan biliklərin, nəticələrin özünəməxsusluğunu müəyyən edir. Akm - nın psixologiya ilə əlaqəsi özünü xüsusilə şəxsiyyətin inkişafının psixologiyasında daha qabarıq şəkildə göstərir.