Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu
haqqında» əsasnamə ilə müəyyən olunur. Sosial Müdafi Fondu müstəqil maliyyə-kredit
idarəsidir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının müvafiq qanun və qərarlarını,
Azərbaycan
Respublikasının Sosial Müdafiə Fondu haqqında əsasnaməni rəhbər tutur.
Maliyyə proqramı ölkə üzrə bütün maliyyə ehtiyatlarını, inflyasiya,
makroiqtisadi göstəricilərini və s. əks etdirir. Bir qayda olaraq maliyyə proqramı bir
neçə bölmədən ibarətdir:
dövlət büdcəsi, büdcədənkənar fondlar, pul aqreqatları,
inflyasiya, işsizlik, maliyyə ehtiyatlarının xərc istiqamətləri və s.
2.Maddi istehsal müəssisə və təşkilatları.
Bu
planlara dövlət müəssisələri,
səhmdar cəmiyyətləri, şirkətlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər müəssisə və
təşkilatların maliyyə planları daxildir. Maliyyə planı özündə maliyyə və kredit
resurslarının plan üzrə hərəkətini ifadə edir.
Maliyyə planlaşdırılması prosesində məhsulların istehsalı və satışının artırılması,
maya dəyərinin aşağı salınması və bunun əsasında pul
gəlirlərinin və mənfəətin
artırılması, əsas və dövriyyə fondlarından, kapital qoyuluşundan daha səmərəli istifadə
edilməsi ehtiyatları aşkara çıxarılır. Müəssisələrin maliyyə planı biznes planın tərkib
hissəsidir. O, planlaşdırmanın yekun mərhələsidir.
Istehsal müəssisələrinin maliyyə planı iki bölmə üzrə tərtib edilir:
gəlirlər və
xərclər bölməsi. Gəlirlər bölməsində müəssisənin bütün gəlirləri,
o cümlədən
amortizasiya ayırmaları, mənfəət, kreditlər, xərclər bölməsində
isə müəssisənin bütün
xərcləri, o cümlədən büdcəyə vergilər, kredit borcları, faizlər, başqa ödəmələr göstərilir.
3.Qeyri-istehsal sahələrinin maliyyə planları.
Burada iki cür maliyyə planlarını
fərqləndirmək lazımdır. Bir tərəfdən büdcə vəsaitləri hesabına saxlanılan qeyri-istehsal
müəssisələrinin maliyyə planı, digər tərəfdən isə təsərrüfat hesabı əsasında
istəyən
qeyri-istehsal müəssisələrinin maliyyə planı. Birinci halda maliyyə planı smeta
formasında tərtib edilir. Buraya büdcə vəsaiti hesabına
maliyyələşdirilən maarif,
səhiyyə, ali təhsil müəssisələri, elm və s. təşkilatların smetaları daxildir. Smetada gəlir
Dostları ilə paylaş: