idarəetmə, yerli özünüidarəetmə orqanları, kommersiya bankları və sığorta firmaları,
digər kommersiya fondları
və qeyri-dövlət, qeyri-kommersiya təşkilatlarına, xüsusilə,
dövlət büdcəsindən və büdcədənkənar
fondlardan vəsait almaqla, köçürməklə və
onlardan istifadə
etməklə əlaqədar olanlara, dövlət mülkiyyətindən istifadə edənlər və
habelə dövlət orqanları tərəfindən
onlara verilmiş mövcud vergi, gömrük və digər
güzəştləri olanlara nəzarət edilir.
Hesablama Palatısının vəzifəli şəxsləri qarşısında aşağıdakı
vəzifələr
qoyulmuşdur:
– dövlət büdcəsi və büdcədənkənar fondlardan istifadəyə nəzarəti təşkil etmək;
– aşkar edilmiş pozuntuların aradan qaldırılması və büdcə prosesinin
yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;
–
dövlət vəsaitlərindən, o cümlədən qaytarılmaqla verilən dövlət vəsaitlərinin
səmərəliliyi və xərclənməsinin məqsədyönlülüyünü qiymətləndirmək;
– dövlət büdcəsi və büdcədənkənar fondların layihələrinin maddələrinin əsaslığı
dərəcəsini müəyyən etmək;
– maliyyə ekspertizası, yəni büdcə üçün qəbul edilmiş dövlət qanunlarının
maliyyə nəticələrini qiymətləndirmək;
– bank hesablarına büdcə vəsaitlərinin daxil olmasına
və hərəkətinə nəzarət
etmək;
– dövlət büdcəsinin icrasının gedişi haqqında Milli Məclisə müntəzəm olaraq
informasiya vermək;
– dövlət mülkiyyətinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalara, onun
satışına və idarə edilməsinə nəzarət etmək.
Hesablama Palatası eyni zamanda Azərbaycan Respublikasının dövlətdaxili və
xarici borclarının vəziyyətinə və habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının
dövlət borclarına xidmət
edilməsi üzrə fəaliyyətinə, Azərbaycan Respublikasının
hökuməti tərəfindən alınmış xarici kreditlərin səmərəli istifadə edilməsinə
Dostları ilə paylaş: