5. Epidemiyalar-insanlar arasında yoluxucu xəstəliklərin yayılmasına deyilir.
Epidemiyalar
Respublikanın ərazisində
taun xəstəliyinin 3 təbii mənbəyi,
habelə tulyaremiya və vəba xəstəliyi yayılan təhlükəli sahələr müəyyən edilmişdir.
Zaqafqaziyanın düzəngəh-dağətəyi, təbii taun mənbəyi olub, sahəsi 500 min
hektardır. Bura, Qazax, Ağstafa, Tovuz, Xanlar, Şəmkir, Salyan, Goranboy,
Yevlax, Ağdaş kənd rayonlarını, habelə Mingəçevir şəhərini, Bakının Qaradağ və
Əzizbəyov rayonları aiddir. Arazyanı təbii taun mənbəyinə aid edilən Naxçıvan
şəhərinin, Ordubad, Culfa, Şərur və Babək rayonlarının ümumi sahəsi 260 min
hektardır. Zaqafqaziyanın yüksək dağlıq taun mənbəyinə isə, sahəsi 100 min hektar
olan laçın, Kəlbəcər, Şahbuz rayonları daxildir. Tulyaremiya xəstəliyi ehtimallı
zona - Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir, Goranboy, Culfa, Ordubad və
Şahbuz rayonlarını daxildir. Şirvan və Naxçıvan şəhərlərində, habelə cənub
rayonlarında da vəba xəstəliyi ehtimalı mövcuddur. Hal-hazırda respublika
ərazisində 1 milyondan çox qaçqın yaşayır. Bu qaçqınların məişət şəraitinin ağır
olması, onların kütləvi halda yerdəyişməsi də yoluxucu xəstəliklərin baş vermə
təhlükəsini yarada bilər.
6. Epizootiyalar - heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasına
deyilir.
Epizootiyalar
Respublikanın Ağcabədi, Cəlilabad, Beyləqan, Fizuli,
Şəmkir rayonları, eləcə də, Naxçıvan şəhərində, Nehrəm və Xocavənd yaşayış
məntəqələrində kənd təsərrüfatı heyvanlarının qara yara xəstəliyinə tutulması
ehtimalı mümkündür. Zaqatala, Beyləqan, Bərdə, İmişli, Ucar, Ağdaş,
Abşeron,habelə, digər kənd yaşayış məntəqələrində heyvanlar arasında dabaq
xəstəliyinin yayılma ehtimalı vardır.
MÖVZU 3. Hərbi xarakterli fövqəladə hallar. Nüvə silahı.
Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi potensialını saxlamaq və inkişaf
etdirmək üçün kütləvi qırğın silahları ilə təminata mühüm yer ayırırlar. Nüvə
silahları, kimyəvi silahlar və bioloji silahlar digər silahlara nisbətən dövrümüzün
ən dəhşətli kütləvi qırğın silahları siyahısına aid olmaqla yanaşı daim
yeniləşməkdədir.
Nüvə partlayışlarının güclü dağıdıcılıq xüsusiyyətlərini nəzərə alaraq onu döyüş
əməliyyatlarında strateji və taktiki məsələlərin həlli üçün tətbiq edirlər. İlk dəfə
nüvə silahından 1945-ci ilin avqust ayında ABŞ dövləti Yaponiyanın Xirosima və
Naqasaki şəhərlərinə təyyarədən atom bombası atmaqla istifadə etmişdir. Nəticədə
313000 nəfərdən artıq dinc sakin həlak olmuş, 238000 nəfərdən artıq xəsarət
almışdır.
Dostları ilə paylaş: |