Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi



Yüklə 5,86 Mb.
səhifə1/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   26


Mövzu: 1 Bitkiçiliyin elmi əsasları, predmeti, tədqiqat

üsulları və metodu. Məhsul istehsalı və onun

artırılması yolları.
Mühazirənin planı:



  1. Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi.

  2. Bitkiçiliyin vəzifələri, tarixi və əsas tarla bitkilərinin becərilməsi, məhsuldarlığı və məhsul istehsalının həcmi.

  3. Bitkilərin təsnifatı və inkişaflarının idarə edilməsi.

  4. Bitkiçiliyin tədqiqat metodu və üsulları.

  5. Tarla bitkilərinin yetişdirilməsinin ekoloji və iqtisadi prinsipləri.


Ədəbiyyat





  • M. İ. Cəfərov və baş. - «Kənd təsərrüfatı bitkilərinin becərilmə və

yığılma texnologiyası», Bakı, 2000, 264 s.

  • В. С. Косинский и др. - «Основы земледелие и рстениеводство»,

Москва, «Колос», 1980, 333с.

  • С. М. Бугай - «Растениеводство», Москва, «Колос», 1963, 517 с.

  • N. İ. Maşkeviç - «Растениеводство», Москва, «Колос», 1969, 511 с.

  • П. П. Вавилов и др. - «Растениеводство», Москва, 1986, 512 с.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 c.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 c.

  • Г. В. Коренева и др. - «Интенсивные технологии возделываия

сельскохозяйственнных культур», Москва, 1988, 300 с.

  • Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356 s.

Bitkiçilik elminin əsaslari, onun predmeti, tədqiqat üsullari metodu
Bitkiçilik kənd təsərrüfatında əsas istehsal sahələrindən biridir. Kənd təsərrüfatı 2 əsas sahəyə bitkiçilik və heyvandarlıq sahələrinə ayrılır. Respublikamızda kənd təsərrüfatı məhsullarının təxminən yarısı bitkiçilik sahələrində istehsal edilir.

Bitkiçiliyin əsas obyekti yaşıl bitkilərdir. Yaşıl bitkilər insanlar tərəfindən qədim dövrlərdən bu günə qədər becərilərək cəmiyyətin bitkiçilik məhsullarına olan tələbatını ödəyirlər. Yaşıl bitkilər yarpaqlarında qeyri-üzvi maddələrdən üzvi maddə yaratmaqla insanların ərzağa, sənayenin xammala, heyvanların yemə olan tələblərini ödəyirlər. Ona görə də bitkiçilik məhsullarının artırılmasına ehtiyac çoxdur. Bunu nəzərə alaraq hökumətimiz və xalqımız bitkiçilik məhsullarının artırılmasına xüsusi fikir verir.

Bitkinin səmərəsini yüksəltmək üçün bitkiçilik elminin nailiyyətlərindən istifadə edilməklə becərilən tarla bitkilərinin inkişafına daha əlverişli şərait yaradılır. Buna nail olmaq üçün sələflərin düzgün seçilməsinə, bitkilərin növbələndirilməsinə, torpağın daha əlverişli üsullarla becərilməsinə, səpinin daha mütərəqqi üsullarından istifadə edilməsinə, əkinlərin suvarılması, gübrələnməsi, alaqlar, zərərverici və xəstəliklərə qarşı mübarizə aparılmasına, yığımın daha mütərəqqi üsullarla həyata keçirilməsinə nail olunmalıdır.

Bitkiçilik qədim tarixə malik olan elmdir. İnsanlar bitki becərmək vərdişinə yiyələnməklə yanaşı, onların daha yüksək məhsul verən sortlarını yaratmış, həm becərmə texnologiyasını təkmilləşdirmiş bitkilərin məhsuldarlığını artırmaqla yanaşı onların keyfiyyətini yüksəltmişlər.

Kənd təsərrüfatı bitkiləri digər əmək alətləri kimi cəmiyyətdə əmək məhsuldarlığının inkişafına da müsbət təsir göstərir. Məsələn, şəkər çuğunduru və günəbaxan əkinlərinin genişləndirilməsi ölkədə şəkər və yağ istehsal edən zavodların yaranmasına səbəb olmuşdur.

Bitkiçiliyin əsas xüsusiyyətlərindən biri onun mövsümi xarakterdə olmasıdır. İnsanlar bitkiçiliklə məşğul olarkən həmişə xarici şəraitin müxtəlifliyi ilə qarşılaşır. Ona görə də hər bir konkret şəraitdə bitkinin inkişafına əlverişli şərait yaratmaq üçün tədbir görülür. Bu tədbir toplanmış təcrübə nəticələrinə və elmi nailiyyətlərə əsaslandıqda daha səmərəli olur. Bitkinin həyat şəraitini yaxşılaşdıran tədbir gecikdirilərsə və ya aşağı keyfiyyətdə yerinə yetirilərsə, həm onun məhsuldarlığı azalır, həm də məhsulun keyfiyyəti aşağı düşür. Odur ki, məhsuldarlığa təsir edən amillərin hamısına diqqətlə yanaşmaq və onların hər birinin bitkinin bioliji tələbatını optimal dərəcədə ödəməsini təmin etməsinə nail olmaq lazımdır.

Bitkiçilik heyvandarlıqla əlaqəli inkişaf etdirilir. Belə ki, heyvandarlığın yemə olan tələbi bitkiçiliyin hesabına ödənilir. Heyvandarlıqdan alınan peyin isə üzvi gübrə kimi bitkiçilikdə istifadə olunur. Münbitliyi az olan torpaqlarda peyinin hesabına bitkilərin məhsuldarlığını daha çox artırmaq mümkün olur.

İnsanlar qədimdən (eramızdan 10-12 min il əvvəl, daş dövründə) bitki becərməklə məşğul olmuşdur. Bunu arxeoloji qazıntılar nəticəsində tapılmış əmək alətləri də mədəni bitki toxumlarının qalıqları sübut edir.

Mədəni əkinçiliyin məskənlərinə köhnə dünya əraziləri (Hindistan, Çin, İran, Suriya, Misir) və yeni dünya əraziləri (Meksika, Peru, Boliviya və s. dövlətləri) daxildir. Orta Asiya və Zaqafqaziya əraziləri də bitkiçiliyin qədim məskənləri hesab edilir.

İnsan cəmiyyəti inkişaf etdikcə onların bitkiçilik məhsullarına tələbi artmış və onu ödəmək üçün insanlar bitkiçiliklə daha çox məşğul olmağa başlamışlar. Tədricən bitki növlərinin daha çoxu mədəni şəkildə becərilmiş və insanlar bitkiçilikdə işlətdiyi əmək alətlərini təkmilləşdirmişlər. Ona görə də yeni istehsal sahələri yaradılmışdır.

Dünyanın 149 milyon km2 quru sahəsinin 12%-ni əkin sahələri, 20%-ni çəmən və örüşlər, 30%-ni meşəliklər tutur. Yer kürəsində mədəni şəkildə becərilən 20 minə qədər kənd təsərrüfatı bitki növləri vardır.

Hazırda bitkiçiliyin tarlaçılıq, çəmənçilik, tərəvəzçilik, meyvəçilik, üzümçülük, gülçülük, meşəçilik sahələri inkişaf etmişdir.

Akademik P.P. Vavilova görə mədəni bitkilərin 20 min növündən 640 növü daha əhəmiyyətlilərdir.

F. X. Baxteyevə görə onların 190 növü daha çox becərilənlərdir. Buraya 78 növ taxıl və paxlalı, 53 növ yağlı və lifli, 60 növ köküyumrulu və kökümeyvəli bitkilər daxildir.

Bitkiçilikdə 90 növ bitki öyrənilir. Tarla bitkilərinin dünya üzrə əkin sahəsi 1375500 min hektardır. Onun 60%-i və ya 710-750 mln. hektara yaxını dənli-taxıl bitkiləridir. (buğda, çəltik, qarğıdalı, arpa, çovdar, sorqo, vələmir, darı,)

Bunların orta məhsuldarlığı 20 sentner ümumi məhsul istehsalının həcmi isə 1500 mln. tondur.

Dünyada dənli taxıl bitkiləri ilə yanaşı digər bitkilərdən pambıq, kartof, şəkər qamışı, raps, araxis, yağlıq kətan, günəbaxan, küncüt, soya və s. əhəmiyyətli dərəcədə becərilirlər.

Tarla bitkilərinin 80-dən artıq növü köhnə, 100 növü isə yeni dünya ölkələrində meydana gəlmişdir.

Avropa və Asiyadan Amerika qitəsinə buğda, çovdar, arpa, vələmir, çəltik, göy noxud, soya, xaş-xaş, yonca, Amerikadan Avropa, Asiya və Afrika ölkələrinə isə kartof , pambıq, qarğıdalı, günəbaxan, tütün, lobya, araxis, qabaq gətirilmişdir.

Çəltik, çumiza, nut, soya, kəndir, kənaf ən çox Çində və Hindistanda, qarpız, sorqo, Sudan otu, gənəgərçək, küncüt Afrika ölkələrində, şəkər çuğunduru, ağ xardal, üçyarpaq, taxıl otu, gülül Avropa ölkələrində meydana gəlmişdir.

Hal-hazırda dünya əkinçiliyində buğda 240, çəltik 150, qarğıdalı 130, darı və sorqo 120, arpa 100, vələmir 30, çovdar 17, qarabaşaq 4, kartof 20-23, günəbaxan 15, şəkər çuğunduru 12-16 milyon hektar sahədə becərilir.



Bitkiçilik elminin predmeti - tarla bitkiləridir. Bu elm mədəni şəkildə becərilən tarla bitkilərinin əhəmiyyətini, coğrafi yayılmasını, məhsuldarlığını onun keyfiyyətinin idarə olunmasını bitkilərin morfoloji quruluşunu bioloji xüsusiyyətlərini, becərmə texnologiyasını məhsulun yığılmasını öyrənir.

Tarlaçılıqda məhsul istehsalının həcmi bitkilərin becərilmə texnologiyasını təkmilləşdirməklə daha məhsuldar sortların becərilməsinə keçməklə bitkilərin əlverişsiz həyat şəraitinə qarşı daha səmərəli mübarizə tədbirləri işləyib həyata keçirməklə artırılır. Elmi-texniki tərəqqinin son nailiyyətlərindən istifadə edilməsinə əsaslanan intensiv texnologiya hesabına buğda, şəkər çuğunduru, günəbaxan, qarğıdalı s. bitkilərin məhsuldarlığı xeyli yüksəldilmişdir. Son dövrlərdə ölkədə yaşayan əhalinin hər nəfərinə (0,55) hektar əkin sahəsi düşürdü. Ona görə intensiv əkinçilik sisteminə keçməklə, becərilən bitkilərin məhsuldarlığı xeyli yüksəldilməlidir. Taxıl istehsalı sahəsində qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün ixtisaslaşdırılmış taxılçılıq təsərrüfatları yaradılacaq. Bərk qüvvəli buğdalar, çəltik, arpa, vələmir, qarğıdalı, soya, noxud s. bitkilər üzrə dən istehsalının həcmi məhsuldarlığın yüksəldilməsi hesabına artırılacaq. Taxılçılığın inkişafı əhalinin heyvandarlıq məhsullarına olan tələbinin daha yaxşı ödənilməsinə səbəb olur.

Bitkiçilik məhsullarının tədarükü, daşınması, saxlanması, emalı, yüksək keyfiyyətlə istehlakçıya çatdırılması sahəsində də xeyli iş görüləcəkdir.



Bitkiçilik bir elm kimiBu elm tarla bitkilərinin növlərini, onların biologiyasını, ekologiyasını və onlardan yüksək miqdarda keyfiyyətli məhsul götürülməsini təmin edən səmərəli becərmə üsullarını öyrənir.

