Mühazirə mətnləri Mövzular


Aksentuasiya hadisəsinin akmeologi təhlili



Yüklə 128,19 Kb.
səhifə9/29
tarix14.01.2023
ölçüsü128,19 Kb.
#122231
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   29
akm-müh 2020-21

Aksentuasiya hadisəsinin akmeologi təhlili

  • Müair insan konsepsiyası insan inkişafının metodoloji əsası kimi

  • Yetkin insanın inkişafına akmeoloji yanaşmanın xüsusiyyətləri

  • Rəhbər kadrların, dövlət qulluqçularının, menecerlərin akmeoloji - psixoloji inkişafı və korreksiyası məsələləri

    İnsanın və şəxsiyyətin formalaşması, inkişafı insanşünaslıq elmlərinin, xüsusilə də psixologiya, fəlsəfə, pedaqogika, sosialogiya və s. elmlər çərçivəsində öyrənilmiş və bu elmlərin aparıcı elmi istiqamətləri kimi mühüm nailiyyətlər əldə olunmuşdur. Ancaq akmeologiya elmi bu problemlərin elmi və praktiki həlli üsulları, yanaşması və əldə olunan praktiki nəticələr, özünə məxsu şəkildə və səmərəlilik baxımından öz həllini tapmışdır.
    Artıq bu reallıq elmi ictimaiyyət tərəfindən qəbul olunmuş və bu yeni elm sahəsinin daha səmərəli fəaliyət göstəməsi üçün müxtəlif tövsiyyətlər və fikirlər səsləndirilir. Ancaq şəxsiyyətin tərbiyə və təhsil sistemi vasitəsilə inkişafı daha çox nəzəri-metodoloji xarakter daşımış və şəxsiyyətin təhsili, tərbiyəsində onun peşəkarlığının inkişafı problemi xüsusi tədqiqat predmeti kimi məqsədyönlü şəkildə baxılmamışdır. Bu gün dövlətin təhsil sisteminin fəaliyyəti haqqında mühüm iradlardan biri, gənclərin nəzəri-elmi hazırlığı, onların öz gələcək peşə fəaliyyətlərini uğurla həyata keçrmələri üçün lazım olan praktiki vərdiş və bacarıqların formalaşmasına nail olunmamışdır.
    Akmeologiya elminin bu günkü inkişafı, insan kapitalının formalaşması və davamlıı inkiaşfı sahəsində dövlətin hədəfə aldığı davamlı insan inkişafının mühüm elementi kimi akmeoloji yanaşma, akmeoloji və təlim-tərbiyə metodlarından istifadə olunması, praktikanın çağırışı kimi meydana gəlmişdir. Məhz bu amillər, akmeologiya elminə və praktikasına marağın artmasına və bu elmin tövsiyələrinin müasir gənclərin formalaşması və inkişafı üçün mühüm əhəmiyyət kəsb etməsini şərtləndirmişdir.
    Müasir dövrdə akmeologiyaının təyinatı və inkişafı, elmi-metodoloji və praktiki əhəmiyyəti, insaşünaslıq elmləri ilə qarşılıqlı əlaqəsi haqqında müxtəlif fikirlərin, yanaşmaların, elmi müzakirələrin intensivləşməsi ilə müşaiyyət olunmuşdur. Akmeologiyanın müstəqil elm sahəsi kimi ilk vaxtlarda formalaşması, inkişafı və tədqiqat obyekti əsasən müəllimlərin peşə fəaliyyətləri ilə bağlı olmuşdur. Bu baxımdan akmeologiyanın inkişafında bir mühüm mərhələ kimi Kuzmina N.B.– nın kitablarını göstərmək olar.
    Bütün inkişaf etməkdə olan elmlərdə olduğu kimi, akmeologiya elmində onun müxtəlif istiqamətləri və differensiallaşması prosesi müşahidə olunur. Bunun nəticəsində akm-nın müxtəlif müstəqil sahələri və istiqamətləri təşəkkül tapmağa başlamışdır. O cümlədən, pedaqoji, idarəetmə, hərbi və s. akmeologiya. Müasir dövrdə tətbiqi akmeologiyanın sahələri formalaşmağa və inkişaf etməyə başlamışdır. Bunlarla yanaşı, tibbi, hüquqi, sosial işin, iqtisadiyyatın, idmanın akmeologiyası inkişaf etməkdədir. Akmeologiya müasir anlamda, təbiət, ictimai və hümanitar elmlərinin kəsişdiyi nöqtədə yaranaraq, insan fenomeninin yetkinlik dövründə inkişaf qanunauyğunluqlarını öyrənən elm kimi çıxış edir.
    Bir daha vurğulamaq lazımdır ki, akm – ya əsasən yetkin şəxsiyyətin inkişafının psixoloji, sosial-fəlsəfi, pedaqoji və s. qanunauyğunluqları öyrənir. Psixologiyada yetkinlik və yetkinlik yaşı dedikdə adətən, insanın yaş dövrü, sosial-psixoloji, tibbi-bioloji, fizioloji kimi parametrləri, yəni gənclik, yaşlı, ahıl və s. xüsusiyyətləri deyil, insanın, şəxsiyyətin həyat və fəaliyyətində malik olduğu, ontogenetik inkişafında əldə etdiyi uzun müddətli mənəvi, intellektual və fiziki, tibbi-bioloji və s. inkişaf səviyyələri başa düşülür. Bu müddəa göstərir ki, psixologiyada akmeoloji yanaşmadan fərqli olaraq inkişaf, müxtəlif qabiliyyətlərin inkişafından bəhs edilir.
    Qeyd etmək lazımdır ki, akmeologiyada yetkinlik, şəxsiyyətin yaş xüsusiyyətlərini əks etdirmir, o burada daha geniş anlayış kimi çıxış edərək, şəxsiyyətin mənəvi-əxlaqi keyfiyyətlərinin, hümanist meylinin (hümanizminin), davaranışının və münasibətləinin mövcud sosial normalara uyğun olub-olmamamsı kimi keyfiyyətlərin inkişafını nəzərdə tutur.
    Yetkin şəxsiyyət, onun təkcə yüksək peşəkarlığa malik olması, peşə vəzifəsinin yerinə yetirilməsində fərqlənməsi, nümunəvi olması və özünü səmərəli şəkildə realizə etməsi ilə yanaşı, yüksək məsuliyyət hissinin olması, başqa insanlara qarşı diqqət və qayğı göstərməsi, sosial fəallığı, hümanist meylli olması ilə səciyələnir. Bu baxımdan hər bir yaşlı, təcrübəli insanı əsl mənada yetkin şəxsiyyət hesab etmək olmaz.
    Beləliklə akmeoloji yetkinlik, inkişaf etmiş, akma zirvəsinə çatmış olan şəxsiyyət çox ölçülü, mürəkkəb, çox səviyyəli yetkin insanın həyatının, peşəkarlığının, şəxsi keyfiyyətlərinin və sosial nailiyyətləri ilə bağlı olan inkişafının müəyyən dövrlərini əhatə edir.
    Müxtəlif insanlarda AKMA – nın təzahürü və meyli fərqli olur. Bu unsanların fərdi keyfiyyətləri, qabiliyyətləri, temperamenti və s. ilə bağlı olur. Bu müxtəlifliyin içərisində insanın öyrənilməsində tətbiq olunan dörd metodoloji magistral inkişaf yolunu, prinsipini qeyd etmək olar: ( Ananyev, Myasişev, Bodalev ). :


    1. Yüklə 128,19 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   5   6   7   8   9   10   11   12   ...   29




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin