İnsanın fərd kimi proqressiv inkişafında “pik” səviyyənin ( zirvənin ) müəyyən olunması;
Şəxsiyyətin inkişafında ən yüksək nəticənin əldə olunması;
İnsanın əmək fəaliyyətində ən yüksək nəticələrə nail olması;
İnsanın fərdiyyət kimi inkişafında ən yüksək zirvəyə nail olması;
Akm – ya proqresiv inkişaf edən yetkin şəxsiyyətin əmək fəaliyyətində əldə etdiyi, fərdi nailiyyətlərinin qanunauyğunluqlarını öyrənir.Tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti, onların akmeoloji portretinin və akmeoqramımın formalaşması üçün mühüm tarixi mənbələr kimi çıxıış edir. Qədim yunanca, “akmada olmaq” ən yüksək pillədə olmaq anlamına gəlir. Qədim yunan mütəfəkkirləri, filosofları tanınmış parlaq şəxsiyyətlər haqqında yazılarda onların yüksək inkişafının təsvirinə rast gəlirik. Pluatraxın tarixə aid əsərlərində 50 roma və yunan görkəmli tarixi şəxsiyyətlərin tərcümeyi halları təsvir olunmuşdur.
Buna oxşar yazılara Tranvillin “12 Sezarların həyatı” – nda görkəmli tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin təsvirini vermişdir. Bundan başqa N.M. Karamzinin “ Rusiya dövlətinin tarixi” rusiyalı şəxsiyyətlərin şəxsi və sosial-psixoloji xarakterisikaları əks olunmuşdur.
Akm - ya anlayışı ilk dəfə 1928 ci ildə yaş psixologiysının xüsusi şöbəsi olan yetkinliyin psixologiyası kimi adlandırılması, N.A. Rıbnikov tərəfindən təklif olunmuşdur. Yetkinliyin şəxsiyyət aspekti, davranışın əxlaqi-normativ kontekstində aşağıdakı kimi baxılır:
Şəxsiyyətin normaları və mənəvi dəyərləri, hümanistik dəyərlərə uyğun gəlir;
Bunlar davranışın və münasibətlərin əsas tənzimləyiciləri kimi çıxış edirlər;
Bunlar insanı, sosial-əhəmiyyətli - pozitiv nəticələrin əldə olunmasına kökləyir və həvəsləndir .
Bodalyev A.A. insanın akmeoloji inkişafını səciyələndirərkən qeyd edir: “ . . . . əgər müəyyən həyat yolu, yəni yetkinləşmə yolu keçdikdən sonra, peşəsinə yiyələnirsə və əməyinin nəticəsinə görə peşəkarlıqla məsulliyyətlə işləyir və əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək öz sahəsinin ustası səviyyəsinə nail olmaq üçün müntəzəm çalışırsa və bu kimi keyfiyyətlərə nail olması onu öz peşə fəaliyyətinin subyekti kimi yetkinliyini nümayiş etdirir.
Görkəmli rus psixoloqu Ananyev B.Q. akmeologiyanın gələcək inkişaf perspektivlərini görərək, qeyd etdiyi kimi, insanşünaslıq elmlərində, o cümlədən psixologiyada insan inkişafnın erkən və daha gec mərhələsi əhatə olunur və öyrənilir, halbuki, insanının inkişafında daha həlledici, əhəmiyyətli dövrü insanın yaradıcı, məhsuldar fəaliyyətlə məşğul olduğu dövrü lazımı diqqət yetirlmir və öyrənilmir.
Dostları ilə paylaş: |