K.A. Timiryazev göstərmişdir ki, həyat amillərinin hamısı bitkinin tələbatına uyğun olmaqla optimal miqdarda olduqda ondan ən yüksək məhsul əldə etmək mümkündür. D.N. Pryanişnikov isə qeyd etmişdir ki, hər hansı xarici şərait amillərinin təsiri başqa amillərin miqdarından və intensivliyindən asılıdır. Yəni bitkiyə xarici şərait amillərinin hamısı birlikdə təsir etmişdir. Bitkilərin böyümə və inkişafını idarə etmək üçün müasir elmi biliklər dəqiq tədqiqat nəticələrinə əsaslanır və obyektiv qanunauyğunluq müəyyən edir. Xarici şərait amillərinin biri digərini əvəz edə bilmir. Bitkinin məhsuldarlığını artırmaq üçün minimumda olan faktora təsir etməklə və onların hamısının optimum həddə çatmasına nail olmaq lazımdır. Hər hansı faktorun həddən artıq olması da bitkinin inkişafına və məhsuldarlığına mənfi təsir göstərir.



Tarla bitkilərinin məhsuldarlığı bitkinin böyümə və inkişaf xarakterindən asılıdır. Bu isə bitkinin bioloji xüsusiyyətləri ilə əlaqədardır. Ona görə də bitkiləri becərərkən onların xüsusiyyətlərinə uyğun texnoloji tədbirləri həyata keçirmək lazımdır.

Bitkinin fərdi inkişafı dövründə yeni orqanların əmələ gəlməsi dəyişməsi prosesi gedir. N. N. Kuleşova görə toxumlu bitkilərin inkişafını beş dövrə bölmək olar. 1.Embrional inkişaf dövrü; 2. Vegetativ orqanların əmələ gəlməsi dövrü (cavanlıq dövrü); 3. Çoxalma orqanlarının əmələ gəlməsi dövrü; 4. Çoxalma (cinsi vegetativ) dövrü. 5. Yetişmə (toxum meyvə) dövrü.

F. M. Kuperman isə bitkinin həyatını üç dövrə: cavanlıq, yetişkənlik qocalma dövrlərinə bölmüşdür. Bitkinin həyatında orqanogenezin 12 etapının hər birində böyümə inkişafın xarakteri dəyişir.

Bitkilərin inkişafının məhsuldarlığının idarə edilməsi, bitkiçiliyin tədqiqat üsulları metodu.

Bitkilərin inkişafını idarə etmək üçün onların bioloji tələbatını bilmək lazımdır. K.A Timiryazev göstərmişdir ki, bitkilərin inkişafı ən çox istilik rejimindən asılıdır. Hər bitki öz vegetasiyası dövründə müəyyən qədər fəal temperatur yekunu tələb edir. Meteoroloji məlumatlara əsasən istənilən zonada hər hansı bitkinin inkişaf fazalarına keçmə müddətini qabaqcadan söyləmək mümkündür. Fəal temperatur yekununa tələbinə görə bitkilərin ya sortların nəzərdə tutulan zonada yetişə biləcəyini müəyyən etmək mümkündür. Bu isə mühüm təsərrüfat əhəmiyyətli məsələdir.

Bitkilərin nəmliyə tələbi onların transpirasiya əmsalına görə təyin edilir. Payızlıq buğdanın transpirasiya əmsalı 400-500, qarğıdalınınkı 230-370, şəkər çuğundurununku 240-500 arasında olur. Bitkinin nəmliyə olan tələbini ödəmək üçün inkişafının müxtəlif dövrlərində nəmliyə tələbatını da bilmək lazımdır. Bitkinin nəmliyə daha çox tələbat göstərdiyi dövr böhran dövrü adlanır. Bu dövrdə bitkinin nəmliyə tələbi ödənilməzsə məhsuldarlığı kəskin surətdə azalır. Buğda, çovdar, arpa, vələmir boruya çıxma-sünbülləmə, sorqo, darı süpürgələmə-dənin dolması, qarğıdalı çiçəkləmə-süd yetişmə, günəbaxan səbətciyin əmələ gəlməsi-çiçəkləmə, kartof çiçəkləmə-yumru əmələ gətirmə dövrlərində daha çox nəmlik tələb edirlər. Bitkilərin nəmlik rejimini nizamlamaq üçün ayrı-ayrı bitkilər üzrə 1 ton məhsul əmələ gətirilməsinə suyun sərfini (kub metrlə) bilmək lazımdır.

İstehsalat şəraitində bitkinin suya tələbini torpağın nəmliyinə görə təyin edirlər. Yüksək məhsul almaq üçün süni suvarmalar aparmaqla köklərin yayıldığı üst qatda torpağın nəmliyini maksimal tarla rütubət tutumu qabiliyyətini 60-80% həddində saxlayırlar.

Bitkiçilikdə qida rejiminin nizamlanması da mühüm məsələdir. Bu məqsədlə bir sentner əsas əlavə məhsulla bitkinin mənimsədiyi əsas qida elementlərinin (N,P,K) miqdarını (kq) bilmək lazımdır. Gübrə norması müəyyən edilərkən planlaşdırılmış məhsula görə mənimsəniləcək qida maddələrinin miqdarı bitkilərin torpaqdan gübrədən qida maddələrinin mənimsənilmə əmsalı nəzərə alınır. Gübrələr, bitkinin qida elementlərinə tələbinə uyğun dövrlərdə verildikdə daha səmərəli olur. Bitkilərin inkişafının məhsuldarlığının tənzim edilməsində vacib tədbirlərdən biri onların əlverişli sələflərdən sonra becərilməsi düzgün növbələndirilməsidir. Məhsulun miqdarı keyfiyyətini idarə edərkən sortların düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir.

Məhsuldarlığın yüksəldilməsində ən vacib məsələlərdən biri bitkilərin günəş enerjisindən istifadə əmsalının yüksəldilməsidir. Hazırda bitkilər günəş radiasiyasından 1,0-1,5 % istifadə edir. Nəzərdə tutulur ki, bunu 5-6 %-ə çatdırsınlar.

Bitkiçilikdə ən vacib məsələlərdən biri məhsuldarlığın məhsulun keyfiyyətinin idarə olunmasıdır. Həm istehsal edilən məhsul mümkün qədər ucuz başa gəlməlidir. Buna nail olmaq üçün daha məhsuldar sort hibridlər yaradılaraq becərilməlidir. Növbəli əkində bitkini əlverişli sələflərdən sonra becərməklə məhsuldarlığı artırmaq məhsulun keyfiyyətini yaxşılaşdırmaq mümkündür. Məhsulun miqdar keyfiyyətini yüksəltmək üçün torpağın becərilməsinin , gübrələmənin, suvarmanın, səpin əkinə qulluq işlərinin ən əlverişli variantlarından istifadə edilməlidir.

Bitkiçilik digər elmlərin- fizika, kimya, botanika, bitkilərin fiziologiyası, geologiya, torpaqşünaslıq, meteorologiya, əkinçilik, aqrokimya, meliorasiya, seleksiya, toxumçuluq, k/t maşınları, entomologiya, fitopatologiya, iqtisadiyyat s. nailiyyətlindən istifadə etməklə öz nəzəri əsaslarını yaradır.

Bitkiçilik elmi öz tədqiqatlarını tarla vegetasiya təcrübələri qoymaqla aparır.

Tarla təcrübələrində ayrı-ayrı aqrotexniki tədbirlərin müqayisə edilməsi yolu ilə ən əlverişlisi müəyyən edilir. Tarla təcrübələrində müxtəlif sortlar da müqayisəli öyrənilir ən yaxşı sort seçilir. Tarla təcrübələri bir ya çox faktorlu ola bilər. Tarla təcrübələrində hər hansı aqrotexniki tədbirlərin ən əlverişlisi olduğunu müəyyən etdikdən sonra istehsalat təcrübələri aparılır. Elmi-tədqiqat müəssisələri k/t institutlarının əməkdaşları tərəfindən aparılan istehsalat təcrübələri yeni elmi nailiyyətin təsərrüfatda tətbiq edilməsinə xidmət edir.

Bitkiçilikdə bəzi məsələlər (fizioloji, aqrokimyəvi bioloji) vegetasiya evlərində, istixanalarda qoyulan təcrübələrdə (vegetasiya təcrübələri) öyrənilir.

Bitkilərə xarici şərait amillərinin təsirini öyrənmək üçün süni iqlim kameralarından (fitotrin) istifadə edilir. Fitotronda istilik, nəmlik s. avtomatik idarə edilməklə istənilən tərzdə dəyişdirilə bilər. Tarla vegetasiya təcrübələrində alınan nəticələri dərindən təhlil etmək üçün məhsulun kimyəvi tərkibi, torpağın nəmliyi, torpaqda qida maddələrinin miqdarı laboratoriyada təhlil edilir.

Bitkilərin təsnifat prinsipləri. Vegetasiya müddətlərinin uzunluğuna çoxalma orqanlarına formalaşma xüsusiyyətlərinə görə kənd təsərrüfatı bitkiləri iki bioloji qrupa bölünürlər. Qısa uzun müddətdə inkişafını başa vuranlar. Qısa gün bitkiləri sürətlə böyüyərək böyümələrini çisəkləmə fazasından sonra dayandırır böyümə nöqtəsinin diferensiasiyası (bölünmə) nəticəsində çiçək qrupu əmələ gətirirlər (qırtıckimilər ailəsi). Uzun gün bitkiləri (paxlalılar, əmənkömənci kimilər, qarabaşaq s.) Vegetasiya dövründə böyümələrini davam etdirərək çiçək qruplarını yarpaq qoltuqlarında əmələ gətirirlər, eyni zamanda çiçəkləmənin sonunadək vegetativ generativ orqanlar əmələ gətirə bilirlər.

Həyatının uzunluğuna görə bitkiləri birillik, ikiillik çoxillik qruplara bölürlər. Nəsil vermə xarakterinə görə isə bitkiləri monokarp polikarp qruplara ayırırlar. Bu bölgü şərti xarakter daşıyır bitkinin becərildiyi şəraitdən asılıdır. Məsələn: pambıq birillik bitki kimi becərilir öz vətənində isə çoxillikdir.

İşığa istiliyə tələblərinə görə tarla bitkilərini iki qrupa bölürlər. 1. Mülayim qurşağın bitkiləri, 2. Cənub qurşağın (tropik subtropik) bitkiləri

Mülayim qurşağın bitkiləri tarixi inkişaflarını ilin isti soyuq fəsilləri ilə növbələşdiyi şəraitdə keçirmişlər. Ona görə onlarda istiliyə soyuğa davamlıq xassələri yaranmışdır. Şimala doğru getdikcə onların inkişafı sürətlənir yaxud da gün uzunluğuna zəif reaksiya göstərirlər. Bu qrupa uzun gün bitkiləri da deyirlər. Uzun gün bitkilərinə çovdar, buğda, arpa, vələmir, göy noxud, mərcimək, lərgə, gülül, paxla, lüpin, kökümeyvəlilər, günəbaxan, kələmkimilər, kətan, saflor, çoxillik birillik taxıl otları paxlalılar fəsiləsinin yem otları daxildir.

Tropik subtropik qurşağın bitkiləri qısa gün bitkiləridir. Onların inkişafı yüksək istilik şəraitində keçir. Bu qrupa qarğıdalı, darı, çəltik, lobya, kartof, pambıq, bostan bitkiləri s. bitkilər daxildir.

Bitkiçilikdə tədris edilən bütün bitki növlərinin (90 növ) öyrənilməsini asanlaşdırmaq üçün onları ən xarakterik əlamətlərinə görə qruplaşdırırlar.

D. N. Pryanişnikov, İ.V. Yakuşkin, İ. P. Podqornıy bitkiləri becərilmə prinsiplərinə görə qruplaşdırmağı məsləhət görmüşdür. İ. P. Podqornıy becərildiyi məqsəddən asılı olaraq tarla bitkilərini dörd qrupa bölmüşdür.

Taxıl bitkiləri, Texniki bitkilər, Bostan bitkiləri, Yem bitkiləri.

Hazırda mədəni bitkilər əsas məhsulunun istifadə xarakterinə və botaniki-bioloji xüsusiyyətlərinə görə qruplaşdırılır. Məhsulun istifadəsinə görə bitkilər 6 qrupa bölünür.




Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin