Mündəricat Giriş


Ekzogen geoloji proseslər



Yüklə 1,34 Mb.
səhifə2/4
tarix20.10.2017
ölçüsü1,34 Mb.
#6937
1   2   3   4

3.4. Ekzogen geoloji proseslər.

Tədqiqat aparılan ərazinin müasir relyefinin formalaşması tektonik, litoloji, neotektonik, akkumulyativ proseslərlə yanaşı, denudasiya amilləri və fiziki-geoloji təzahürlərlə sıx bağlıdır.

Ekzogen geomorfoloji güvvələr hər yerdə səthinin relyefinə təsir göstərirlər. Onlar bir qayda olaraq endogen qüvvələrin əksinə istiqamətlənən prosesləri yaradır və nəticədə endagen qüvvələrin yaratdığı relyefi dəyişdirərək yeni relyef formaları əmələ gətirirlər.

Tədqiqat aparılan ərazidə məlum olan ekzogen proses və hadisələrin çox böyük əksəriyyəti inkişaf etmişdir. Bunlardan ən başlıcaları eroziya prosesləri(istər xətti eroziya, istərsə də sahəvi eroziya və deflyasiya), aşınmanın bütün növləri(fiziki, yaxud termik aşınma, habələ kimyəvi, bioloji aşınma), qravitasiya prosesləri(sürüşmə, uçqun, töküntü, sel və s.), solifluksiya, nival, karst və s.-dir. Denudasiya proseslərinə müasir buzlaqların relyefə təsiri, nival prosesləri, mexaniki(termik və şaxtalı) aşınma, biokimyəvi aşınma, eroziya və arid-denudasiya prosesləri və s.-ri aiddirlər.

Yüksək dağlıq rayonunda, əsasən onun qayalıq qurşağında fiziki və şaxta aşınması prosesləri geniş inkişaf tapmışdır. Tğküntülərdən və daşların tökülməsindən yaranan şleyflərə hər yerdə rast gəlinir. Çayların mənbə hissələrində eroziya prosesi xarakterikdir və onun nəticəsində dik yamaclı müasir yarğan-əmələgəlmə prosesi də geniş inkişaf tapmışdır. Yüksək dağlıq ərazilərdə, torpaq və bitki örtüyü olmayan sahələrdə termik aşınma üstünlük təşkil edir. Burada, səthi açıq qayalarda gün ərzində temperatur amplitudasının böyük olması nəticəsində aşınma prosesi baş verir.Ən isti aylarda belə suyun gün ərzində iki fazada(mayə və sülb) olması aşınmanı çox sürətləndirir. Daşların səthində çoxlu çatlar yaranır və bu çatlarda su qışda donur və onları genişləndirir. Vaxt keçdikcə qayalı süxurlar çatlar boyu parçalanır və səthdə müxtəlif ölçülü qırıntılar yaranır. Qravitasiya nəticəsində bu qırıntılar yamacla aşağı hərəkət edir, çox vaxt qayaların ətrafında qalaqlanan ufantı konusları daş axınları yaradır. Fiziki aşınma qravitasiya və eroziya proseslərinə zəmin hazırlayır.

3600m-dən yuxarıda nival iqlim üstünlük təşkil edir və burada olan buzlaqlar yamacları aktiv dağıdırlar. Burada baş verən qar uçqunları qaymalardan və çınqıllardan ibarət olan çoxlu yamac çöküntülərini əmələ gətirirlər, bunların hərəkəti nəticəsində alp çəmənlikləri və meşələr ziyan çəkirlər. Qar uçqunları yamacları dağıdaraq və külli miqdarda boş materialları çıxararaq onları uçurumların və dik yamacların ətəklərinə aparırlar.

Yüksək dağlıqda soyuq iqlim şəraitində soliflüksiya hadisəsinin baş verməsi xüsusi mikrorelyef formalarının yaranmasına səbəb olur. Buna dik yamaclarda daha çox rast gəlmək olur.

