Mühazirələr. Mövzu Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri. Plan



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə15/98
tarix12.10.2023
ölçüsü1,13 Mb.
#130073
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   98
Müh 2016

2.İşıq şualanması
- nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı 
gözə görünən ultrabənövşəyi və infraqırmızı işıq selidir. Işıq şualanmasının 
zədələyici təsiri işıq impulsundan, yəni işıq şualarına nisbətən şaquli yerləşmiş 
səthin hər kv. sm-nə, şualanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur 
və KC/m² ölçülür. İşıq şualanması yaşayış məntəqələrində və meşələrdə kütləvi 
yanğınlar törədir, insan bədənində isə yanıqlar əmələ qətirir. İşıq impulsunun 
miqdarından asılı olaraq insanlar bir neçə dərəcəli yanıqlar ala bilər: 
– birinci dərəcəli yanıqlar işıq impulsu 80 – 160 KC\m² olarkən əmələ gəlir və bu 
zaman dərinin qızarması baş verir;
– ikinci dərəcəli yanıqlar işıq impulsu 160 – 400 KC\m² olarkən əmələ gəlir və bu 
zaman dəridə suluqların əmələ gəlməsi baş verir;
– üçüncü dərəcəli yanıqlar işıq impulsu 400 – 600 KC\m² olarkən əmələ gəlir və
bu zaman dərinin ölməsi baş verir
– dördüncü dərəcəli yanıqlar işıq impulsu 600 KC\m² – dən yuxarı olarkən əmələ 
gəlir və bu zaman damarların və sümüyün yanması baş verir. 


İnsanların aldığı yanıqların dərəcələri işıq şualanmasının miqdarından, paltarın 
növündən, kipliyindən və rəngindən asılıdır. Açıq rəngli və gen paltar qeyinmiş 
insanlar, qara və dar paltar qeyinmiş insanlara nisbətən az yanıqlar alırlar. 
Müxtəlif sahələrdə yaranan işıq impulsunun təsiri nüvə partlayışının növündən, 
gücündən, məsafədən və hava şəraitindən asılı olur. Yağmurlu və dumanlı havada 
işıq impulsunun təsiri qat – qat azalır.
Sığınacaqlar və daldalanacaqlar işıq şualanmasının təsirindən qorunmaq üçün ən 
etibarlı yerlərdir. Bütün kölgə salan əşyalar da insanları işıq şualanmasından 
qoruya bilir.
3. Nüfuzedici radiasiya
– qamma şualanması və neytronlar selindən ibarətdir. 
Nufuzedici radiasiya nüvə partlayışından sonra cəmi 10-15 saniyə ərzində 
mühafizə olunmamış canlı orqanizmlərə təsir edir.
O gözə qörünmür, hiss edilmir, lakin məlum olan bütün materiallardan keçir və 
uzaq məsafələrə yayılaraq insanların zədələnməsinə səbəb olur. Qamma-şüalar 
elektromaqnit dalğası axınıdır və öz təbiətinə görə rentgen şüaları ilə eynidir. 
Qamma şuaları insan orqanizmini şualandırarkən canlı hüceyrələrin molekulları 
ionlaşır, onların həyat fəaliyyəti pozulur və nəticədə insan şua xəstəliyinə tutulur.
Şua xəstəliyinin əlamətləri: Hərarətin artması, ürək bulanması, mədənin pozulması, 
selikli qişalarda qanaxmanın baş verməsi.
Radiasiya dozasından asılı olaraq şua xəstəliyinin gizli inkişaf dövrü bir neçə 
saatdan bir neçə həftəyədək davam edə bilər. Şua xəstəliyinin üç dərəcəsi olur. Bu 
dərəcələr alınan şualanma dozasından və şüalanmaya məruz qalma vaxtından asılı 
olur:
– birinci dərəcəli şua xəstəliyi – şualanma dozası 100 – 200 R olarkən baş verir və
xəstəliyin gizli inkişaf dövrü üç həftəyədək davam edir. 
– ikinci dərəcəli şua xəstəliyi – şualanma dozası 200 – 400 R olarkən baş verir və
xəstəliyin gizli inkişaf dövrü bir həftəyədək davam edir.
– üçüncü dərəcəli şua xəstəliyi – şualanma dozası 400 – 600 R olarkən baş verir və
xəstəliyin gizli inkişaf dövrü bir necə saat təşkil edır.
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirlir və Rentgen, Qrey, 
Rad ölçü vahidləri ilə ölçülür. Bir rentqen - qamma şüalanmanın elə dozasıdır ki, 
bunun nəticəsində 0°C temperaturda və 760 mm civə sütunu təzyiqi şəraitində quru 
havanın 1sm³ - də təxminən 2 milyard cüt ion əmələ qəlir.
Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasianın təsiri 
zəifləyir. Bəzi materialların radiasiyanı yarıyadək zəiflətmə qabiliyyəti var. 
Məsələn: poladın – 3 sm, betonun - 10 sm, torpağın – 14 sm, suyun – 23 sm, 
ağacın – 30 sm qalınlığı nüfuzedici radiasiyanı iki dəfə azaldır.
Nüfuzedici radiasiyadan mühafizə, məhz materialların bu xusiyyətinə əsaslanır. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin