Tarla bitkilərinin əsas qrupları
Məhsulun istifadə xarakterinə görə bitkilərin qrupları
| Bioloji qruplar | Tarla biteiləri | Taxıl bitkiləri |
1.Payızlıq və yazlıq dənli taxıl bitkiləri.
2.Yazlıq taxıl və digər ailələrə mənsub olan dənli bitkilər.
3.Dənli-paxlalı bitkilər.
|
Buğda, çovdar, arpa, vələmir.
Qarğıdalı, sorqo, darı, çəltik, qarabaşaq.
Göy noxud, yem paxlası, mərcimək, lərgə, nut, lobya, soya, lüpin,
|
Kökümeyvəli, köküyumrulu, bostan bitkiləri və yem kələmi
|
4.Kökümeyvəlilər.
5.Yem kələmi.
6.Köküyumrular.
7. Bostan bitkiləri.
|
Şəkər çuğunduru, yem çuğunduru, yerkökü, şalğam, yem turpu.
baş kələm, yem kələmi.
kartof, yer armudu.
Qarpız, yemiş, qabaq.
|
Yem bitkiləri
|
8.Çoxillik paxlalı yem otları.
9.Çoxillik taxıl otları.
10.Birillik paxlalı yem otla
11. Birillik taxıl otları.
12.Yeni çoxillik yem bitkiləri.
13.Yeni birillik yem bitkiləri.
|
Yoqca, xaşa,üçyarpaq və s.
Çoban toppuzu, taxıl otu,ayrıqoiu, qaramuq və s.
Gülül, çöl noxudu, seradella və s.
Sudan otu, moqar, payza, çumiza və s.
Xəndək otu, baldırğan, şərq yemliyi.
Yağlıq turp, əmənkömənci.
|
Yağlı və efiryağlı bitkilər.
|
14.Yağlı bitkilər.
15.Efiryağlı bitkilər.
|
Günəbaxan, araxis, küncüt, saflor, raps, kürəncə, xardal, lalə , gənəgərçək və s.
Kişniş, yarpız və s.
| Lifli bitkilər |
16.Toxumlarının üzərində lif əmələ gətirən bitkilər.
|
Pambıq.
| Tütün və maxorka |
17.Gövdəsinin üzərində lif olan bitkilər.
|
Kətan, kənəf, kəndir, tütün, maxorka.
|
Tarla bitkilərinin yerləşdirilməsinin ekoloji və iqtisadi prinsipləri. Tarla bitkilərini müxtəlif iqtisadi bölgələr üzrə yerləşdirərkən zonanın təbii şəraiti və bitkilərin bioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Yerli torpaq-iqlim şəraiti bitkinin inkişafı üçün əlverişli olmalıdır. İstiliyə tələbi yüksək olan bitkilər cənub rayonlarında, istiliyə az tələbkar olan uzun gün bitkiləri isə nisbətən şimalda olan əkinçilik rayonlarında yerləşdirilir.
Bitki növlərini hər hansı bölgədə yerləşdirərkən orada mövcud olan şaxtasız günlərin miqdarı, vegetasiya ərzində fəal temperaturun yekunu, yağmurların miqdarı və s. nəzərə alınır.
Kartof, tərəvəz, bostan bitkilərinin sənaye mərkəzlərinə və əhalinin sıx yaşadığı iri şəhərlərə yaxın rayonlarda yerləşdirmək iqtisadi cəhətdən sərfəlidir.
Bitkilərin bölgələr üzrə yerləşdirilməsinə ərazidə görülən meliorativ tədbirlər də təsir edir.
Mövzu: 2 dənli taxil bitkilərinin ümumi xarakteristikasi. payiz, qiş və yaz dövründə payizliq taxillarin məhv olma səbəbləri və onlara qarşi mübarizə tədbirləri
Ədəbiyyat
-
S. C. Əliyev və baş. - «Payızlıq buğdanın intensiv texnologiya ilə becərilməsi», Kirovabad, 1986, 76 s.
-
M. İ. Cəfərov və baş. - « Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası», Bakı, 2000, 264 s.
-
П. П. Вавилов - «Растениеводство», Москва, 1986, 512 с.
-
Я. В. Губанов, Н. Н. Иванов - «Озимая пшеница», Москва, 1988, 301 с.
● В. A. Зырянов, Ю. В. Иванов, В. Ф. Фролова - «Уход за посевами
озимых культур», Москва, 1990, 80 с.
-
Г.С. Посыпанов и др.- «Растениеводство», Москва, «Колос», 1997, 447 c.
-
Г.С. Посыпанов и др.- «Растениеводство», Москва, «Колос», 2006, 611 c.
-
Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356 s.
Dənli taxil bitkilərinin ümumi xarakteristikasi.
Əhalini ərzaqla, heyvandarlığı yemlə və sənayeni xammalla təmin etmək üçün dənli taxıl bitkilərinin olduqca böyük əhəmiyyəti vardır. Ona görə də həm dünya həm də respublikamız üzrə taxıl istehsalını artırmaq müasir dövr üçün ən vacib problemlərdən biridir. Bununla əlaqədar olaraq əhalinin ərzağa olan tələbatını ödəmək üçün taxıl istehsalının həcmi artırılmalı və keyfiyyəti yaxşılaşdırılmalıdır.
Dənli taxıl bitkiləri 9 botaniki cinsi əhatə etməklə əsas taxıllara (1-ci qrup – buğda, arpa, çovdar, vələmir, tritikale) və darıyabənzər (2-ci qrup – qarğıdalı, sorqo, darı, çəltik) taxıllara bölünürlər.
Taxılçılığın inkişafı heyvandarlıqla əlaqədardır, çünki onların məhsulu heyvandarlığı yemlə, heyvandarlıq isə taxıl bitkilərini üzvi gübrə-peyinlə təmin edir.
Son dövrlərdə respublikamızda taxıl bitkilərinin əkin sahəsi genişləndirilmiş və məhsul istehsalı əvvəlki illərə nisbətən artırılmışdır.
Dünya miqyasında tarla bitkiləri əkinlərinin 68%-ni dənli taxıl bitkiləri təşkil edir. Keçmiş Covetlər İttifaqında dənli taxıl bitkilərin əkin sahəsi 125 mln. hektardan artıq idi ki, bunun da 61 mln. hektarı buğdanın payına düşürdü.
Respublikamızda dənli və dənli - paxlalı bitkilərin (bütün təsərrüfat kateqoriyaları üzrə) əkin sahəsi 1074,1 min hektar, ümumi məhsul istehsalı 2955,3 min ton (2013-cü il) olmuşdur, bundan payızlıq dənlilər 1002,0 min hektar, ümumi məhsul istehsalı 2673,1 min ton, payızlıq buğdanın əkin sahəsi 687,5 min hektar, ümumi məhsul istehsalı 1892,2 min ton, orta məhsuldarlıq isə hektardan 27,5 sentnerə çatmışdır.
Bir kq. çörək orqanizmdə yanarkən 2000-2500 kal. enerji verir. Quru çörəyin tərkibində 16-17% zülal, 77-78% karbohidratlar, 12-15% yağ, həmçinin B1 B2 PP vitaminləri vardır.
Amerika iqtisadçısı Z. R. Brauna görə ərzaqda dünya əhalisinin hər nəfəri 108 kq taxıl məhsulu istifadə edir. Keçmiş SSRİ-də bir nəfər 202 kq, qabaqcıl kapitalist ölkələrində 116 kq, Asiya ölkələrində isə 58 kq istifadə edirlər.
Respublikamızda taxıl istehsalı son dövrlərdə 2,8 mln. tona çatdırılır. Akademik İ.D.Mustafayevin fikrincə respublika əhalisinin taxıla olan tələbatını ödəmək üçün onun istehsalını 4,0-4,5 mln. tona çatdırmaq lazımdır.
Hal-hazırda dənli taxıl bitkilərinin məhsuldarlığı 25-28 sentnerə yaxındır. Bununla yanaşı məhsuldarlığı 6-7 sentnerə qədər artırmağa real imkanlarımız vardır.
