Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə62/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
81


Kredit sərhədlərinin müəyyən eidlməsi ilk növbədə kreditin – borc vəsaitlərin geri 
qaytarılmasını tələb etməsini nəzərə alınmasından irəli gəlməlidir. Ona görə də ən 
əvvəl, borc götürülən vəsaitlərin geri qaytarılması üçün imkanların – zəruri şəraitin 
mövcud olmasını müəyyən etmək vacibdir. Öz növbəsində, bu kreditin hansı məqsədlər 
üçün istifadə ediləcəyini, hansı obyektlərə yönəldiləcəyini tətqiq etməyi tələb edir. 
Bununla yanaşı kreditin tətbiq sərhədlərinin müəyyən edilməsi zamanı borc 
vəsaitlərinin istehlak və satışın fasiləsizliyi və ahəngliliyinin təmin edilməsindəki 
iştirakının zəruriliyi borcalanla təsərrüfat fəaliyyətinin keyfiyyəti, resurslardan 
istifadənin səmərəliliyi, dövriyyənin ödəniş vəsaitləri ilə təmin edilmə tələbatı nəzərə 
alınmalıdır. Bundan başqa, kreditin sərhədləri iqtisadi inkişafın xüsusiyyətləri və 
vəzifələri ilə də müəyyən edilir. Iqtisadiyyatın müxtəlif inkişaf dövrlərində kreditin 
sərhədləri dəyişir. Istehsal həcminin dəyişməsi, onun quruluşundakı dəyişikliklər
dövriyyədəki pul kütləsinin optimallaşdırılması probleminin konkret həlli kredit 
müəyyən edilməsindən ötrü əhəmiyyətli amillərdəndir. Borcalanlar öz fəaliyyətlərinin 
konkret xüsusiyyətlərindən irəli gələn tələbablarından əlavə cəlb olunan vəsaitlərin geri 
qaytarılması və haqqının ödənilməsi imkanlarını da düzgün müəyyən etməlidir. 
Kreditora gəldikdə isə borc vəsaitləri vermək imkanları və bunda olan maraq daha 
önəmlidir. Qısa və uzunmüddətli kreditlərin sərhədlərinə gəldikdə isə, onların müəyyən 
edilməsində bəzi obyektiv xüsusiyyətlər mövcuddur. Borc vəsaitləri dövriyyə kapitalı 
kimi istifadə etdikdə kreditin qaytarılması dövriyyə kapitalının dövranının başa çatması 
nəticəsində sərbəstləşən vəsaitlər hesabına edilir və buna görə də dövriyyə kapitalının 
hərəkəti müddətləri ilə sıx əlaqələndirilir. Uzunmüddətli kreditin sərhədləri isə ondan 
irəli gəlir ki, borcun qaytarılma mənbəyini əsas kapitalın istismarı nəticəsində yaranan 
mənfəət təşkil edir. Deməli, qaytarılma müddətdə kreditləşən xərclərin kreditləşmə 
müddəti ərzindəki əldə olunan mənfəət hesabına ödənilməsi imkanlarından irəli gələrək 
müəyyən edilir.
Kreditin iqtisadiyyatda rolu onun təsərrüfat, əhali, dövlət üçün tətbiqinin 
nəticələri ilə səciyyələnir. Kreditin rolu onun müxtəlif forma və növlərinin həyata 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin