digər xərcləri azaltmaq məqsədini güdür. Əlbəttə, bu halda
dövlət və qeyri-dövlət
nəzarəti fəaliyyətdə olan qanunvericilik çərçivəsində məhdudlaşdırılır.
DÖVLƏT MALIYYƏ NƏZARƏTI ORQANLARI
VƏ
ONLARIN FUNKSIYALARI
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hakimiyyətin bölgü
prinsipi Prezident və hakimiyyət orqanları tərəfindən icra səlahiyyətli orqanların
maliyyə fəaliyyəti üzərində nəzarəti nəzərdə tutur. Belə nəzarət hər şeydən əvvəl, dövlət
və aşağı büdcələrin, büdcədənkənar fondların layihələrinin müzakirəsi və təsdiqi zamanı
və habelə onların icrası haqqında hesabatlar təsdiq edildiyi vaxt həyata keçirilir.
Səlahiyyətli orqanlar tərəfindən maliyyə nəzarətini həyata keçirmək üçün xüsusi
strukturlar – Milli Məclisin daimi komissiyaları, Azərbaycan Respublikasının
Hesablama Palatası yaradılmışdır. Hazırda Azərbaycan Respublikasının Milli
Məclisinin Iqtisadi Siyasi Daimi Komissiyası büdcə, vergi,
bank və maliyyə üzrə,
müvafiq yardımçı komissiyalar isə bütün maliyyə məsələləri üzrə ekspert-analitik işlər
aparır. Belə ki, büdcə məsələləri üzrə yardımçı komissiya dövlət büdcəsinin layihəsinə
rəy verir. Digər yardımçı komissiyalar da müvafiq
olaraq vergiyə cəlbetmə, bank və
maliyyə məsələləri üzrə qanunvericilik təkliflərinə qiymət verməklə məşğuldurlar.
Səlahiyyətli orqanlar tərəfindən maliyyə nəzarəti sistemində Hesablama Palatası
xüsusi yer tutur. Onun fəaliyyəti «Hesablama Palatası haqqında»
Azərbaycan
Respublikasının 2 iyul 1999-ci il tarixli Qanunu ilə müəyyən edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Milli Məclis
Hesablama Palatası yaradır. Hesablama Palatası Azərbaycan Respublikasının
hökumətindən asılı olmayan, Milli Məclisə hesabat verən,
daimi fəaliyyət göstərən,
geniş səlahiyyətlərə malik dövlət büdcə nəzarəti orqanıdır.
Hesablama Palatasının səlahiyyət sferası dövlət mülkiyyətinə və dövlət pul
vəsaitlərinə nəzarət etməkdir. Bütün hüquqi şəxslərə büdcədənkənar dövlət fondları və
Azərbaycan Respublikasının Mərkəzi Bankı da daxil olmaqla dövlət orqanları və
Dostları ilə paylaş: