dağıdılmaqla - nəzarətdən sonra məhsulun təyininə görə istifadəsi qeyri – mümkün olur;
dağıdılmadan aparılan nəzarətdən sonra məhsul təyininə görə istifadəsi üçün yararlı qalır.
Yoxlanılan parametrlərin tiplərinə görə aşağıdakı nəzarətləri fərqləndirirlər:
həndəsi parametrlərə - burada detalların, düyümlərin və aqreqatların və s. xətti və bucaq ölçülərinə, səthlərin forma və yerləşmələrinə və oxların vəziyyətlərinə nəzarət olunur;
mikro və makro struktura nəzarət – burada metalloqrafik tədqiqatlar aparılır;
kimyəvi xüsusiyyətlərə - əşyanın tərkibinin kimyəvi analizi aparılır və müxtəlif mühitlərdə kimyəvi dözümlülüyü yoxlanılır;
xüsusi nəzarət – işığın və qazın buraxılması və kipliyi yoxlanılır.
Sertifikatlaşdırmada nəzarət prosesi təşkil olunmuş sistemdir. Ona onun məqsədli yönümünü, təyinini və məzmununu xarakterizə edən müəyyən nişanələr xasdır. Nəzarət prosesinin əsas elementləri nəzarət obyekti, metodu və icraçısı və həmçinin də nəzarət üzrə normativ – texniki sənədlərdir.
Məhsulun sınağı – nəzarətin müxtəlif növlüyüdür, ona görə də onlara da sistemli yanaşma xasdır. Sınaq sisteminə aşağıdakı əsas elementlər daxildir: obyekt (məmulat, məhsul), sınağın kateqoriyası, sınaqların və ölçmələrin aparılması üçün vasitələr (sınaq avadanlığı və yoxlama, yaxud qeydedici vasitələr), sınağın icraçısı, sınağa normativ – texniki sənədlər (proqram, metodikalar).
Məhsulun həyat tsiklinin mərhələlərindən asılı olaraq aşağıdakı sınaqlar aparılır:
tədqiqat – tədqiqedici;
işlənmə - çatdırma, ilkin, qəbul;
İstehsal – ixtisaslı, təqdimedici, qəbul-təhvil dövri, tipik, müfəttiş sertifikatlaşdırma;
İstismar – nəzarət altında istismar, dövri istismar, müfəttiş.