Eroziya prosesləri dağlıq ərazilərdə ekzogen geomorfoloji amillərin ən güclüsü, ən əsasıdır. Bu proseslər dərin çay dərələrini, yarğanları, kəsilmiş yamacları, ayri-ayri yüksəklikləri, suayrıcıları və s. formalaşdırırlar. Nisbi yüksəklikləri 2000m-dən 2400m-ə kimi olan, tektonik strukturlar və relyefin oroqrafik elementlərini perpendikulyar kəsən çoxsaylı çaylar və onların qolları, Baş Qafqaz silsiləsinin cənub yamaclarını intensiv kəsirlər. Dağlıq sahələr neotektonik mərhələdə sürətlə qalxdığından burada dərinlik eroziyası böyük bir sürətlə inkişaf edərək dərin və nəhənq dərələr əmələ gətirmişdir. Dağlıq sahələrdə dərinlik və yan eroziyası inkişaf xüsusiyyətləri ilə əlaqədar müxtəlif morfoloji quruluşda dərələr yaranmışdır. Baş Qafqaz silsiləsinin cənub yamacları hüdudlarında çayların kəsimi dərinlikləri 600-1800m-ə kimi çatır ki bunun nəticəsində yan suayrıcılar(silsilələr) əmələ gəlir. Bunlardan Murovdağ, Qamzaqor, Qumbaş, Qaflan və s. göstərmək olar.

Dərələrin morfologiyası dağətəyindən suayrıcıya qədər dəyişir. Yüksək dağlıqda əsasən dərinlik eroziyası, orta dağlıqda dərinlik və yan eroziya, dağətəyində isə yan eroziya, qismən dərinlik eroziyası üstünlük təşkil edir. İntensiv eroziya prosesləri müxtəlif profilli yamacların(batıq, qabarıq), mailliyi 50-60° olan uçurumlu tirələrin əmələ gəlmələrinə şərait yaradırlar. Onlar möhkəm və iri qaya süxurlardan ibarətdirlər(qumdaşları, əhəngdaşları və s.). Cənub yamaclarının hüdudlarında bütün uçurumlar və pillələr intensiv dağılan qaya və yarımqaya süxurların növbələşməsindən ibarətdir.

Eroziya prosesin(xüsusən çay eroziyasının) inkişafı dağların yüksəkliyindən başqa, yağıntıların illik miqdarından, paylanma rejimindən, ərazinin geoloji quruluşundan, qismən torpaq və bitki örtüyündən asılıdır. Baş Qafqaz silsiləsinin cənub yamaclarında fliş çöküntülərinin(gilli, qumdaşlı qatların), kövrək şistlərin yayıldığı zonada eroziya prosesləri böyük sürətlə inkişaf edir.

Dərinlik eroziyası müəyyən xətt boyu inkişaf etməklə nisbətən az yer tutur. Sahəvi eroziya mailliyə malik ərazilərdə yayılaraq yamacların və bütövlükdə yer səthinin morfologiyasını tədricən dəyişir.

Tədqiqat aparılan ərazinin orta dağlıq və qismən alçaq dağlıq qurşaqlarda meşələr, yamacların intensiv eroziyadan və xüsusən səthi eroziyadan qoruyurlar. Ancaq, axırıncı illərdə, yerli əhali tərəfindən meşələrin intensiv qırılması nəticəsində çoxlu açıq sahələr(talalar) əmələ gəlmişdir. Bitki örtüyü tələf edilən yamaclarda səthi eroziya daha güclü inkişaf edir. Eroziyanın bu növü hər şeydən əvvəl məhsuldar torpaq qatını məhv edərək sonradan eroziyaya az davamlı torpaqalti qatlara çatır və daha sürətlə inkişaf edir.

Qravitasiya prosesləri ilə yaranan relyef formaları dağlıq ərazilərində xəyli geniş yer tutur. Ümumiyyətlə, qravitasiya qüvvəsi yer səthidə yaranan müxtəlif relyef formalarının əsas hərəkətverici amildir. Qravitasiya tipli relyef formalarına hər şeydən əvvəl uçqunlar və uçqun-sürüşmələr, süxur qırıntılarının sərbəst düşməsi, sürüşmənin bir çox növləri və s. nəticəsində yaranan formalar aid edilir.

Uçqunlar, uçqun-sürüşmələr, sürüşmələr çay kənarlarında və dik dağ yamaclarında, ən çox gilli süxurlarda-gilcələrdə və yamacların ətəklərinin yuyulduğu sahələrdə yaranır. Bu proseslərin və onlarla əlaqədar olaraq relyef formalarını yaranması üçün ən əlverişli şərait, xüsusilə orta dağlıq qurşaqda və qismən alçaq qurşaqda yaranır.

Süxurların sərbəst düşməsi və iri süxur parçalarının və çınqılların yamaclarda tədrici hərəkəti əsasən yüksək dağlıqda, qismən orta dağlıqda, daha az hallarda isə alçaq dağların qayalıqlarında və dik yamaclarda baş verən prosesdir.

Yuxarıda sadalanan hər bir amil və onun yaratdığı denudasiya prosesi sonda akkumulyasiya ilə tamamlanır. Tədqiqat aparılan ərazidə akkumulyasiya prosesi dağətəyi sahələrdə daha güclü gedir. Burada çayların dağlardan gətirdiyi qırıntı məhsulları(iri qaymadaşlardan tutmuş qum dənələrinə qədər) toplanır və müxtəlif həcmli gətirmə konusları yaradır. Çayların əsas təsir zonasında akkumulyasiya daha güclü olub, kənarlara tərəf zəifləyir. Bunun nəticəsində, nisbətən yüksək gətirmə konusları ilə, alçaq konuslarası batıq dalğavari düzənliklər növbələşir, dağ ətəklərində dalğalı mailli düzənlıklər yaranır.

Tədqiqat aparılan regionunda yuxarıda sadalanan ekzogen-geoloji proseslərdən(EGP) sürüşmələr, sellər, uçqunlar, töküntülər çox geniş inkişaf tapmışdır.

Sürüşmələr. Tədqiqat aparılan ərazinin hüdudlarında sürüşmələrin inkişafı, intensivliyi, bir qayda olaraq, şaquli zonallıqa tabədirlər. Ən intensiv orta dağlıq qurşaqda, intensiv- alçaq dağlıq qurşaqda, zəif- hündür dağlıq qurşaqda və lap zəif- düzənlik qurşaqda inkişaf etmişlər. Qeyd olunmuş qurşaqlarda sürüşmələrin inkişafı tıbii faktorlarının müəyyən uyğunlaşmalarının nəticəsində baş verir və konkret şəraitdən asılı olaraq, onlardan hər biri həllədici əhəmiyyət kəsb edir. Bu faktorlara aşağıdakılar aiddirlər: dağ süxurların litologiyası, tektonik, oroqrafik, seysmik, hidrogeoloji və mühəndisi-geoloji şərait; iqlim xüsusiyyətləri və həmçinin insanın antropogen fəaliyyəti.

Çöküntülərin litoloji tərkibi-sürüşmə əmələ gəlməsinin ən vacib şərtlərindən biridir. Orta dağlıq qurşaqda sürüşmələr çox vaxt, müxtəlif yaşlı gilli törəmələrlə örtülmüş əhəngdaşlarının çıxışlarına aiddirlər. Dağlıq zonada intensiv inkişaf edən denudasiya və eroziya prosesləri dağ süxurlarının dağılmasına səbəb olurlar. Yumşaq çöküntülərin bir qismi yamaclarda yığılaraq sürüşməyə potensial meylliyi olan az dayanıqlı qalın örtük təbəqəsini yaradırlar. Belə yumşaq örtük çöküntüləri tədqiqat aparılan ərazidə çox geniş inkişaf tapmışdır. Bol atmosfer yağıntıları nəticəsində Baş Qafqaz silsiləsinin cənub yamaclarının çay hövzələrinin orta axın hissələrində tez-tez yamac çğküntülərinin mütəmadi sürüşməsi qeydə alınır.

Çoxsaylı yerli və regional tektonik pozulmaların mövcudluğu, neotektonik hərəkətlərinin kəskin ziddiyyətləri dağ süxurlarının parçalanmasına və əzilməsinə zəmin yaradır. Belə sahələrdə atmosfer çöküntüləri dağılmış sxurların dərinliklərinə süzülərək onların sürüşməsinə təkan verirlər.

Tədqiqat aparılan regionda və qonşu rayonlarda hərdənbir baş verən güclü(6-9ballıq) zəlzələlər seysmotektonik təbiətli sürüşmələrin əmələ gəlmələsinə şərait yaradırlar. Zəlzələlər nəticəsində əmələ gəlmiş sürüşmələr və relyefin müxtəlif morfoloji formaları çox kiçik sahələri tuturlar və qısa müddət ərzində başqa ekzogen proseslərin təsiri nəticəsində öz ilkin əlamətlərini itirirlər.

Sürüşmə proseslərinin intensivləşməsinə çoxlu atmosfer çöküntüləri və yamacların yüksək mailliyi zəmin yaradır. Tədqiqat aparılan ərazidə yamacların mailliyi 35-40° və bəzən 70-80° təşkil edir.

Alazan-Əyriçay vadisində sürüşmələr əsasən çayların uçurumlu sol sahil zolağında, qismən Talaçayın, Balakənçayın sahillərində inkişaf tapmışlar. Burada, delüvial-prolüvial, kollüvial çöküntülər dik, qədim əsasa malik yamacların üstündən, xüsusən də ana süxurlar gilli şistlərdən ibarət olduğu halda, sürüşürlər. Sürüşmə yavaş-yavaş torpaq-bitki qatın qopardılması və ağacların gövdələrinin əyilmələri ilə baş verir.

Tədqiqat aparılan ərazidə sürüşmələr müxtəlif təbiətə malikdirlər və bir-birindən həm morfoloji, həm genezisinə görə fərqlənirlər. xarici əlamətlərinə görə onlar sahəvi və xətvari növlərə ayrılırlar.

Sahəvi sürüşmələr çay dərələrinin yamaclarında-həm yamac çöküntülərində(elüvial-delüvial, delüvial), həm də ana süxurlarında(gil şistləri, əhəngdaşları, qumdaşları, fliş növbələşməsi) çox geniş yayılmışdır. Onlar pilləvari, yaxud səthi dalğavari sürüşmə relyefi yaradır. Sürüşmə sirki və qopma səthi çox da böyük olmur. Adətən sürüşmə məhsulları çox qarışmır, ona görə də sürüşən kütlənin səthi zonal bitki növləri ilə örtülü olur.

Sürüşmə axınları adətən çay dərələrinin yamaclarında olan dik sahələrdə, həmçinin sinklinal yaylaların qanadlarında inkişaf edirlər. Sürüşmə adətən delüvial və ana süxurları əhatə edir.

Hərəkətin xüsusiyyətlərindən asılı olaraq sürüşmələr iki növə bölünür: delyapsiv(sürüşüb düşən) və detruziv(itələyən).

Delyapsiv sürüşmələr Baş Qafqaz silsiləsinin cənub yamaclarında geniş inkişaf tapmışdır. Əsasən yamacların şleyflərində və qismən şistli süxurlarda formalaşırlar. Delyapsiv sürüşmələr əksər hallarda, çox saylı əsas çayların və onların yan qollarının dərələri ilə kəsilmiş ana süxurlarının laylarının yatımı istiqamətində inkişaf edirlər.

Ərazinin müxtəlif genezisli və morfologiyalı sürüşmələrlə intensiv zədənlənməsinə baxmayaraq, onlar sahə üzrə qeyri-bərabər yayılmışlar. Onlar, eroziya-denudasiya, qravitasiya, tektonik və ehtimal ki, neotektonik proseslərin inkişaf etdiyi sahələrə aid edilir.

Morfoloji cəhətdən ərazidə qeydə alınmış sürüşmələr-blok-sürüşmələr, axıntı-sürüşmələr, ərintili-sürüşmələr, şişmə sürüşmələri kimi xarakterizə olunurlar. Yaşına görə iki qrupa bölünürlər: qədim və müasir.

Müasir sürüşmələr landşafta çox aydın seçilir. Bu sürüşmələrinin kəskin ifadə olunmuş morfoloji elementləri onların genetik xüsusiyyətlərinin təyin olunmasına imkan yaradır. Baş Qafqazın cənub yamaclarının alçaq və ortadağlıq qurşaqlarının sürüşmələri yuxarıda göstərilən tiplərə aiddirlər.

Müasir sürüşmələrlə müqayisədə qədim sürüşmələrdə denudasiya proseslərinin daha aydın seçilir. Belə ki, onların səthləri adətən hamar olur və sürüşmə kütlələri əksər hallarda yuyulmaya məruz qalırlar.

Tədqiqat aparılan ərazidə, ayri-ayri vaxtlarda qeydə alınmış sürüşmə prosesləri aşağıdaki cədvəl 3.4.1 və 3.4.2-də göstərilir.



Dördüncü dövr çöküntülərində feal sürüşmələr.

Cədvəl 3.4.1



Sıra №-si

Yerləşməsi

Mütləq yüksəkliyi, m yyüksəkliyi, m

İstiqamət

Genezisi

Tipi

Sürüşmə kütləsinin yaşı

Litoloji tərkib

Sürüşmənin qalınlığı(dərinliyi),m

Uzunluğu, m

Eni, m

Sahəsi, ha

Sürüşmə kütləsinin təxmini həcmi, m3

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

1

Mazımçay k. 1.3km ŞŞq tərəfdə

720-740

Qərb

Detruziv

Konsekvent

edQıv

Gilli-gilcəli qrunt

5

55

125

0.7

35

2

Qubax dağ. ŞQ yamacında

1000

«­»

«­»

«­»

«­»

«­»

6

60

115

0,7

42

3

Qubax dağ. ŞŞq yamacında

1050

Şərq

«­»

«­»

«­»

«­»

2

46

95

0.4

8

4

Balakən ş. 1.0km cənub tərəfdə

550

Qərb

«­»

«­»

«­»

«­»

4

58

105

0.6

24

5

Balakən ş. 2.5-3.5km şərqində, Salbançayın sol bortu

800-660

Şimal

«­»

«­»

«­»

«­»

3.5

70

120

0.8

28

6

Kasbina k. 3.5km şərqində, Salbançayın sol qolunun sol bortunda

850

Şərq

«­»

«­»

«­»

«­»

5.5

52

78

0.4

22

7

Qubad-Qara-Bəqir dağ. CQ yamacı

650

Cənub

«­»

«­»

«­»

Gilli-gilcəli çaqıl-xırlı qrunt

6.0

64

135

0.9

54

8

Katex k. 1.2km ŞŞq-də

1100

Cənub-qərb

«­»

«­»

«­»




1.8

39

85

0.3

5.4



1

2

3

4

5

6

7

8

9

10

11

12

13

9

Katexçayın sol sahili, Parket k. 2.0km şərqində

850

Cənub-qərb

«­»

«­»

«­»

«­»

3.5

47

78

0.4

14

10

Katexçayın sol qolunun sol sahilində, Geoloji-kəşfiyyat bazasından 0.7-0.8km cənuba tərəf

740

Şimal-şərq

«­»

«­»

«­»

«­»

1.5

70

115

0.8

12

11

Katexçayın sol qolunun sağ bortunda, bazadan 0.3-0.4km yuxarıda

910

Cənub-qərb

«­»

«­»

«­»

«­»

1.5

66

96

0.6

9

12

Oxaxdərə k. 3.0km qərbində

1100

Şərq

«­»

«­»

«­»

Çagil-xırlı gilcələr

3.5

45

110

0.5

17.5

13

Həmin yamacda ondan bir az aşağı və şərq tərəfdə

910

Cənub-qərb

«­»

«­»

«­»

«­»

1.5

66

96

0.6

9

14

Salban silsiləsinin ŞQ yamacları, Car k. 2km ŞŞq-də

900

«­»

Delyapsiv

Asekvent

«­»

«­»

2.5

50

80

0.45

11.25

15

Katex k. şimalında

450

«­»

Detruziv

Konsekvent

«­»

«­»

3

60

115

0.8

24

16

Katex k. 1.2km qərbinda

370

Sərq

«­»

«­»

«­»

«­»

3

53

112

0.6

18

17

Masex k. 0.7km şərqində

500

Qərb

Delyapsiv

Asekvent

«­»

«­»

3.5

58

80

0.5

17.5

18

Yuxarı Tala k. 4.5km şərqində

1000

Qərb

Detruziv

Konsekvent

«­»

«­»

2

70

160

1.5

30

19

Yuxarı Tala k. 2.5km ŞŞq tərəfdə

670

Çimal

Delyapsiv

Asekvent

pdQıv

«­»

4.5

100

210

2.5

115

20

Qaraçayın sol bortu, Zəqəm k. 3.0km qərb tərəfdə

515

Qərb

«­»

«­»

aQıv

Çaqıl-çınqıl

3.5

30

45

0.2

7



1

2

3

4

5

6

7

8

9

10

11

12

13

21

Camalaparançayın(Qaraçayın sol qolu) sol bortunda, Gözborax k. 1.5km cənubunda

380

Qərb

«­»

«­»

«­»

«­»

5.2

50

95

0.5

26

22

Talaçayın sol bortu, Zaqatala ş. 2.3km çay axını ilə yuxarı

620

Şimal-Qərb

«­»

«­»

«­»

«­»

5

40

72

0.3

15

23

Katexçayın sağ bortu, Katex k. yaxınlığında




Şərq

«­»

«­»

«­»

«­»

3.5

32

54

0.2

7

24

Yuxarı Çardaxlı k. 1.5km şimal tərəfdə, Qaraçayın sağ qolunun sağ yamacında

960

Cənubi-şərq

Detruziv

Konsekvent

edQıv

Çagil-xırlı gilcələr

2.5

45

54

0.3

7.5

25

Sabunçu k. 0.7-1.0km ŞQ-də, Sabunçuçayın sağ yamacinda

880

«­»

«­»

«­»

«­»

«­»

3.5

50

64

0.4

14

26

Yuxarı Çardaxlı k. 0.2-0.3km cənub tərəfdə, Qaraçayın sağ sahilində

540

Cənub

Delyapsiv

Asekvent

aQıv

Çaqıl-çınqıl

2.0

25

38

0.1

2

27

Ələskər k. 0.3-0.5km aşağıda Qaraçayin sol sahilində

580

Şimal

«­»

«­»

«­»

«­»

2.5-3.0

34

51

0.15

4.5

28

Ələskər k. çay axını ilə 2.2km aşağı Qaraçayın sol sahilində

550

«­»

«­»

«­»

«­»

«­»

3.5

44

62

0.3

10.5

29

Mamrux k. 1.0km şərq tərəfdə

840

Cənubi-qırb

Detruziv

Konsekvent

edQıv

Çagil-xırlı gilcələr

3.7

52

105

0.5

18.5

30

Güllük k. 0.8-0.9km ŞŞq-də

500




«­»

«­»

«­»

«­»

3.8

40

100

0.4

15.2

31

Ləkit-Kötüklü k. 1.0-1.2km cənubunda, Ləkitçayın sol yamacında

900

Şimal-qərb

«­»

«­»

«­»

«­»

2.0

60

140

0.9

18



1

2

3

4

5

6

7

8

9

10

11

12

13

32

Ləkit-Kötüklü k. 1.5km qərbdə, Ləkitçayın sağ qolunun sağ yamacında

920

Cənub-qərb

«­»

«­»

«­»

«­»

1.9

42

80

0.3

5.7

33

Əzgilli k. 1.2km cənubunda, Qaraçayın sol sahilində

900

Şimal

Delyapsiv

Asekvent

aQıv

Çaqıl-çınqıl

4.0

33

70

0.25

10

34

Ələskər k. 3.5-3.7km şərq tərəfdə, Qaraçayın sol sahilində

736

«­»

«­»

«­»

«­»

«­»

5.2

58

110

0.6

31.2

35

Ağdamkalal k. 2.8km ŞQ-də, Kəlalçayın sağ yamacında

1900

Cənnub-qərb

Detruziv

Konsekvent

edQıv

Çagil-xırlı gilcələr

2.0

110

215

2.5

50

36

Ağdamkalal k.1.4km ŞQ-də

1800

«­»

«­»

«­»

«­»

«­»

2.0

135

242

3.3

66

37

Ağdamkalal k. 1.6km ŞQ-də, Kəlalçayın sağ yamacında

1960

«­»

«­»

«­»

«­»

«­»

2.0

145

300

4.5

90

38

Qaşdağ. 0.6km CQ-də, Kəlalçayın sol yamacında

1650

Cənub-qərb

«­»

«­»

«­»

«­»

2.0

88

215

1.9

38

39

Cimcimax k. 3.0km ŞŞq-də, Kavalaçayın sağ yamacında

1200

Şimal-qərb

«­»

«­»

«­»

«­»

2.0

75

185

1.4

28

40

Qarqay k. 2.7km şimalında, Dabatçayın sağ yamacında

1600

Cənub-şərq

«­»

«­»

«­»

«­»

2.0

70

120

0.9

18

41

Qarqay k. 2.0km şimalında, Dabatçayın sol yamacında

1700

Qərb

«­»

«­»

«­»

«­»

2.0

85

115

1.0

20

42

Qarqay k. 1.6km şimalında, Dabatçayın sol yamacında

1820

«­»

«­»

«­»

«­»

«­»

2.0

60

100

0.6

12

43

Qarqay k. 0.7km ŞŞq-də

1500

Cənub-qərb

«­»

«­»

«­»

«­»

2.5

50

70

0.4

9

44

Kəlal k. 1.1km şimalında, Dabaltçayın sağ yamacında

1360

Cənub-şərq

«­»

«­»

«­»

«­»

1.9

35

55

0.22

4.2



1

2

3

4

5

6

7

8

9

10

11

12

13

45

Kəlal k. 0.5km ŞŞq-də, Dabaltçayın sol yamacında

1200

Çimal-qırb

«­»

«­»

«­»

«­»

2.0

25

45

0.1

2

46

Suvagil xarabalıqdan 0.4km ŞQ-də

1620

Cənub-şərq

«­»

«­»

«­»

«­»

1.8


35

55

0.2

3.6

47

Xutor dağ. 3.7km qərbində, Dabaltçayın sağ yamacında

1900

Cənub

«­»

«­»

«­»

«­»

2.0

110

200

2.1

42

48

Xutor dağ. 3.0km qərbində, Dabaltçayın sağ yamacında

1900

Cənub-şərq

«­»

«­»

«­»

«­»

1.9

80

170

1.4

26.6

49

Qaqlu dağ. 2.2km CQ-də, Kavalaçayın sol yamacında

2300

Şimal

«­»

«­»

«­»

«­»

1.8

60

100

0.6

10.8

50

Kolec aşırımdan 3.5km CQ-də

2540

Cənub-qırb

«­»

«­»

«­»

«­»

2.0

180

350

6.3

126

51

Çinarlı k. 2.5km şimalında, Qumçayın yuxarı hissələrində

1170

Şərq

Delyapsiv

Konsekvent

edQıv

Gilli-gilcəli qrunt

2.5

30

45

0.2

5

52

Çinarlı k. 3.7km ŞŞq-də, Qumçayın sol yamacı

1210

Çimal-qırb

«­»

«­»

«­»

«­»

2.0

50

70

0.4

8

53

Çinarlı k. 2.7km ŞŞq-də, Qumçayın sağ qolun sol yamacında

1240

Şimali-şərq

«­»

«­»

«­»

«­»

2.0

55

80

0.5

10

54

Çinarlı k.2.2km ŞŞq-də, Qumçayın sağ yamacıda

1060

Cənub-şərq

«­»

«­»

«­»

«­»

2.0

60

85

0.5

10

55

Qum k. ətrafı, Qumçayın sağ yamacında

650

«­»

«­»

«­»

«­»

«­»

2.0

45

70

0.3

6

56

Ləkit-Malax k. 1.0km cənubda, Ləkitçayın sol yamacında

395

Şimal-qərb

«­»

«­»

«­»

«­»

1.8

30

40

0.2

3.6

57

Qax ş. 1.0km ŞŞq-də, Kurmuxçayın sağ yamacında

810

Cənub-qərb

Delyapsiv

Asekvent

aQıv

Çaqıl-çınqıl

2.5

20

50

0.1

2.5



1

2

3

4

5

6

7

8

9

10

11

12

13

58

Qax ş. üzbəüz, Kurmuxçayın sol yamacında

670

Şimal-qərb

Delyapsiv

Asekvent

«­»

«­»

2.6

30

60

0.2

5.2

59

Qax ş. cənub qutaracağı, Kurmuxçayın sağ yamacında

610

Cənub-şərq

«­»

«­»

«­»

«­»

2.0

40

60

0.3

6.0

60

Kurmuxçayın sol yamacında

540

Şimal-qərb

«­»

«­»

«­»

«­»

3.0

55

75

0.4

12

61

Əmbərçay k. 1.7km CQ-də, Qaşqaçayın sağ yamacında

450

Cənub-qərb




Konsekvent

edQıv

Haqıl-xırlı gilcələr

2.5

40

80

0.3

7.5

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin