Akmeologiyanın insanşünaslıq elmləri ilə yaxın əlaqəsi vardır və bu elmlər sistemində akmeologiya özünə məxsus yer tutur. Bu barədə görkəmli psixoloq-insanşünas alim Ananyev B.Q. “Человек как преддмет познания» əsərində insanşünaslıq elmləri - pedaqogika – akmeologiya – gerentologiya “ elmlərinin qarşılıqlı ələqəsini və münasibətlərini göstərmişdir.
Müasir dövrdə geniş yayılmış fikrə görə akmeologiya elminə “doğma” olan elm, psixologiya elmidir. Bir sıra görkəmli insanşünas alimlər - Məs. Akad.. B.M.Kedrov və başqaları insanşünaslıq elmləri sistemində məqkəzi yeri psixologiya elminin olmasını və buna görə də, psixoloji biliklər insanı öyrənən elmlərdə, o cümlədən də akmeologiya elmində geniş istifadə olunur. Xüsusilə, psixologiya elminin bir sıra sahələri – şəxsiyyət psixologiyası, differensial və genetik psixologiya, inkişaf psixologiyası, əmək psixologiyası, sosial və qenetik, yaradıcılıq və psixologiya elmlərinin digər istiqamətləri ilə xüsusilə sıx əlaqəsi vardır.
Akm.-ya elmi ilə bilavasitə yaxın elmlərdən biri də fəlsəfədir. Bu elmlərin əlaqəsi iki aspektdə və istiqamətdə reallaşır: dünyagörüşü və metodoloji aspektlərdə.
Akmeologiya ilə sıx əlaqəsi olan elmlərdən biri də, pedaqogikadır. Belə ki, pedaqogikanın obyekti insan, inkişaf edən şəxsiyyət hər iki elmdə mərkəzi yerdə durur.
3 - Mövzu: İnsanın davamlı inkişafının psixoloji - akmeoloji əsasları
Suallar:
İnsan inkişafına psixoloji və akmeoloji yanaşmanın xüsusiyyıtləri
Müasir təhsildə gənclərin şəxsiyyətnin formalaşmasının psixoloji-akmeoloji problemləri
Şəxsiyyətin peşəkarlığının formalaşmasının psixoloji-akmeoloji əsasları
Şəxsiyyət, insan, fərd və fərdiyyət anlayışları, insana akmeoloji yanaşma kontekstində
Şəxsiyyətin inkişafı timsalında akmeologiya və psixologiyanın müqayisəli təhlili
Dostları ilə paylaş: |