Metal pul tədavülü sistemi zamanı pul sisteminin iki növü – metalizm və
monometalizm, ümumi ekvivalent və pul tədavülü bazası qismində, nə qədər metal
qəbul edilməsindən asılı olaraq fərqləndirilir.
Bimetalizm pul sistemidir, hansı ki, burada ümumi ekvivalent rolu iki metala
(gümüş və qızıla) həvalə edilmişdir. Iki metaldan sərbəst sikkə kəsilməsi və onların
məhdudiyyətsiz tədavülü nəzərdə tutulmuşdur.
Paralel valyuta sistemi zamanı qızıl və gümüş sikkələr arasındakı nisbət kortəbii
metalların bazar qiymətinə uyğun müəyyən edilirdi. Dövlət ikili valyuta sistemindən
istifadə etdiyi zaman metallar arasındakı nisbəti qeyd edirdi, qızıl və gümüş sikkələrin
kəsilməsi və əhalinin onları qəbul etməsi bu nisbət üzrə aparılırdı.
Bimetalizm XVI-XVII əsrlərdə, Qərbi Avropanın bəzi ölkələrində isə XIX əsrdə
geniş yayılmışdı. 1865-ci ildə Gatin…. sikkəsi ittifaqı adlanan beynəlxalq müqavilənin
(sazişin) köməyi ilə Fransa, Belçika, Isveçrə və Italiya bimetalizmi saxlamağa cəhd
etmişlər. Amma bimetalizm pul sistemi inkişaf etmiş kapitalizm təsərrüfatının
tələblərinə cavab vermirdi. Belə ki, eyni vaxtda metaldan – qızıl və gümüşdən dəyər
ölçüsü kimi istifadə edilməsi, pulun bu funksiyasının təbiətinə zidddiyyət təşkil edirdi.
Ümumi dəyər ölçüsü yalnız bir əmtəə ola bilər. Bundan başqa dövlətir qızıl və gümüş
arasında müəyyən etdiyi möhkəm dəyər nisbəti onların bazar dəyərlərinə uyğun
gəlmirdi. XIX əsrin sonunda geniş istehsalın ucuzlaşması nəticəsində və onun
qiymətdən düşməsi qızıl sikkələrin tədavüldən çıxaraq dəfinəyə çevrilməsinə səbəb
oldu. Burada Koperçik Qreşma qanununu «pis pullar yaxşıları tədavüldən sıxışdırır»
fəaliyyəti özünü göstərir.
Kapitalizmin inkişafı möhkəm pul, vahid ümumi ekvivalent tələb edirdi. Odur ki,
bimetalizm öz yerini monometalizmə verir.
Monometalizm pul sistemidir, hansı ki, bir metal (qızıl və ya gümüş) ümumi
ekvivalent və pul tədavülünün əsas xəttini yerinə yetirir, fəaliyyət göstərən sikkələr və
dəyər nişanələri qiymətli metallara xırdalanır. Gümüş monometalizmi Rusiyada 1843-
Dostları ilə paylaş: