Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi


Kartofun əhəmiyyəti, bioloyi xüsusiyyətləri və becərilmə texnologiyasi



Yüklə 5,86 Mb.
səhifə18/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

Kartofun əhəmiyyəti, bioloyi xüsusiyyətləri və becərilmə texnologiyasi



Əhəmiyyəti. Kartof mühüm kənd təsərrüfatı bitkisidir. Dünyada bitkiçilik məhsulları istehsalında o, çəltik, buğda qarğıdalıdan sonra birinci yeri tutur.

Kartof yumrularında 25% quru mad 14-22% nişasta, 1,4-3% zülal, 1%-ə yaxın sellüloza, 0,3% yağ 0,8-1% kül elementləri, C, B (B1, B2, B6), PP, K karotinoidlər vardır. Xususilə təzə yumrular vitaminlə zəngindir.


Kartof – hərtərəfli istifadə olunan bitkidir. Bu bitki insanların qidalanması üçün çox vacib ərzaq məhsuludur. Onu haqlı olaraq ikinci çörək adlandırırlar.

Kartof heyvanlar üçün yaxşı yemdir. Yumrularından bişmiş və ya çiy formada heyvanların yemləndirilməsində istifadə edilir. Yerüstü kütləsini siloslaşdırırlar. Yumruların hər sentnerində 29,5, yaşıl kütləsində isə 8,5 yem vahidi vardır. Yumrular həm də sənayedə müxtəlif məhsulların alınması üçün qiymətli xammaldır. Ondan spirt, nişasta, dekstrin (polisaxariddir, nişastanın termiki emalından alınır), qlükoza, kauçuk və s. alınır. Kartofdan alınan nişasta yeyinti, toxuculuq və kağız sənayesində əvəzsizdir.



Tərkibində 17,6% nişasta olan bir ton yumrulardan 112 litr spirt, 55 kq maye karbonat turşusu, 170 kq nişasta, 80 kq qlükoza, 1500 litr cecə (barda), 1000 kq əzinti (mezqi) , 0,39 litr sivyş yağı, 17 kq sintetik kauçuk və s. alınır. Kartofun hər 100 qramında 25 mq C vitamini vardır. O, həm də yaxşı sələf bitkisidir. Cərgəarası becərilən bitki kimi özündən sonra torpaq yumşaq və alaq otlarından təmizlənmiş olur.

Bitkinin tarixi. Kartofun vətəni Mərkəzi Amerika olub, Cənubi və mərkəzi Amerikada 150-dən artıq yabanı növü məlumdur (Latın Amerikasında 60 yabanı və 20 mədəni). İspan səyahətçisi X. Kolumb Amerikanı kəşf edərkən kartofun mədəni şəkildə becərildiyini görmüşdür. 1565-ci ildə kartof İspaniyaya gətirilib, oradan İtaliyaya və Avropa ölkələrinə yayılıb. 1588-ci ildə İngiltərəyə, 1651-ci ildə Almaniyaya, oradan isə Fransa və İsveçrəyə gətirilmişdir. 1596-cı ildə İsveç botaniki Kasbar Boxen kartofu «Solanum tuberosum», yəni köküyumrulu quşüzümü adlandırmışdır.

Kartofun vətəni Cənubi Amerika olub. Çox qədim zamanlardan kartof qarğıdalı ilə yanaşı olaraq hinduların əsas qidasını təşkil edib. Mərkəzi və Cənubi Amerikada kartofun əsasən 150 yabanı növü yayılmışdır.

Kartofun kəşf edilməsi Kolumbiya ekspedisiyası Qonsalo de Kesada (1536-1537) məxsusdur. Vyana botaniki Karolis Klyuzius 1601-ci ildə özünün «Nadir bitkilərin təsviri» kitabında kartof haqqında təfsilatı ilə yazmışdır. İspan səyahətçisi X. Kolumb Amerikanı kəşf edərkən kartofun mədəni şəkildə becərildiyini görmüşdür. Onlar yerli əhalinin torpaqdan alma kimi yumruları çıxararaq ocaqda bişirib iştahla yediklərini müşahidə etmişlər. 1565-ci ildə kartof İspaniyaya gətirilib, oradan İtaliyaya və Avropa ölkələrinə yayılıb. 1588-ci ildə İngiltərəyə, 1651-ci ildə Almaniyaya, oradan isə Fransa və İsveçrəyə gətirilmişdir. 1596-cı ildə Klyuzius yetişdirdiyi kartof yumrularını təzə bitki «Solanum tuberosum» adlandıraraq İsveçrə botaniki Kasbar Boxenə göndərmişdir. Kartofun bu adı indiki dövrə qədər saxlanılmışdır.


Kartof Rusiyaya XVIII əsrdə gətirilmişdir. I Pyotr 1700-cü ildə Hollandiyada olarkən Şeremetyevə bir kisə kartof göndərir. 1765-ci ildə əsasən bu bitkinin becərilməsinə başlanılır.

Kartof Azərbaycana XVIII əsrin axırı və XIX əsrin əvvəllərində ruslar, molokanlar və alman kolonistləri tərəfindən gətirilmişdir.

İngilis alimi Sefford Peru və Çili ərazisində qədim qəbirlərdə müxtəlif qabların içərisində kartof şəkilləri tapmışdır. Bu şəkillər Amerikanın kəşfindən əvvəl olduğunu göstərir. Ekvador, Peru, Boliviya, Argentina və Çili ərazilərində hindu qəbilələri vaxtilə digər məhsullarla yanaşı kartofun da qurumuş ehtiyatını saxlayırlarmış ki, müharibə olarsa həmin ərzaqlardan istifadə etsinlər.

Uzun müddət ərzində kartofun cəmi bir mədəni növü məlum olub. 1925-ci ildə böyük rus alimi akademik İ.N. Vavilovun rəhbərliyi altında sovet kartofçu-botanikləri S.M. Bukasov və S.V. Yuzepçuk Latın Amerikası ölkələrində (Kolumbiya, Peru, Boliviya, Çili) kartofu tədqiq etmişlər. Nəticədə 60 yabanı və 20 mədəni kartof növü aşkarlanmışdır.
Kartof Rusiyaya XVIII əsrdə gətirilmişdir. I Pyotr XVII əsrin axırlarında Gmiçiliklə bağlı Niderlandda (indiki Hollandiya) olarkən artırmaq (çoxaltmaq) üçün Rotterdmdan qraf Şeremetyevə bir kisə kartof göndərir. 1765-ci ildə əsasən bu bitkinin becərilməsinə başlanılır.

İngilis alimi Sefford Peru və Çili ərazisində qədim qəbirlərdə müxtəlif qabların içərisində kartof şəkilləri tapmışdır. Bu şəkillər Amerikanın kəşfindən əvvələ təsadüf edir. Ekvador, Peru, Boliviya, Argentina və Çili ərazilərindəhindu qəbilələri vaxtilə digər məhsullarla yanaşı ehtiyat üçün kartofu da qurudaraq (“cuno”) saxlayırlarmış ki, müharibə olarkən həmin ehtiyatlardan istifadə etsinlər.

Kartof Azərbaycana XVIII əsrin axırı və XIX əsrin əvvəllərində ruslar, molokanlar və alman kolonistləri tərəfindən gətirilmişdir.

Yayılması və məhsuldarlığı. Demək olar ki, kartof dünyanın bütün ölkələrində yayılmışdır. Dünya əkinçilik sistemində kartofun əkin sahəsi 18-20 milyon hektara arasında dəyişir. Əkinlərin 35%-i Avropa ölkələrinin payına düşür. Polşa, Almaniya və Fransada əkin sahələri daha çoxdur.

Azərbaycanda bu bitkinin əkin sahəsi 62,8 min hektar, ümumi məhsul istehsalı 902,4 min ton, hektardan orta məhsuldarlıq 140 sentner (2016-cü il) olmuşdur.

Kartofun hər hektarında 120 sentnerdən aşağı məhsul götürülərsə deməli təsərrüfat zərərlə işləyir.

Bioloiji xüsusiyyətləri. Kartofun inkişafını şərti olaraq 3 dövrə bölürlər.

1-ci - çıxışdan çiçəkləmənin başlanğıcına qədər. Bu etapda əsasən yerüstü kütlə inkişaf edir. Yumruların inkişafı isə zəifdir.

2-ci – çiçəkləmədən yerüstü kütlənin inkişafının dayanmasına qədər. Bu vaxt yumruların intensiv inkişaf dövrüdür.

3-cü – yerüstü kütlənin inkişafı dayanır, kütlə tam soluxur (ölüşkənləyir). Bu müddətdə də yumruların böyüməsi davam edir.

1-ci dövr tez yetişən sortlarda 27-36 gün, orta yetişənlərdə 38 gün, gec yetişənlərdə isə 46-48 gündür.

2-ci və 3-cü dövrdə müvafiq olaraq 26-28, 34-36 və 43-45 gündür.

Əsas kök yumrusu 2-ci dövrdə (məhsulun təxminən 65-75%) toplanır.

Ümumiyyətlə kartofun inkişafı isə 5 dövrə bölünür.

Kartof mötədil iqlim bitkisidir. 7-8 0C-dən aşağı temperatura pis reaksiya göstərir. Yumruların cücərməsi üçün optimal temperatur 15-16 0C-dir. 30-35 0C cücərtilərə pis təsir edir və uzun müddət olduqda məhv olurlar.

Kartofun cücərtiləri -3 0C şaxtada məhv olurlar. Temperatur -1 0C-yə endikdə yumrulardakı nişasta şəkərə çevrilir. Belə yumrular şirin dad verir. 5-10 gün otaq temperaturunda saxlanarsa, şəkər tənəffüsə sərf edilir və şirinlik yox olur. Yarovizasiya mərhələsi işıqda 10-12 0 C temperaturda 30-40 günə keçir.

Yumrular əmələ gəldiyi dövrdə temperaturun 17-18 0C olması əlverişlidir. Kartof işıqsevən uzun gün bitkisidir. İşıq çatmadıqda çiçəkləmir və yumrular keyfiyyətsiz olur.

Kartof suya tələbkar bitkidir. Yumrular intensiv böyüdükdə suya daha çox tələbkardır. Transpirasiya əmsalı 365-600-dür. İsti günlərdə bir kol sutkada 4 litrə qədər su buxarlandıra bilər. Yüksək məhsul almaq üçün tarla su tutumunu 60-80% həddində saxlamaq lazımdır.

Kartof sortları vegetasiya müddətlərinin uzunluğuna görə 3 qrupa bölünür.


  1. 70-90 gün; - tez yetişən

  2. 120-130 gün; - orta müddətdə yetişən

  3. 131-180 gün: - gec yetişən

Zəif turş mühitli pH=5-6 olan torpaqlarda kartof daha yaxşı inkişaf edir. Torpağa tələbkardır. Qranulometrik tərkibi yüngül olan münbit torpaqlarda yaxşı məhsul verir.

Ağır qranulometrik tərkibli, çox qaysaq bağlayan gilli şorlaşmış, daşlı və su basmış bataqlı torpaqlar kartof becərilməsi üçün yararlı deyildir. Kartof qida elementlərinə də tələbkardır. Azot və fosfor çatışmadıqda yarpaqların rəngi açıq olur və dik durur. Kalium çatışmadıqda tunc rəngli yarpaqlar əmələ gəlir. Yarpaqlar qırışır, kənarları aşağı əyilir, qonur yaşıl rəng alır və məhv olur.



Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin