Akmeologiyanın elm kimi formalaşmasının elmi-nəzəri əsasları .
Akmeologiya insan inkişafında onun ideal modelinin deyil, daha çox praktik - real insanın inkişafı, onun praktiki hazırlığı, peşəsində peşə keyfiyyətlərinin, peşəkarlığının, praktiki təfəkkürünün formalaşmasını və qanunauyğunluqlarını, cəmiyyətin müasir inkişafının tələbləri ilə uzlaşan formalaşmış mühüm elm sahəsi kimi gündəmə gəlmiş və formalaşmışdır. Ananyev B. belə bir tezis irəli sürür ki, fərdi-psixoloji inkişaf nəzəriyyəsi – psixologiyanın fundamental bölməsi olan yaş, differensial, yetkinlik psixologiyası olmadan qurula bilməz. Beləliklə vaxt etibarı ilə akmeologiya yeni elm sahəsi hesab olunsa da, insanın inkişafı və özünü təkmilləşdirməsi ilə bağlı olan dünya görüşü və elmi ideyaları insanın özü kimi daha qədim inkişaf tarixinə malikdir. İnsanın özünü tam reallaşdırması və öz potensialını inkiaşf etdirmək və özünü ifadə etmək problemi filosofları, insanşünaş alimləri həmişə düşündürmüşdür. Məs. Platon tərəfindən irəli sürülmüş şəxsiyyətin özünü reallaşdırması yolu kimi, insanın “özünü hərəkəti” məfhumu ilə sıx bağlı olmuşdur.
Qeyd etmək lazımdır ki, mükəmməl insan haqqında alimlər, filosoflar, psixoloqlar və s. ilə yanaşı, yazıçılar, ictimai xadimlər - məs, Qumilyev, Axmatova və digərlərinin bu sahədə söylədikləri fikirlər, onları Akmeologiyanın, “ Akmeizm” – in baniləri, yaradıcıları kimi tanımağa əsas vermişdir. Akmeoloji məzmun daşıyan hümanist fəlsəfə və antropoloji məzmun daşıyan akmeoloji ideyalar görkəmli Rus filosofları Solovyev B.S., Florenski P.A., Losev A.F. və digərlərinin əsərlərində və təlimlərində də əks olunmuşdur.
Şəxsiyyətin inkişafının akmeoloji ideyaları, qədim yunan filosofları tərəfindən də söylənilmişdir. Bunlara misal olaraq, Platon tərəfindən şəxsiyyətin yaradıcı potensialını və şəxsiyyətin özünü ifadəsini əks etdirən akmeoloji ideyalar irəli sürülmüşdür.
Akmeologiyanın məqsədi və vəzifələri.
Akm – ya şəxsiyyətin formalaşmasına və inkişafına yeni yanaşma tərzi kimi. - Akm - ya yetkin insanın peşə keyfiyyətlərinin və peşəkarlığının ən yüksək pilləsinə nail olması haqqında yeni elm sahəsidir.