Azərbaycanda bərk buğdanın daha məhsuldar sortlarını yaradıb becərməklə daha keyfiyyətli ərzaq taxılı istehsal etmək üçün imkanlarımız çoxdur.
Hazırda bitkiçilik elminin müxtəlif sahələrinə dair çoxlu elmi-tədqiqat işləri aparılır. Onların nəticələri istehsalata tətbiq edilərsə bitkiçilik məhsulları istehsalının həcmini artırmaq mümkündür.
Ölkəmizdə buğda, qarğıdalı və digər dənli taxıl bitkilərinin yüksək məhsul verən sortları yaradılmışdır. 100 sentner məhsul verən qarğıdalı hibridlərini sənaye texnologiyası ilə becərib dən istehsalını artırmaq üçün real imkanlar vardır.
Şəkər çuğunduru, kartof və günəbaxanın məhsuldarlığını artırmaq üçün də imkanlar çoxdur.
Bitkiçilik elmi məhsulun keyfiyyətinin artırılması yollarını da öyrənir və bu sahədə böyük nailiyyətlər əldə edilib. Hazırkı istehsal səviyyəsi imkan verir ki, hər nəfərə gündə 3000-3200 kalori enerji verilsin. Bu inkişaf etmiş ölkələrdə mümkündür.
Gələcəkdə bitkilərin əkin sahəsinin quruluşunu yaxşılaşdırmaq, torpağın su rejimini bitkinin tələbinə görə nizamlamaq, məhsuldar sortlar yaradıb becərmək, becərmə texnologiyasını təkmilləşdirmək, yığımda daha mütərəqqi üsullardan istifadə etmək və məhsul itkisini minimuma endirməklə məhsul istehsalı artırılacaqdır.
K.Marks göstərir ki, yalnız əmək cəmiyyətin yeganə istehsal vasitəsi ola bilməz. Ulyam – Pett qeyd etdiyi kimi, əmək varlığın atası, torpaq isə onun anasıdır.
Dənli taxıl bitkilərinin morfoloji quruluşu. Dənli taxıl bitkiləri qırtıckimilər (dişə) Poaseae fəsiləsinin müxtəlif botaniki cinsləridirlər. Taxıl bitkiləri morfoloji quruluşca kök sistemindən, gövdədən, yapaqdan, çiçək qrupundan və meyvədən (dən) ibarətdir. Dənli taxıl bitkiləri təsərrüfat əhəmiyyətinə, bioloji xüsusiyyətinə və bəzi morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən əsas taxıllar və darıyabənzər taxıllar qrupuna bölünürlər. Bunlar digər tarla bitkilərindən fərqli olaraq saçaqlı kök sistemi əmələ gətirirlər. Kök saçaqları torpağın 1,5-3,0 metr dərinliyinə işləyə bilirlər. Saçaqlı kök sistemi rüşeym köklərindən və buğum köklərindən təşkil olunur. Birinci qrupun nümayəndələri cücərərkən 3-8 rüşeym kökcüyü, ikinci qrupun nümayəndələri isə yalnız bir ədəd rüşeym kökcüyü əmələ gətirirlər. Rüşeym kökcüyü hesabına tarla bitkilərindən 65% məhsul götürülür. Kök kütləsinin əsas hissəsi əkin qatında (25-27 sm) yerləşir (dayaq və ya hava kökləri də mövcuddur).
Taxıl bitkilərinin gövdəsi 5-7 buğum arasından, sorqo və qarğıdalınınkı isə 16 -25 buğum arasından ibarətdir. Gövdələrin içərisi boş və ya özəklə dolu olur. Orta hissədə gövdə ən yoğun olur.
Gövdənin və budaqların buğumlarında yarpaq əmələ gəlir. Yarpaq - yarpaq qınından və yarpaq ayasından ibarətdir. Yarpaqdan əlavə dilçə və qulaqcıqda mövcuddur.
Taxıl bitkilərinin çiçək qrupu sünbül və ya süpürgədir. Qarğıdalı digər taxıllardan fərqli olaraq iki formalı çiçək qrupu əmələ gətirir ki, onlardan da biri gövdənin və budaqların nəhayətində süpürgə, digəri yarpaq qoltuqlarında qıca təşkil edir.
Sünbül- oxdan, pillələrdən (dirsək) və onların üzərində yerləşən sünbülcüklərdən ibarətdir. Normal şəraitdə buğdanın hər bir pilləsində 1 sünbülcük, arpanınkında isə 3 sünbülcük olur. Sünbülcüklərdə bir və ya bir neçə çiçək olur. Çiçək pulcuqlardan 3 erkəkcik və bir dişicikdən ibarətdir (çəltikdə altı erkəkcik vardır).
Taxıl bitkilərinin meyvəsi eyni zamanda toxum hesab olunur və dən adlanır. Hər meyvədə yalnız bir dən əmələ gəlir. Dənlər pərdəli, yaxud örtüklü, pulcuqlarından asan ayrılanlara isə çılpaq dən deyilir. Dənin 1,5-3,0% rüşeym, qarğıdalıda isə 10-14%-ni, qalan hissəsini isə endosperm təşkil edir. Dənin kimyəvi tərkibi sortdan və becərmə aqrotexnikasından asılı olaraq dəyişilir.
Buğda dənində 13-16% zülal, 77,4-79,9% karbohidratlar, 20-21% yağ, 23-24% sellüloza və 1,9-2,0% kül olur.
Bərk buğdanın tərkibində zülal xüsusən çox olur. Şimaldan cənuba və qərbdən şərqə doğru getdikcə bütün taxılların dənlərində zülal faizi yüksəlir. Quru iqlimin artması, torpaqda azotun miqdarının yüksək olması dənin keyfiyyətinə təsir göstərir. Dəni mum yetişmə fazasında yığdıqda tam yetişməyə nisbətən zülal faizi artıq olur.
Dənli taxıl bitkilərinin dənlərində olan zülallar albumin, qlobulin, qliadin və qlüteindən ibarətdir. Albumin suda həll olur, digərləri isə üzvi həlledicilərdə və müxtəlif məhlullarda həll olurlar. Bunlar buğda dənindəki özlülüyü (kleykovina) təşkil edirlər.
Zülalın keyfiyyəti onun tərkibində olan amin turşuları ilə təyin olunur. Amin turşuları nə qədər çox olsa bitkinin ərzaq və yem keyfiyyəti o qədər yüksək olur. Ən qiymətli əvəzolunmaz amin turşuları – valin, lizin, triptofan və s.-dir.
Suda həll olmayan zülallar öz və ya kleykovina adlanır. Buğda dəninin tərkibində kleykovina 16-50%, çovdarda 3,1-9,5%-ə, arpada isə 2-19%-ə qədər olur.
Kleykovina uzanan, elastik, yapışan maddədir. Onu əmələ gətirən qlütein zülalı elastiki və uzanandır. Qliadin isə zəif uzanır və quruyarkən bərkiyir. Kleykovinanın keyfiyyəti onun tərkibində olan zülalların nisbətindən asılıdır. Onlar (qlütein, qliadin) 1:1-ə nisbətində olduqda kleykovina daha keyfiyyətli olur.
Dənə dolma fazasında (dövründə) havalar isti və quraq keçdikdə dəndə kleykovinanın miqdarı xeyli yüksəlir.
Nişasta əsasən dənin endospermində olmaqla onun çəkicə 80%-ini təşkil edir. Şimala və qərbə doğru getdikcə dəndə daha çox nişasta toplanır. Dənlərdə yağın miqdarı 2-6% arasında dəyişir. Rüşeymdə yağ daha çox olur. Buğda rüşeymində 14% çovdar və arpada 12,4%, vələmirdə 26%, darıda 20%, qarğıdalıda 40% yağ olur. Buğda dəninin külündə 50% fosfor, 2,8% kalsium, 12% maqnezium və 30% kalium olur. Sellüloza hüceyrə divarlarında olur. Dənin tərkibində 14-15% su vardır. Dəndə diastaza, sitaza, invertaza, lipaza, proteaza fermentləri və B1, B2, B6, PP, E, A, D vitaminləri vardır.
Dənli taxıl bitkilərinin inkişafı. Toxumların cücərməsi üçün onu əhatə edən, mühitdə kifayət qədər nəmlik, istilik və hava (O2) olmalıdır.
Toxumun cücərmə sürəti onun iriliyindən, endospermində olan qida maddələrinin miqdarından, dənin qlafının möhkəmliyindən, sortun xüsusiyyətindən və s. şərtlərdən asılıdır. Dənli taxıl bitkiləri cinslərindən asılı olaraq toxumlarının cücərməsi üçün həmin faktorlara müxtəlif dərəcədə tələbat göstərirlər.
Buğda toxumu öz kütləsindən 47-48%, çovdar 58-65%, vələmir 60-76%, qarğıdalı 37-44%, darı və sorqo isə 25-38% artıq nəmlik qəbul etdikdən sonra cücərirlər. Toxumun cücərmə müddəti onun kimyəvi tərkibi ilə də əlaqədardır. Dəndə zülal faizi çoxaldıqca cücərmə keçirir. Qabığın qalınlığı, sortun xüsusiyyəti də cücərmə müddətinə təsir edir. V.N.Stepanova görə cücərmənin başlanğıcı ilə çıxış arasında aşağıdakı miqdarda fəal temperatur (cəmi) tələb olunur.
-
Buğda, çovdar, arpa, vələmir - 90-1000
-
Qarğıdalı, darı, sorqo - 130-1400
-
Çəltik - 300-3500
Cücərmə vaxtı toxumun ehtiyat qida maddələri müxtəlif fermentlərin təsiri ilə rüşeymin mənimsəyə biləcəyi formaya keçirlər. Diastaza fermentinin təsirindən nişasta həll olunan karbohidratlara dekstrin və maltozaya çevrilir. Eyni zamanda sitaza fermentinin təsiri ilə endosperm hüceyrələrinin divarı (hemisellüloz) həll olur. İnvertaza fermentinin təsiri ilə şəkər qamışı qlükoza və fruktozaya çevrilir. Yağların hidrolizi lipaza fermentinin təsirindən qliserinə və yağ turşusuna parçalanır. Proteaza fermentinin iştirakı ilə zülali maddələr parçalanaraq ammonyak və amin turşularına çevrilir. Bunlar da karbon birləşmələrinin təsiri ilə asparaginə çevrilir. Amin turşularından, asparagindən, azotsuz maddələrdən cücərtinin hüceyrələrində və toxumalarında yeni azotlu birləşmələr əmələ gəlir. Yəni köhnə toxumalarda üzvi birləşmələr parçalanır, yeni cücərtilərdə isə üzvi maddələr sintez olunur.
Köhnə toxumun endospermi tədricən bürüşür, embrional hissəsi isə sürətlə böyüyərək kökcük, gövdəcik və yarpaqlar əmələ gətirir. Əvvəlcə rüşeym kökcüyü böyüyür sonra isə gövdəcik əmələ gəlir. Çılpaq – dənlilərdə kökcük və gövdəcik toxumun rüşeym yerləşən yerindən əmələ gəlir. Pərdəli dənlilərdə isə gövdəcik çiçək pulcuğunun altı ilə uzanıb toxumun nəhayətindən xaricə çıxır. Gövdə koleoptil adlanan şəffaf pərdənin içərisində olur. Koleoptil formasını və əsas rolunu itirmiş yarpaqdır, vəzifəsi isə cücərti torpaq səthinə çıxana qədər onu mexaniki zədələnmədən qorumaqdır. Bu cücərmə (çıxış) fazası kimi qeyd edilir. İlk cücərtilərin rəngi müxtəlif olur. Buğdada yaşıl, arpada tüstüvarı – göy, çovdarda bənövşəyi – şabalıdı, vələmirdə, darıda, sorqoda, çəltikdə və qarğıdalıda boz – yaşıl rəngdə olur.
Cücərtilər rəngləri ilə yanaşı yarpağının qulaqcıq və dilçələrinə görə də fərqləndirilir. Lakin, cücərtinin rəngi tezliklə temperatur və işıqlanma intensivliyindən asılı olaraq dəyişir.
Cücərtilərin alınma vaxtı toxumun cücərmə enerjisindən, torpağın mexaniki tərkibindən, nəmliyindən, temperaturundan, sıxlığından, toxumların basdırılma dərinliyindən asılıdır. İsti və rütubətli hava şəraitində cücərtilər daha tez alınır.
Kollanma fazası. Cücərtidə 2-3 yarpaq əmələ gəldikdən sonra bitkinin böyüməsi demək olar ki, dayanır. Bu zaman gövdənin torpaqda qalan buğumlarından yan köklər (buğum kökləri), budaqlanması hesabına isə cavan zoğlar (gövdələr) əmələ gəlir.
Gövdənin torpaqaltı buğumundan yeni zoğların və ikinci dərəcəli köklərin əmələ gəlməsi kollanma fazasının başlanğıcı hesab edilir. Kollanma buğumu çox zaman 1-3 sm dərinlikdə yerləşir. Ümumiyyətlə bitkinin torpaq altında budaqlanmasına taxılların kollanma fazası, cavan zoğ və yan köklər əmələ gətirən buğuma kollanma buğumu deyilir. Bitkinin həyatında kollanma buğumu mühüm əhəmiyyət kəsb edir. Bir bitkidə əmələ gələn gövdələrin cəminə ümumi kollanma, onlardan məhsul verənlərin cəminə isə məhsuldar kollanma deyilir. Kollanma əmsalı kök sisteminin güclü və ya zəif olması, bitkilərin şaxtalara, quraqlığa davamlı olması və kollanma buğumu ilə əlaqədardır. Onun zədələnməsi (kol. buğ) bitkinin məhv olması deməkdir. Buğumun torpaqda yerləşmə dərinliyi bitki sıxlığından, torpağın mexaniki tərkibindən, nəmliyindən, sort xüsusiyyətlərindən və s. asılıdır.
Ağır torpaqlarda kollanma buğumu dayazda yerləşir.
Bir bitkidə əmələ gələn yan gövdələrin sayına kollanma əmsalı deyilir.
Adətən payızlıqlarda bir bitkidə 5-6, yazlıqlarda isə 15-25 gövdə əmələ gəlir. Əmələ gəlmiş ümumi gövdələrin bir hissəsi böyüyüb tam inkişaf edir və dən verir. Bunlar məhsuldar gövdələr hesab edilir. Tam inkişaf etməyib dən məhsulu verməyənlər isə qeyri məhsuldar kollar adlanır. Məhsuldar kollanma əmsalı bitkinin kollanma enerjisindən asılıdır. Mülayim hava, normal işıqlanma, qidalanma və normal nəmlik şəraitində bitkilərdə məhsuldar kolların miqdarı çox olur. Gec səpinlər, havaların quraq keçməsi, düzgün becərmə sisteminin təşkil olunması kollanma enerjisini azaldır.
Kollanma 5 0C temperaturda başlayır. Ancaq, ən yaxşı əlverişli şərait 12-15 0C sayılır.
Boruya çıxma fazası. Gövdənin buğumları əgər məhsuldar gövdədirsə, hətta çiçək qrupunun bünövrəsi də bitkinin kollanma fazasında əmələ gəlir. Lakin, bu zaman buğumlar arası, çiçək qrunu isə xırda olduğu üçün adi gözlə seçilmir. Yarovizasiya mərhələsindən işıq mərhələsinə keçdikdən sonra bitkinin böyüməsi sürətlənir.
Çiçək qrupu gövdənin axırıncı buğumuna birləşən yarpaq qınının içərisi ilə yuxarıya doğru hərəkət etdiyi üçün bu dövr borulaşma, yaxud gövdələşmə (boruya çıxma) fazası adlanır. Bu fazanın başlanğıcında kollanma buğumunun üstündən gövdənin aşağı buğumaraları böyüməyə başlayır. Birinci buğumarası 10-15 günə böyüyür və böyümənin sürəti 5-7-ci günə qədər daha intensiv olur. Hər bir buğumarası özünün aşağı hissəsindən böyüyür. Ona görə də aşağı hissə gec bərkiyir. Bu tip böyümə interkalyar böyümə adlanır. Buna görə də yatmış gövdələr sonradan qalxır. Gövdənin böyüməsi çiçəklənmənin sonunda dayanır. Getdikcə böyümənin sürəti artdığına görə yuxarıdakı buğumaraları uzunluğuna görə aşağıdakıları ötür. Boruya çıxma fazasını təyin etməkdən ötrü, şişkinləşmiş gövdə əllə yoxlanılır və yaxud dəqiq təyin etmək üçün kollanma buğumunun uzununa kəsiyinə lupa altında baxılır. Bu fazada bütün orqanlar formalaşır.
Sünbülləmə və ya süpürgələmə fazası. Gövdənin buğumaraları uzandıqca çiçək qrupu da yarpaq qınının içərisi ilə yuxarıya doğru hərəkət edir və eyni zamanda inkişaf edib tam formalaşaraq qının nəhayətindən xaricə çıxır. Bu dövr sünbüllü taxıllarda sünbülləmə, süpürgəlilərdə süpürgələmə fazası adlanır. Bu dövrdə bitkinin orqanları intensiv şəkildə böyüdüyü üçün qida maddələrinə və nəmliyə daha çox tələbat göstərir.
Çiçəkləmə. Sünbül, yaxud süpürgə yarpaq qınından xaricə çıxdıqdan sonra bitki çiçəkləmə fazasına keçir. Bu fazada yarpaq, gövdə və sünbülün böyüməsi dayanır.
Sünbüllü bitkilərdə çiçəkləmə sünbülün ortasından, süpürgəlilərdə süpürgənin nəhayətindən başlanır. Ona görə də bu hissədə dənlər daha iri olur.
Çovdar, qarğıdalı və sorqo çarpaz, qalan taxıllar isə öz-özünə tozlayırlar.
Tozlanma zamanı dişicik ağzına düşən tozcuqlar sütuncuğun içərisi ilə hərəkət edərək yumurtalığa daxil olur. Tozlanmadan sonra mayalanma gedir. Toxum tumurcuğu mayalandıqdan sonra sütuncuq bürüşərək quruyur, yumurtalıq inkişaf edir, ruşeym və endosperm əmələ gəlir, rüşeym öz hissələrinə diferensiasiya olunur. Bu hissələr əmələ gələn kimi müxtəlif üzvi maddələr gövdə və ya yarpaq vasitəsi ilə axaraq endospermin hüceyrələrini doldurur. Bu proses dəndolma adlanır. Dəndolma toxum tumurcuğunun mayalanmasından sonra başlanaraq dənin mum yetişkənliyi fazasının sonuna qədər davam edir.
Yetişmə. N.N. Kuleşov dən əmələ gəlmə prosesinin üç dövrə bölünməsini qeyd etmişdir: - formalaşma, dolma və yetişkənlik dövrləri. Formalaşma dövründə dən tam iriliyinə çatır. Lakin, onun tərkibində su çox, qida maddələri isə az olur. 1000 ədəd dənin kütləsi 8-12 qrama çatır. Dolma dövrü 20-25 gün davam edir, dənin nəmliyi isə 38-40%-ə qədər azalır. Yetişmə fazasında dənə plastik maddələrin axması dayanır.
(Süd yetişkənlik, mum yetişkənlik və tam yetişkənlik). Nəmlik 18-12 bəzən də 8%-ə enir. Texniki istifadə üçün yararlı olur. Lakin, toxumun inkişafı davam edir.
Mum yetişmədə endosperm mum kimi olur, rəngi sarı, nəmliyi 30% olur. Bu fazanın davamı 3-6 gün çəkir.
Tam yetişkənlik fazası 3-5 gün çəkir. Nəmliyi 8-22%, dənin endospermi bərk olur.
Dənin yetişməsi və onun keyfiyyəti. Dənli taxıl bitkilərinin meyvəsi dəndir. Dən çılpaq və pərdəli olur. Pərdə çiçək pulcuqlarından ibarətdir. Dən qabıq, endosperm və rüşeym hissələrinə ayrılır. Dən, çiçəklərdə mayalanma baş verdiyi andan dolub formalaşmağa başlayır. Yarpaq və gövdədən plastik maddələr axmaqla dənin əvvəlcə rüşeym, sonra endosperm və digər hissələrini əmələ gətirir. Dən 12-16 günə formalaşaraq tam həcminə çatır. Dənin formalaşması dövründə 80-82% su, 18-20% quru maddə olur. Formalaşmanın sonunda suyun miqdarı 60-75% olur.
Dənin dolması torpaq və hava faktorlarından asılıdır. Çox quru havalar dənin cılız olmasına səbəb olur.
Dolma dövrü qurtardıqdan sonra yetişmə başlanır. Bu dövrdə dəndə asan həll olan birləşmələr həll olmayan üzvi maddələrə – zülal, nişasta, yağ və s.-yə çevrilir.
Yetişmənin birinci fazasında (süd yetişkənlik) bitki və sünbül yaşıl olur, yalnız aşağı yarpaqlar saralır. Dəni sıxdıqda südvarı maye çıxır. Başlanğıcında 65-70%, sonunda isə 35- 40% su olur. Süd yetişmə fazası 10-12 gün davam edir.
Mum yetişmə fazası da 10-12 gün davam edir. Gövdənin və sünbülün rəngi saralır. Yuxarı buğumarası yaşıl olur. Dən sorta məxsus rəng alır, yalnız qarın tərəfində yaşıllıq qalır. Dən mum kimi olub dırnaqla kəsilir. Dənin nəmliyi 20-30% olur, bəzi rayonlarda isə 18-20%-ə enir. Fazanın sonunda dən qida maddələri ilə daha zəngin olur və yığım üçün daha əlverişli sayılır.
Dənə qida maddələrinin axımı dayanır. Tam yetişkənlik fazasında dən bərkiyir, bitki tamamilə saralır, yarpaqları məhv olur. Dəndə nəmlik 16-14, bəzən 14-12%-ə enir. Həcmi bir qədər kiçilir. Bu faza nəmli havada gec, quru havada isə iez keçir. Yığım gecikdirilərsə tənəffüs hesabına dənin natura kütləsi azalır.
Dənli taxıl bitkilərinin yerə yatması və ona qarşı mübarizə tədbirləri. Dənli taxıl bitkilərinin gövdələrinin eninə kəsiyində möhkəm sklerenxim qatı görünür. Bu qat elastik olub gövdəni dik saxlayır. Yarpağın qını da gövdəyə möhkəmlik verir. Buna baxmayaraq gövdələr müxtəlif səbəbdən yatır və bitkinin məhsuldarlığını azaldır, eyni zamanda keyfiyyətini də pisləşdirir.Payızlıq taxıllar yazlıqlardan çox yatırlar. Bitkilər gövdədən və kökdən yatırlar. Torpağın çox nəm və eləcədə münbit olması yatmanı artırır.
Səpin norması artıq götürüldükdə, tez səpin aparıldıqda, çox suvarma və azotla qidalanma artıq olduqda bitkilər gövdədən yatırılır.
Suvarmanı düzgün aparmadıqda bitkilərin kökü torpaqla əlaqəni zəiflədir və güclü küləklər zamanı kökdən yatırlar.
K. A. Timiryazev yatmanın səbəbini bitkilərin aşağı buğumaralarına günəş işığı düşməməsində görür. Erkən yatmada yarpaq buğumlarının böyüməsi hesabına yatmış gövdələr qalxır. Sonrakı yatmada isə gövdə düzəlir. Bitkilərin fosfor və kaliumla normal qidalandırılması onları yatmağa qarşı davamlı edir. Adi cərgəli səpinə nisbətən çarpaz, dar və gencərgəli səpinlərdə yatma nisbətən azalır. Kollanma buğumunu dərinə salmaqla da yatma dərəcəsini azaltmaq mümkündür.
Yatmaya qarşı mübarizə məqsədilə səpin müddəti, norması, üsulu, toxumun basdırılma dərinliyi düzgün müəyyən edilməli, payızda fosfor və kalium gübrələri ilə yemləndirilməli, yazda malalanmalıdır. Alçaq boylu sortların becərilməsi və erkən yazda əkinlərin TUR preparatı ilə (hek 3-4 kq) işlənməsi də müsbət nəticələr verir. Bəzi bitkilər kök hissəsindən də yatırlar. Adətən tarlaları su basdıqda və eləcə də küləklərin təsirindən kökdən yatma baş verir. Yatma zamanı assimilyasiya və plastik maddələrin sünbülə axması pozulur. Nəticədə dənlər tam dolmayaraq cılız olurlar. Yatmış bitkilərin məhsulu çətin yığılır və məhsuldarlıq aşağı olur. Eyni zamanda məhsulun keyfiyyəti də pisləşir.
Adətən payızlıq taxıllar payız, qış və yaz dövründə əlverişsiz şəraitə düşüb məhv olurlar.
Səpinin gec və ya tez keçirilməsi yerli şəraitə uyğun sortun seçilməməsi, əkinlərə qulluq işlərinin düzgün həyata keçirilməməsi bitkilərin zəifləməsinə və ya məhv olmasına səbəb olur.
Payızlıq taxılların həyatında həlledici dövr qış və erkən yaz hesab edilir. Bu dövrlərdə bitkilər havanın əlverişsiz şəraitinə düşərək müxtəlif səbəblərdən məhv olurlar. Sərt şaxtaların keçməsi, temperaturun tez-tez kəskin dəyişməsi, əkinlərin dərin qar örtüyü altında qalması, əkin sahələrində su örtüyünün əmələ gəlməsi, buz qaysağı və s. payızlıq taxılların zədələnməsinə bəzən də məhv olmasına səbəb olur. Respublikamızın Şəki, İsmayıllı, Şamaxı rayonlarında 1964-1968-ci illərdə, Naxçıvanda 1983-cü ildə əlverişsiz iqlim şəraitindən payızlıq taxıllar məhv olmuşdur.
1982-ci ilin yazında və yayında Goranboy, İsmayıllı, Zərdab, Lənkəran, Ağdam, Salyan və Saatlı rayonlarında leysan yağışlar yağaraq daşqınlar olmuş, əkinləri su basmış, bitkilər yuyulub torpaqdan çıxmış və yatmışdır. Nəticədə xeyli məhsul itkisinə yol verilmişdir.
Professor İ. İ. Tumanov göstərmişdir ki, payızda ilk şaxtalar düşən dövrdə taxıl bitkilərinə düzgün qulluq edildikdə onlar möhkəmlənir və şaxtaya davamlı olurlar. Möhkəmlənmə iki fazada gedir.
-
İntensiv işıqlanma şəraitində 3-6 0C temperaturda 8-14 gün müddətində möhkəmlənmənin birinci fazası keçir. Bu dövrdə bitki intensiv surətdə qida maddələri toplayır. Möhkəmlənmə fazasının normal keçirərək bitkilər -14-16 0C şaxtalara dözürlər.
-
Bu mərhələ işıq və qaranlıq (qar altında) 2-5 0C şəraitdə keçir. Bu dövrdə hüceyrələrdə suyun miqdarı azalır. Nişasta şəkərə çevrilir və tənəffüsə sərf olunur.
Hər iki möhkəmlənmə fazasını normal keçirən bitkilər -20-25 0C şaxtaya dözürlər. Payızda əkinlərə fosfor gübrəsinin verilməsi güclü kök sisteminin əmələ gəlməsinə səbəb olur. Bu halda bitkilər qış şaxtalarına daha davamlı olurlar. Payız dövründə hava şəraiti də bitkinin möhkəmlənməsinə təsir edir. Gündüz Günəşli nisbətən nəmli və gecələr mülayim şaxtasız keçdikdə bitkilər daha yaxşı möhkəmlənirlər. Payız dumanlı, gecələr isə isti keçdikdə möhkəmlənmə zəifləyir. Çünki, belə halda fotosintez prosesi pisləşir və tənəffüs isə intensivləşir.
Payızlıq taxıllar qış şaxtalarının düşməsindən 50-60 gün əvvəl səpilir. Onlar inkişaflarının əvvəlində nisbətən alçaq temperatur tələb edirlər. Payızda kollanmış bitkilər erkən yazda oyanırlar nəmlik və qida maddələrini intensiv mənimsəyərək sürətlə böyüyürlər. Yaz quraqlığına dözümlü olurlar.
Payızlıq taxıllar payızda güclü kök sistemi və yarpaq əmələ gətirirlər. Günün qısalması və temperaturun aşağı düşməsi nəticəsində bitkinin kollanma buğumunda və yarpaqlarında çoxlu ehtiyat qida maddələri (şəkər) toplanır. Qışda bitki sakitlik dövrü keçirir. Qışadavamlılıq protoplazmanın su saxlama qabiliyyəti ilə əlaqədardır. Suyun azlığı və çoxluğu bitkinin məhv olmasına səbəb olur. Protoplazmada suyun çox olması toxumlarda buz kristalları əmələ gətirir. Maqnezium superfosfat gübrəsinin birgə torpağa verilməsi bitkilərin qışa davamlılığını artırır. Bu halda kollanma buğumunda daha çox plastik maddələr toplanır.
Payızlıq taxılların qışlaması. Payızlıq taxıllardan şaxtaya ən davamlısı çovdar 20 0C-yə, buğda 16-18 0C-yə, arpa 12 0C- yə dözürlər. Bitkilərin şaxtaya davamlılığı payızda iki fazada baş verir. 1- ci – intensiv işıqlanma və aşağı temperatur (gündüz 8-10 0, gecə 0 0) şəraitində keçir. Bu dövrdə kollanma buğumunda çoxlu plastik maddələr xüsusilə şəkər toplanır (qur. mad.20-25%). 2- ci – şaxtanın təsirindən bitki hüceyrələri suyunu azaldır, hüceyrə şirəsinin qatılığı yüksəlir. Bu faza işıqda və qaranlıqda 0-50C şaxtada keçir. Bu fazanı çovdar tez, buğda orta müddətdə, arpa isə uzun müddətdə başa çatdırır. Hüceyrə şirəsində həll olan karbohidratlar və amin turşuları (qlutamin) toplanır. Karbohidratlar saxarozaya çevrilərək qışadavamlılığı yüksəldir. Tam möhkəmlənmə müddəti 20-24 gün olur. Açıq hava, İşıqlı gün, soyuq gecə şəraitində möhkəmlənmə daha yaxşı keçir.
Bitkilər aşağıdakı səbəblərdən məhv ola bilirlər.
-
Bitkilərin donması. Respublikamızın dəmyə şəraitində becərilən payızlıq taxıllar qar olmayan və ya az olan illərdə bərk şaxtalar nəticəsində donurlar. Bitkinin kollanma buğumu nisbətən dərində (3,0-3,5sm) yerləşdikdə donma zəif olur. Kollanma buğumunun dərində yerləşməsi üçün toxumu şırıma səpib kollanma fazasında malalamaq lazımdır. Sahədə qarın olması donmanı azaldır. Donma zamanı protoplazmada buz əmələ gəlir, onun quruluşu pozulur və konsistensiyası yüksəlir.
Yaz şaxtaları bitkilərə daha çox məhvedici təsir göstərir, çünki, bitkilər qışda ehtiyat qida maddələrini tənəffüsə sərf edirlər. Ona görə də yaza çox zəif halda çıxırlar.
-
Çürümə. Payızlıq taxıl əkininə torpaq donana qədər çox qar yağdıqda və qar altında hərarət 0 0C- yə yaxın olduqda bitkilər qarın altında çürüyür. Çürümə bitkidə toplanan şəkərin tənəffüsə sərf olunması və qar altında göbələk xəstəlikləri (qar kifi, sklerotina) olması nəticəsində baş verir. Qar örtüyü altında 0 0C temperaturda nişasta tədricən şəkərə, şəkər də tənəffüsə sərf olunur. Şəkər 2-4%-ə endikdə zülali maddələrin sərfi başlanır. Bu hala yazda təsadüf olunur. Çürümə 2-3 ay davam edir və bitkilər xeyli məhv olub seyrəlirlər. Mübarizə məqsədi üçün qarı toplamaq, vərdənələyib sıxlaşdırmaq lazımdır ki, temperatur aşağı ensin. Çürüməni azaltmaq üçün taxılın səpin müddətinə və normasına əməl etmək lazımdır.
-
Su ilə boğulma (islanma). Qranulometrik tərkibi ağır olan torpaqlarda bitki uzun müddət suda qaldıqda oksigen çatışmazlığından tələf olur. Bu hal su keçirməyən alçaq və çökək yerlərdə olan ağır torpaqlarda selləmə üsulu ilə suvarma zamanı müşahidə olunur. Bitki boğularaq qabaqca yarpaq, sonra isə kök və kollanma buğumu məhv olur. Bunun qarşısını almaq üçün suvarmanı şırım üsulu ilə aparmaq, ağır mexaniki tərkibli torpaqlarda drenaj çəkmək lazımdır. Eyni zamanda su çox yığılan sahənin ətrafına arx çəkilməli və su həmin arxa axıdılmalıdır.
-
Bitkilərin küləklə sovrulması. Buna adətən çox şumlanmış, tozlaşmış, açıq meşəsiz yerlərdə, xüsusilə Böyük Qafqazın yamaclarında çox rast gəlinir. Güclü küləklər 2-10 sm dərinlikdə torpağı sovurur, taxılın kollanma buğumunun ətrafı açılır, quruyur, qum dənələri yarpağı deşik-deşik edir. Küləyin təsirini azaltmaq üçün meşə zolaqlarının salınmasının və torpağın hamar vərdənə ilə sıxlaşdırılmasının böyük əhəmiyyəti vardır.
-
Bitkilərin torpaqdan çıxması. Torpağın donması və donun açılması nəticəsində bitkinin kökü torpaqdan çıxa bilər. Bir də ki, şum gec aparıldıqda və şumla sənin arasındakı müddətə əməl olunmadıqda bu hadisə baş verə bilər.
Torpaq təzə şumlandıqda və donduqda həcmi artır. Donmuş torpaq bitkini yuxarı qaldırır. Don açıldıqda va torpaq yatdıqda torpağın həcmi kiçilir, kök çöldə qalır.
Yamaclarda su və külək eroziyası nəticəsində bitkilərin kollanma düyünü və kökləri torpaqdan çıxarılır. Bunun qarşısını almaq üçün terraslar düzəltmək və süni yağış yağdırma üsulu ilə suvarma aparmaq lazımdır.
Torpaqdan bitkinin çıxmasının qarşısını almaq üçün şum ilə səpin arasında tələb olunan bir ay müddəti gözləmək və ya belə halda torpağı vərdənə ilə kipləşdirmək lazımdır.
-
Buz qabığı və onun bitkiyə təsiri. Dağlıq və dağətəyi rayonlarda relyef düz olmadıqda, qar qışda əridikdə və yenidən donduqda buz əmələ gəlir. İki növ buz qabığı vardır: Sallaq və sıx buz qabığı. Sallaq və asma buz qabığı bitkini üstdən əhatə edir, bitkinin atmosfer ilə əlaqəsi kəsilir. Bu o qədər də qorxulu deyildir. Sıx buz qabığında buz torpaqda əmələ gəlir. Kök buğumunu əhatə edir, kökü sıxır, bittki hüceyrəsində olan su donur, bitki susuzlaşır və tələf olur. Buz özü bitkini mexaniki olaraq sıxır və məhv edir. Bu mənfi təsiri aradan qaldırmaq üçün sahədə qarı saxlamaq, sahəyə kül, superfosfat səpmək məsləhət görülür.
-
Ziyanverici və xəstəliklər. Payızlıq taxıllar Hessen və İsveç milçəklərindən, məftil qurdlarından, taxıl böcəyi, sümürgən böcəkləri, buğda tripsi, mənənələrdən siçanlardan; müxtəlif xəstəliklərdən-toz və bərk sürmə, sarı və qonur pas xəstəliyindən, unlu şeh ,kök çürüməsi , qar kifi və s.- dən ziyan çəkirlər.
Xəstəliklərə qarşı hal-hazırda tilt, bayleton, plantavaks, polikarbosin, sineb, topsin, fundazol, bental adlanan preparatlardan istifadə etmək olar.
Zərərvericilərə qarşı 30%-li vofatoksdan, 40%-li metafosda və 40%-li fosfamid preparatlarından hektara 0,7-1,0-1,5 kq, 40%-li kartion-M 1,5 kq, 40%-li duruşban 1,5-2,0 kq, desis 0,4 kq və s. istifadə edilir.
Dənli taxil bitkilərinin yerə yatmasi və digər əlverişsiz həyat şəraiti, onlara qarşi mübarizə tədbirləri
Dənli taxıl bitkiləri inkişafları dövründə xarici şərait amilləri bitkilər üçün əlverişli və ya əlverişsiz olur. Əlverişsiz həyat şəraiti olduqda (soyuq, bəzən də şaxtalı günlərdə, həddən çox isti və quraqlıq olduqda nəmliyin normadan çox olduğu müddətlərdə) bitkilərin inkişafı zəifləyir, onlar az məhsul əmələ gətirir,bəzən də tamamilə məhv olurlar. Ona görə də bitkini becərən insan bitkilərin əlverişsiz şəraitinə qarşı düzgün aqrotexniki tədbirlər həyata keçirməli və onların intensiv şəkildə inkişaf etmələrinə nail olmalıdır. 1-ci qrup dənli taxıl bitkilərinin (buğda, arpa, çovdar, vələmir) gövdələri içərisi boş olduğundan müxtəlif səbəblərdən dik dura bilməyib yerə yatırlar. Belə bitkilərin inkişafı zəifləyir, məhsuldarlığı aşağı düşür, bəzən də tamamilə məhv olurlar. Payızlıq taxıllar qışın şaxtalı və qarlı günlərinə dözməyərək müxtəlif xəstəliklərə tutulurlar. Qışdan salamat çıxa bilməyən bitkilər çox zəif olur, onlar az məhsul verirlər.qışdan yaza qədər zəifləmiş bitkilərə qar örtüyü götürülən kimi (erkən yazda) hər hektara 30 kq dozada azot gübrəsi verilib malalanmalıdır. Taxıl bitkiləri boruya çıxma fazasından sünbülləməyədək sürətlə böyüyür. Bu dövrdə gövdələr möhkəmlənmiş olur. Əkinlər suvarıldıqdan və azotla yemləmə gübrələri verildikdən sonra bitkilərin kökləri torpağa möhkəm yapışa bilmir. Belə şəraitdə güclü külək əsdikdə taxıl bitkiləri kökdən yerə yatırlar. Bitki sıxlığı normadan çox olan əkinlərdə bitkilərin yerə yatmasına daha çox rast gəlinir. Yerə yatmanın başlıca səbəblərindən biri də toxumun nisbətən dayaza səpilməsidir. Yatımın əsas səbəbi sıx əkinlərdə bitkinin aşağıdakı buğumaralarına günəş işığının düşməməsidir.
Bitkilər erkən dövrdə yerə yatıbsa yarpaq buğumlarının böyüməsi hesabına gövdələr yuxarı qalxıb düz (dik) vəziyyət alırlar. Əgər bitkilərin yerə yatması onların inkişafının sonuna yaxın baş verirsə gövdələr düzəlib dik vəziyyət ala bilmirlər. Ona görə də onların dən məhsulu az və keyfiyyəti aşağı düşür. Yatıma qarşı bitkilərin davamını artırmaq üçün əkinə vaxtında kifayət qədər fosfor və kalium gübrələri vermək lazımdır. Toxumları nisbətən az norma ilə çarpaz və ya zolaqlı səpin üsulunda səpmək məsləhətdir.
Münbitliyi yüksək olan torpaqlarda becərilən buğda, arpa, çovdar bitkiləri qida maddələrini intensiv şəkildə mənimsəyir və onlar güclü kollanaraq çox sayda yan gövdələr əmələ gətirirlər. Onların yarpaqları torpağın səthini tezliklə örtür. Bu bitkilər günəş şüası ilə yaxşı təmin olmaq üçün bir-birini sıxışdırır. Sıxlığın normadan yüksək olan əkinlərdə bitkinin aşağıda yerləşən yarpaqları və gövdəsinin buğumaraları günəş şüası ilə yaxşı təmin olunmur. Belə gövdələr zərif olub çox möhkəm olmur və əyilib yerə yatırlar. Belə bitkilər bir-birini kölgələndirib zəiflədir, onların yarpaqlarının bir hissəsi saralıb solur, bəzən də tamamilə məhv olurlar. Yerə yatan gövdələrin bəziləri tədricən düzəlir. Yatıma qarşı mübarizə məqsədilə toxumlar nisbətən (1-2 sm) dərinə səpilməlidir. Bunda məqsəd bitkinin yeraltı kollanma buğumunun nisbətən dərində yerləşməsinə nail olmaqdır. Kollanma buğumu dərində yerləşən bitkilər yerə yatmağa qarşı nisbətən davamlı olurlar. Münbitliyi yüksək olan torpaqlarda əkinə azot gübrəsini və ya aşağı dozada vermək və ya da heç verməmək olar. Yatım qorxusu olan sex əkinlərdə suvarmaların sayı və norması da azaldılmalıdır. Ərazidə hakim küləklər də bitkinin yerə yatmasını artırır. Belə ərazilərə Abşeron, Xızı, Dəvəçi rayonları daxildir. Həmin rayonlarda alçaqboylu sortlar becərmək və qoruyucu meşə zolaqları salmaq lazımdır.
Dənli taxıl bitkilərinin intensiv sortlarının becərilməsinə keçməklə bitkilərin yerə yatmasını azaltmaq mümkün olur. Yatıma meylli sortları becərdikdə payızda kollanma və yazda kollanma fazasının sonuna yaxın müddətdə əkinlərə yemləmə şəklində fosfor və kalium gübrələri vermək məsləhətdir. Yatıma meylli əkinlərdə payızda əkinə azot gübrəsi verilməməlidir.
Yazda kollanma fazasının sonunda bitkinin əkinlərinə hər hektara 3-4 kq TUR (xlor-xolinxlorid) preparatını 100 litr su ilə qarışdırıb əkinə çiləmək (təyyarə ilə) lazımdır. Çiləmə traktor çiləyicilərilə yerinə yetirilirsə məhlulun həcmi 400 litr olmalıdır. Taxıl əkinlərini leysan yağışların suyu basdıqda və hakim küləklər güclü olduqda bitkilər kökdən yerə yatırlar. Yerə yatmış taxıl bitkilərinin yarpaqlarının bir hissəsi günəş işığı ilə təmin olunmur. Nəticədə yarpaqların bəziləri məhv olur, bitkidə assimilyasiya prosesi zəifləyir. Sel suları və hakim küləklərin əsməsi taxıl məhsulunun yetişmə dövrünə təsadüf etdikdə yarpaqlarda üzvi maddələrin əmələ gəlmə intensivliyi zəifləyir, plastik maddələrin dənə axması pozulur. Yatmış taxıllarda sünbüldəki dənlər tam dolmur, onlar cılız olur. Belə dənlər üyüdüldükdə un çıxımı az olur. Belə undan keyfiyyətli çörək, makaron, vermişel almaq mümkün olmur. Yatmış taxıl bitkilərinin məhsulu mexaniki üsulla çətin yığılır və yığımda məhsul itkisi çox olur. Yatmış taxıl əkinlərindən az məhsul alınır.
Payız, qış və yaz dövründə payızlıq taxıl bitkilərinin məhv olması səbəbləri və onlara qarşı mübarizə tədbirləri
Payız, qış və erkən yaza taxıl bitkiləri əlverişsiz hava şəraitində zəifləyir, bəzən də zəifləyən bitkilər məhv olur. Səpinin optimal müddətdən tez və ya gec keçirilməsi, yerli şəraitə daha davamlı olan sortların düzgün seçilməməsi, əkinlərə qulluq işlərinin düzgün həyata keçirilməməsi bitkilərin zəifləməsinə və ya da tamamilə məhv olmasına səbəb olur.
Payızlıq taxılların həyatında həlledici dövr qış və erkən yaz fəsli hesab olunur. Çünki bu dövrdə bitkilər havanın əlverişsiz şəraitinə düşür və tamamilə məhv olurlar. Qışın sərt şaxtaları (qar örtüyü olmadıqda havanın temperaturu 16-180-dən çox şaxta olduqda) bitkiləri məhv edir. payızlıq taxıllar uzun müddət qar örtüyü altında qalması da bitkiləri məhv edir. əkin sahələrinə su yığılan buz qaysağı əmələ gəlməsi də bitkiləri məhv edir. qar örtüyünün altında qalan taxıl bitkiləri xəstəliyə tutulmaqla da məhv olurlar.
Taxıl bitkilərinə payız dövründə qışa davamlı olmaq üçün möhkəmlənmə fazalarını normal keçirməlidirlər. Payızlıq taxıllar qışa davamlı olmaq üçün 2 faza keçirirlər. 1-ci fazada intensiv işıqlanma və alçaq temperatur şəraitində (gündüzlər 8-100, gecələr 00-yə yaxın istilik olduqda), 2-ci faza 0-50 istilik şəraiti qışı normal keçirmək üçün əlverişli sayılır.
Respublikamızda bəzi illərdə qış çox şaxtalı keçir. Şəki, İsmayıllı, Şamaxı, Qusar rayonlarında qış çox sərt keçir. 1983-cü ilin yanvar ayında Naxçıvanda 390 şaxta olub, nəticədə payızlıq taxıl bitkilərinin əkinləri məhv olub. Əkinlərin sel suları ilə məhv edilməsi də taxılçılığa çox zərər vurur. 1987-ci ildə taxılların yığım vaxtı leysan yağışlar və sel suları Goranboy, Zərdab, İsmayıllı, Lənkəran, Ağdam, Salyan, Saatlı, 1997-ci ildə Goranboy, Yevlax, Bərdə rayonlarının taxıl əkinlərinə böyük zərər vurmuşdur. Bəzi təsərrüfatlarda sel suları xırman və anbarlardan taxıl məhsulunu axıdıb məhv etmişdir.
Taxıl bitkilərinin yetişməsindən əvvəl və yetişmə dövründə düşən güclü yağışlar bitkiləri kökdən yerə yatızdırır. Yerə yatmış taxıllarda dənlərin dolması üçün əlverişsiz şərait yaranır. Bu səbəbdən dənlər tam dola bilmir və cılız olurlar. Belə dənlərdən un çıxımı az olur. May, iyun aylarında çox yağmur düşən rayonlarda taxıl əkinlərində alaqlar artır, bu da bitkilərin məhsuldarlığını azaldır. Yerə yatmış və alaq basmış əkinlərdə məhsulun kombaynla yığılması çətinləşir. Taxıl məhsuluna alaq ot toxumları qarışaraq onları zibilləndirir.
Payızlıq taxıl əkinlərinin qışın şaxtalarına dözümlü olması üçün şaxtaya davamlı sortların becərilməsi əhəmiyyətlidir. Mironovski-808 buğda sortu 28-300 şaxtalara tab gətirir.
Payızlıq taxılların qışın şaxtalılığına dözümlü olması üçün onun toxumlarını qış şaxtaları düşməsindən 50-60 gün əvvəl səpmək lazımdır. Vaxtında səpin apardıqda bitkilər payızda kollanır, güclü kök sistemi əmələ gətirirlər. Yarpaqlarda toplanan üzvi maddələr, xüsusilə də şəkər kökboğazına kollanma düyününə toplanır. Qışda bitkilər sakitlik dövrü keçirir, kök boğazında olan ehtiyat qida maddələri tədricən şəkərə çevrilib bitkinin tənəffüsünə sərf olunur. Bitkinin qışa davam ıprotopllazmanın su saxlama qabiliyyəti ilə əlaqədardır. Protoplazmada suyun az və ya normadan çox olması bitkinin məhv olmasına səbəb olur. Su çox olduqda toxumalarda buz kristalları əmələ gəlir. Bitkinin qışa davamını yüksəltmək üçün səpinlə birgə torpağa fosfor gübrəsi verilməlidir. Fosfor və kalium gübrələrini payızda yemləmək şəklində də vermək olar. Azot gübrəsini payızda verdikdə bitkilərin qışa davamı aşağı düşür.
Buğda bitkisi 16-180, çovdar 200, arpa 120 şaxtaya tab gətirərək məhv olmurlar.
Taxıl bitkiləri payızda 20-24 gün ərzində açıq hava, işıqlı gün və soyuq gecə şəraitində (00-də) qışa davamlı olmaq üçün möhkəmlənmə fazasını keçirirlər. Bu halda buğda bitkiləri 18-200 şaxtalara tab gətirir və məhv olmurlar. Əks halda buğda bitkisi 150 şaxtada da məhv olurlar. Yumşaq buğda bərk buğdaya nisbətən qışa daha davamlı olurlar. Taxıl bitkiləri aşağıdakı səbəblərdən məhv olurlar: 1) Bitkilər qar örtüyü olmadıqda 15-180 şaxtadan donub məhv olurlar. Donma zamanı protoplazmada buz əmələ gəlir, onun quruluşu pozulur və qatılığı artır. qışlamadan çıxan bitkilər zəifləyir və yaz şaxtaları onları daha tez məhv edir.
2) Bitkilərin çürüməsi – qar örtüyü altında 00-yə yaxın temperaturada ehtiyat qida maddələri tənəffüsə sərf olunur. Zəifləmiş bitkilər şəkərlə tənəffüs edib qurtarana yaxın (2-4%-ə endikdə) zülallı maddələrdən istifadə edir. bitkilər göbələk xəstəliklərinə – qar kifi, sklerotina tutularaq 2-3 ay ərzində çürüyüb məhv olurlar. Xəstəliyə qarşı mübarizə məqsədilə əkinə vərdənə çəkib qarı kipləşdirmək və temperaturu aşağı salmaq tələb olunur.
3) İslanmadan məhv olma. Ağız mexaniki tərkibli suyu zəif keçirən torpaqlarda bitkilər su örtüyü altında qalır, onların tənəffüsünə oksigen çatmır və bu səbəbdən zəhərlənib məhv olurlar. Mübarizə məqsədilə tarlalar hamarlanmalı, dərin çalalar qazmaqla suyu kənara axıtmaq lazımdır.
4) Bitkilərin yuyulub torpaqdan çıxarılması. Külək və su eroziyası ilə mailliyi çox olan ərazilərdən bitkilər torpaqdan çıxarılıb kənara axıdılır. Nəticədə əkinlər seyrəkləşir, məhsuldarlıq aşağı düşür. Belə sahələrdə şum mailliyə köndələn istiqamətdə aparılmalı, suvarmalar süni yağışyağdırma üsulu ilə aparılmalıdır.
5) Buz qaysağı – bəzən qışda havalar isinir və qar örtüyü əriyir, bitkilərin yarpağı üzərində qalan şeh gecə şaxtalı olduqda buz bağlayır. Nəticədə bitkilər donub məhv olur. Buz qaysağına qarşı mübarizə məqsədi ilə əkinə superfosfat səpib buzu əritmək məsləhət görülür.
6) Bitkilərin küləklə sovrulması – mailliyi çox olan ərazilərdə hakim küləklər torpağı sovurub kənara aparır. Kökboğazı sovrulan bitkilərin çoxu quruyub məhv olurlar.
7) Qış quraqlığı – yağmurlar çatışmadıqda qışda bitkilər məhv olur.
8) Ziyanverici xəstəliklər də bitkiləri məhv edir. Zərərvericilərdən – Hessen, İsveç milçəkləri, tel qurdlarından – vızvıza.
Xəstəliklərdən – qonur və sarı pas, unlu şeh taxıl bitkilərin inkişafına mənfi təsir göstərirlər.
9) Qar ləkəsi xəstəliyi – bu xəstəlik qar altında qalmış bitkilərdə (ən çox çovdarda) rast gəlinir. Xəstəliyi fuzarium mivale Ces göbələkləri törədir. Xəstəlik zamanı yarpaq səthində ağımtıl və bənövşəyi ləkələr əmələ gəlir.
Sclerofina qramiularum xəstəliyinə qışdan yeni çıxmış bitkilərdə rats gəlinir. Xəstələnən bitkilərin yarpaq səthində əvvəlcə ağ, sonra tünd-qonur kəltənciklər əmələ gəlir. Xəstəliyə qarşı davamlı sortlar becərilməlidir.
Cənub rayonlarında, o cümlədən də isti küləklər və ona yaxın olan rayonlarda taxıl bitkilərinin dənləri dolduğu dövrlərdə isti küləklər əsdikdə dənlər tam dolmur, onların səthi qırışır. Belə dənlərin un çıxımı normadan aşağı olur. İsti küləklər hesabına dənin yetişməsi sürətlənir. Belə dənlər xırda və cılız olur. Bitkilərin məhsuldarlığı azalır, dənlərin keyfiyyəti aşağı olur. Quru və isti küləklərin taxıl bitkilərinə mənfi təsirinin qarşısını almaq üçün tez yetişən sortlar becərmək və həm də küləklərin qarşısını alan meşə zolaqları salmaq lazımdır.
Mövzu: 3 Payızlıq buğdanın xalq təsərrüfatı əhəmiyyəti,
bioloji xüsusiyyətləri və becərilmə texnologiyası.
Mühazirənin planı:
-
Buğda bitkisinin xalq təsərrüfatı əhəmiyyəti, yayılması və becərilmə tarixi.
-
Buğdanın botaniki quruluşu və bioloji xüsusiyyətləri.
-
Payızlıq buğdanın sələfləri, torpağın əsas və sərinqabağı becərilməsi, gübrələmə.
-
Buğda toxumunun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.
-
Buğda əkinlərinə qulluq işləri (suvarma, alaqlara, zərərverici və xəstəlik törədicilərə qarşı mübarizə tədbirləri).
-
Məhsulun yığılması.
Ədəbiyyat
-
S. C. Əliyev və baş. - «Payızlıq buğdanın intensiv texnologiya ilə becərilməsi», Kirovabad, 1986, 76 s.
-
H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367 s.
-
M. İ. Cəfərov və baş. - « Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası», Bakı, 2000, 264 s.
-
П. П. Вавилов - «Растениеводство», Москва, 1986, 512 с.
-
Я. В. Губанов, Н. Н. Iванов - «Озимая пшеница», Москва, 1988, 301 с.
● В. A. Зырянов, Ю. В. Иванов, В. Ф. Фролова - «Уход за посевами
озимых культур», Москва, 1990, 80 с.
-
Г.С. Посыпанов и др.- «Растениеводство», Москва, «Колос», 1997, 447 c.
-
Г.С. Посыпанов и др.- «Растениеводство», Москва, «Колос», 2006, 611 c.
-
Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356 s.
Payizliq buğdanin əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyasi
Dostları ilə paylaş: |