Mühazirənin planı: Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahəsi kimi


Tritikalenin əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyasi



Yüklə 5,86 Mb.
səhifə9/26
tarix11.06.2018
ölçüsü5,86 Mb.
#53324
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

Tritikalenin əhəmiyyəti, bioloji xüsusiyyətləri və becərilmə texnologiyasi




Əhəmiyyəti. Bu yeni dənli taxıl bitkisidir. Buğda və çovdarın hibrididir. Özündə buğdaya və çovdara xas olan müsbət irsi əlamətləri birləşdirilmişdir. Buğdadan sünbülün (sünbülcüklərin) çiçəkliyini, dənin keyfiyyətini və iriliyini: çovdardan isə şaxtaya davamlılığı, güclü kollanmağı, sünbülün uzunluğunu, sürətlə inkişaf etməyi, göbələk xəstəliklərinə davamlı olmaq kimi müsbət əlamətləri özünə keçirmişdir.

Dənində 15-18% zülal olur. Buğdaya nisbətən zülal 1,0-1,5%, çovdara nisbətən isə 3-4% artıq olur, lakin keyfiyyəti aşağıdır. Dənində çörəkbişirmə, qənnadı sənayesi, pivəbişirmə və heyvandarlıqda qüvvəli yem kimi istifadə edilir. Unundan 20-30% buğda ununa qatdıqda yaxşı çörək alınır. Küləşindən həm yem və həm də döşənək kimi istifadə olunur. Digər dənli taxıl bitkilərinə nisbətən hər kq dəndə 20-30 qr çox lizin vardır.



Tarixi yayılması. Tritikale yeni botaniki cinsdir. İki müxtəlif botaniki cinslərin-buğda və çovdarın xromosom komplektlərini birləşdirərək yeni kənd təsərrüfatı bitkisini almağa seleksiyaçılar nail olmuşlar.

Tritikale – amfidiploid buğda çovdar hibrididir.

Buğda ilə çovdarın hibridi ilk dəfə 1881- ci ildə Almaniyada əldə edilmiş lakin, praktiki əhəmiyyəti olmamışdır (qiymətləndirilməmişdir).

1918-ci ildə Q. K. Meyster Saratov kənd təsərrüfatı təcrübə stansiyasında təbii yolla bu hibridin əmələ gəlməsini müşahidə etmişdir. 1925- ci ildə isə V. N. Lebedev Beloserkovsk seleksiya-təcrübə stansiyasında təbii çovdar-buğda hibridini tapmışdır.

V. E. Pisarev Mərkəzi Qeyri-qaratorpaq zonaların ETKTİ-da payızlıq yumşaq buğda ılə çovdarın və yazlıq yumşaq buğda ilə çovdarın çarpazlaşdırılmasından yumşaq buda ilə çovdarın hibridi olanoktaploid (56) xromosomlu triticale almışdır.

İlk dəfə A. İ. Derjavin 1933-cü ildə bərk buğda ilə çovdarın çarpazlaşdırılmasından birinci amfidiploid (42 xromosomlu) tritikale almışdır.

Dünyada əkin sahəsi 3,08 mil. hektar (2003), məhsuldarlığı 30,3 sen./ha, yaşıl kütləsi isə 400-550 sen./ha alınmışdır.

Tritikale buğda və çovdar becərilən rayonlarda müvəffəqiyyətlə becərilə bilər. Ukraynada, Şimali Qafqazda, Rusiyanın Mərkəzi Qaratorpaq bölgələrində becərilir. İspaniya, Polşa, Bolqariya və Macarıstanda da becərilir.

Bütün aqrotexniki tədbirlərə əməl edildikdə tritikale hektardan 40-60 sentnerə qədər dən məhsulu və yüksək küləş çıxımı verir. Stavropolda 90 sen./ha dən alınıb.

Botaniki təsviri quruluşu. Bir termin kimi tritikale sözü 1935-ci ildə M. Lindşau və E. Eler tərəfindən təklif edilmişdir. Mövcud olan tritikale formaları 3 genetik qrupa bölünür.


  1. Oktaploid (56 xromosomlu);

  2. Heksaploid (42 xromosomlu);

  3. Tetraploid (28 xromosomlu); mədəni birdənli buğda 14+14 çovdar.

İrsi xüsusiyyətinə görə tritikale nə buğda, nə də çovdardır. A.F. Şulindin tritikalenin alınmasında iştirak edən buğda növündən asılı olaraq aşağıdakı sadə təsnifatı təklif edir.

  1. Tritikale ayestivumforme – yumşaq buğda, çovdar hibridləri – oktaploid tritikale;

  2. Tritikale durumformebərk buğda çovdar hibridləri- heksaploid tritikale;

  3. Tritikale trispsicesüç növlü yəni, üç növ bitkinin, yumşaq buğda, bərk buğda və çovdarın irsi əlamətləri cəmlənmiş heksaploid tritikale hibridləri.

İstifadə olunma xarakterindən və bioloji, xüsusiyyətlərindən asılı olaraq dənlik, yemlik və dənlik – yemlik qruplara bölünür.

Tritikale dişəkimilər (qırtıckimilər) fəsiləsinin birinci qrup dənli taxıl bitkilərinə aiddir. Kök sistemi saçaqlıdır. Rüşeym və buğum kökləri vardır. Heksaploid tritikale sortları cücərərkən 4-6 ədəd rüşeym kökcüyü əmələ gətirir. Gövdəsi içərisi boş, 4-6 buğumarası olan küləşdən ibarətdir.

Yarpağı iri, enli, mum təbəqəsi ilə örtülüdür. Vegetativ orqanlarının xarakterinə görə tritikale heterozis xüsusiyyətinə malikdir. Çünki, valideyn formalarına nisbətən daha güclü vegetativ orqanlar əmələ gətirirlər.

Sünbülünün quruluşuna görə buğdadan uzun, çovdardan qısadır. Sünbül buğdada olduğu kimi çoxçiçəkli sünbülcüyə, çovdarda olduğu kimi çox sünbülcüklük xüsusiyyətinə malikdir. Sünbülü 2-6 çiçəklidir. Öz-özünü və fakültativ tozlayandır. Meyvəsi dəndir. Dəni uzunsovdur. Natura kütləsi buğdadan azdır. Bu endospermin tam dolmaması və dənin səthinin qırışlı olması ilə izah edilir.



Bioloji xüsusiyyətləri. Toxumun cücərməsi üçün optimal temperatur 20 0C, minimal temperatur 5 0C və maksimal temperatur isə 35 0C-dir. Cücərtilər səpindən 5-7 gün sonra görünür. Payız-qış dövründə 18 –20 0C şaxta böhran hesab olunur. Əsasən payızda, qismən yazda kollanır. Payızlıq buğdadan 3-5 gün gec yetişir. Vegetasiya müddəti 250-325 gün (Azərbaycanda 210-270 gün) davam edir. 4-6 ədəd ümumi kol, 2,5-3,5 məhsuldar gövdə əmələ gətirir.

Toxumun şişməsi və cücərməsi üçün quru kütlənin 50-60% qədər nəmlik tələb olunur. Tarla rütubət tutumu 65-75% olduqda tritikale yaxşı məhsuldar olur. Suya ən çox tələbat borulaşma və dənə dolma fazalarında müşahidə edilir.

Payızlıq taxıllara nisbətən tritikale torpağa az tələbkardır. Onu boz-meşə, yüngül gillicəli və qumsal torpaqlarda becərmək mümkündür. Bu bitki üçün qara torpaqlar daha yaxşı torpaq hesab olunur. Torpağın reaksiyası neytral və yaxud zəif turş (pH – 5,5-7,0) olmalıdır.

Növbəli əkində yeri. Tritikale buğda bitkisinə nisbətən sələflərə az tələbkardır. ən yaxşı sələflər faraş kartof, dənli-paxlalı bitkilər və birillik otlardır. Tritikalenin özü digər kənd təsərrüfatı bitkiləri üçün yaxşı sələfdir. Suvarma şəraitində dənlik tritikale üçün ən yaxşı sələf bitkili herikdir. Əgər tritikale dənlik qarğıdalıdan sonra əkiləcəksə sələf bitkisinin məhsulu ən azı səpinə 4 həftə qalmış yığılmalıdır. Yəni torpağa vaxtında gübrə verilərək şum qaldırılmalı və səpin müddətinə qədər hazırlıq işləri başa çatdırılmalıdır.

Torpağın becərilməsi. Torpağın becərilməsi sələflərdən, tarlanın alaqlarla zibillənmə dərəcəsindən, alaqların növündən və torpaq-iqlim şəraitindən asılıdır. Torpağın becərilməsi buğda və çovdarda olduğu kimidir. Məhsul yığılan kimi bitki qalıqları sahədən çıxarılmalı, şum aparılmalı, ağır diskli malalarla malalanmalıdır. Səpinə qədər şum disklənməli, malalanmalı və ütülənməlidir.

Gübrələmə. Tritikale gübrələrə həssas bitkidir. Gübrələrin verilmə vaxtı və norması bir çox səbəblərdən, sortun bioloji xüsusiyyətlərindən, becərilmə məqsədindən, ərazinin su təchizatından və planlaşdırılmış məhsuldan asılıdır. Tritikale bitkisi bir ton əsas və əlavə məhsulla torpaqdan 40-50 kq azot, 13-16 kq fosfor və 36-40 kq kalium elementi aparır. Göründüyü kimi buğda bitkisinə nisbətən qida maddələrinə tələbatı çoxdur. Bu bitki qida maddələrini ən çox çiçəkləmədən sonra yəni dənə dolmağa başladıqda mənimsəyir. Əkinlərin hər hektarına 15-20 ton peyin verilməsi də yaxşı nəticələr verir.

Toxumun səpinə hazırlanması. Səpin üçün eyni ölçülü, təmizliyi 97%, cücərmə qabiliyyəti 95% olan toxumlardan istifadə olunmalıdır. Tritikaleni heyvandarlıqda yem məqsədi üçün becərdikdə cücərmə qabiliyyəti 92% olan 2-ci sinif toxumlardan istifadə olunur. Toxum çatmadıqda cücərmə qabiliyyəti hətta 90% olan 3-cü sinif toxumlardan da istifadə etmək olar. Sürmə xəstəliyinə tutulmadığına görə toxumların səpinqabağı dərmanlanmasına ehtiyac yoxdur.

Səpin müddəti, üsulu norması. Ən yaxşı səpin müddəti payızlıq buğda üçün optimal hesab edilən müddətin 2-ci yarası və sonu hesab olunur. Bu isə təxminən oktyabrın 1-10 arasına təsadüf edir. Tritikalenin «Qismət» sortu sentyabrın axırında səpilir.

Ən yaxşı səpin üsulu darcərgəli və adi cərgəvi üsuldur.

Tritikale payızlıq buğdaya nisbətən yüksək norma ilə səpilir. Bölgədən və torpaq-iqlim şəraitindən asılı olaraq suvarılan yerlərdə hektara 3,4,5 mln, dəmyə yerlərdə isə 3,5,6 mln ədəd cücərmə qabiliyyətli toxum səpilməlidir. Yem məqsədi üçün becərdikdə səpin norması artırılır. Toxumların basdırılma dərinliyi torpaq tipindən asılı olaraq 6-8 sm-ə qədər dəyişir.

Əkinlərə qulluq. Səpindən sonra sahə dərhal suvarılır. Yazda buğda bitkisinə nisbətən tritikale tez böyüməyə başlayır və buğdaya nisbətən 2 dəfə güclü kök sistemi (kütləsi) əmələ gətirir. Ona görə də buğda bitkisindən əvvəl gübrələnməsi məsləhət olunur. Tritikale əkinlərinə boruyaçıxma fazasında təsiredici maddə hesabı ilə hektara 30-40 kq azot gübrəsinin verilməsi məhsuldarlığa müsbət təsir göstərir. Kollanma fazasının sonunda və boruya çıxmanın əvvəlində TUR preparatının verilməsi (4 litr+300 litr su/hektar) bitkinin yatmasını azaldır. Alaq otlarına qarşı mübarizə tədbirləri buğda bitkisində olduğu kimidir. Birillik alaqlara qarşı 2,4D (1,5-2,5lit./ha) 10-12 kq/ha butil efiri (qranul), çoxilliklərə qarşı 30%-li lontrelin (0,16-0,66 l/ha, 300 l su) işlədilir.

Vegetasiya müddətində 3-4 dəfə suvarılır. Suvarmalar kollanma, boruyaçıxma, sünbülləmə və dənə dolma fazasında həyata keçirilir.



Məhsulun yığılması. Tritikalenin dənləri sünbülcükdə çiçək pulcuqları arasında möhkəm oturduğuna görə demək olar ki, tökülmür. Ən yaxşı yığım üsulu dənlər tam yetişdikdə birbaşa kombaynla yığmaqdır. Hissə-hissə yığım da mümkündür. Tritikalenin dəni buğda dənindən iri olduğuna görə, döyüm zamanı dənlərin qırılmamağı üçün barabanlar arasındakı məsafə artırılır, və barabanların dövrlər sayı dəqiqədə 600-ə endirilir. Dən adi taxıl təmizləyən maşınlarla təmizlənir. Yem məqsədilə əkilmiş tritikale bitkisi sünbülləmə fazasında adi silos biçən maşınlarla biçilir.

Sortları: Seleksiyaçılar tərəfindən 30-dan çox dənlik və yemlik sortları yaradılmışdır.

Amfidiploid – 206, Amfidiploid – 201 bu sortlar Ukraynada B. Y. Yuryev adına Elmi-Tədqiqat Bitkiçilik, Seleksiya və Genetika İnstitutunda alınmışdır.

Ləyaqətsortu Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda alınmışdır. Alçaq boyludur, yazlıq və payızlıqdır, sünbülü xırdadır.

Dənlik sortları – Avanqard, Altayskaya-2, Viktoriya, Konveyer, Kurskaya stepnaya, Soyuz, Tİ-17; yemlik sortlar – Amfidiploid-1 və Odesskaya kormovaya.




Mövzu: 6. Mövzu: 6. Qarğıdalının əhəmiyyəti, bioloji

xüsusiyyətləri və becərilmə texnologiyası
Mühazirənin planı:


  1. Qarğıdalının xalq təsərrüfatı əhəmiyyəti, tarixi və yayılması.

  2. Botaniki quruluşu və bioloji xüsusiyyətləri.

  3. Qarğıdalının sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi, gübrələmə sistemi.

  4. Qarğıdalı toxumunun səpinə hazırlanması, səpin müddəti, üsulu və

norması.

5. Qarğıdalı əkinlərinə edilən qulluq işləri (suvarma, alaqlara, zərərverici və xəstəlik törədicilərinə qarşı mübarizə tədbirləri).



6. Məhsulun yığılması (silos və dən üçün).

Ədəbiyyat


  • M. İ. Cəfərov və baş. - «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası», Bakı, 2000, 264 s.

  • S. C. Əliyev və başqaları - «Qarğıdalının sənaye texnologiyası ilə

becərilməsi», Gəncə, 1991, 40 s.

  • H. M. Xəlilova - «Bitkiçilik üzrə laboratoriya məşğələləri», Bakı, 1973, 367 s.

  • П. П. Вавилов и др. - «Растениеводство», Москва, 1986, 512 стр.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 1997, 447 c.

  • Г.С. Посыпанов и др. - «Растениеводство», Москва, «Колос», 2006, 611 c.

  • Q. Y. Məmmədov, M. M. İsmayılov – “Bitkiçilik”, Bakl, Şərq-Qərb, 2012, 356 s.


Qarğidalinin əhəmiyyəti, bioloji xüsusiyyətləri becərilmə texnologiyasi
Əhəmiyyəti. Qarğıdalı dünya əkinçiliyində ən mühüm və ən məhsuldar dənli yem bitkisidir. Dənli yem bitkisi kimi qarğıdalı məhsuldarlığına və yemlilik dəyərinə görə bütün dənli yem bitkilərindən üstündür və onları ötüb keçir. Qarğıdalı xalq təsərrüfatında ərzaq, texniki və yem kimi istifadə edilən bitkidir. Dünya ölkələri qarğıdalı dəninin 20%-ni ərzaq, 15-20 %-ni texniki məqsədlər və yerdə qalan 2/3 hissəni yem kimi istifadə edir. Dənin tərkibində, torpaq-iqlim şəraitindən və becərilmə texnologiyasından asılı olaraq 65-75% nişasta, 7,5-12% zülal, 1-2% şəkər, 4-8% yağ (nüvəsində 40%), 1,5-2% kül elementləri, mineral duzlar və vitaminlər var. Müəyyən edilmişdir ki, ərzaq və texniki məqsədlə bu bitkidən 146 məmulatın hazırlanmasında istifadə olunur. Qarğıdalının dənindən un, yarma, konserva, nişasta, etil spirti, pivə, dekstrin, qlükoza, saxaroza, sirop (şirə), yağ, qlütamin turşusu, mis (Cu) elementi, E və C vitaminləri alınır.

Yüklə 5,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin