Məsələ1236: Camaat namazında bir neçə şərtə əməl etmək lazımdır:
1. Ara kəsmənin olmaması
İmamla mə’mumlar, eləcə də mə’mumlar arasında görməyə mane olan arakəsmə olmamalıdır. Hətta şüşə arakəsmənin eybi var. Amma mə’mum qadın olarsa onunla kişilər arasında ara kəsmə olmasının eybi yoxdur.
Məsələ1237: İmam mehrabda dayandığı vaxt onun arxasında bir nəfər iqtida etməsə, sağ və solda dayanıb mehrabın divarı səbəbindən imamı görməyənlər ona iqtida edə bilməzlər. hətta imamın arxasında bir şəxs dayandığı halda mehrabın divarları səbəbindən onu görməyənlərin iqtida etməsi iradlıdır. Amma onların arxasında dayananların namazı düzgündür. Hətta cərgələr artıq məsciddən xaric olarsa, eybi yoxdur.
Məsələ1238: Cərgələr uzandığından cərgənin qurtaracağında dayananlar imamı görməzsə bunun eybi yoxdur. Bir cərgənin uzanması səbəbindən onun iki tərəfində dayananların da qarşısını görməməsi camaat namazına mane olmur.
Məsələ1239: Sütunun arxasında dayanmış şəxs sağ və sol tərəfdən mə’mumlar vasitəsi ilə imama bağlanırsa qıldığı namaz düzdür.
2. İmamınyerininmə’mumunyerindənhündürolmaması
Məsələ1240: İmamın yeri mə’mumun yerindən hündür olmamalıdır. Amma azca hündürlüyün eybi yoxdur. Yer mailli olsa və imam hündür tərəfdə dayansa, maillik çox olmadıqda və həmin yer haram adlandırıldıqda bunun eybi yoxdur.
Məsələ1241: Mə’mumun yerinin imamın yerindən hündür olmasının eybi yoxdur. Amma imam məscid səhnəsində dayansa mə’mumların balkon və damda dayanması, “camaat namazı” adlandırılmayacaq şəkildə yerləşməsi düzgün deyil. Məsələn, imamın birinci mərtəbədə dayandığı vaxt mə’mumun camaatdan uzaq təbəqədə dayanması düzgün sayılmır.
3. İmamla mə’mum arasında ara olmaması
Məsələ1242: Əgər imamla mə’mum və ya mə’mumların öz arasında bir neçə addım ara olarsa, onlara toplum deyildikdə bunun eybi yoxdur. Demək, arada namaz qılmayan bir, iki nəfərin olması namazı batil etmir. Amma müstəhəbdir ki, cərgələr bir-birinə tam bağlansın.
Məsələ1243: İmam təkbir deyib namaza başlayan vaxt ön cərgələr namaza hazır olduqda hamı təkbir deyib namaza başlaya bilər və qarşıdakıların namaza başlamasına gözləmək lazım deyil. Hətta gözləmək ehtiyata ziddir.
Məsələ1244: Mə’lum olsa ki, qarşıdakı cərgələrdən birinin namazı batildir, sonrakı cərgələr iqtida edə bilməz.
4. Mə’mumimamdanöndədayanmamalıdır.
Məsələ1245: Əgər mə’mum namazın əvvəlində və ya gedişində qabaqda dayansa onun namazı batil olur. Ehtiyat budur ki, imamla bir bərabərdə də dayanmasın. Namazın bütün gedişində, hətta rüku və səcdələrdə də imamdan bir qədər arxada dayanmaq lazımdır.
Camaat namazının hökmləri
Məsələ1246: Mə’mum imamın namazının batil olduğuna tam əminsə, məsələn, bilirsə ki, imamın dəstəmazı yoxdur, ona iqtida edə bilməz. İmam özü bunu bilməsə də fərqi yoxdur. Amma mə’mum namazdan sonra imamın ədalətli olmadığını, ya Allah eləməmiş, kafir olduğunu, ya namazının batil olduğunu bilərsə namazı düzgündür.
Məsələ1247: Əgər mə’mum namazın gedişində şəkk etsə ki, iqtida niyyət edib yoxsa yox, əminlik əldə edə bilsə, namazını camaatla başa vurur. Amma əminlik əldə etməsə, namazını fərdi niyyətlə başa çatdırmalıdır.
Məsələ1248: Üzürsüz səbəbə camaat namazından ayrılmaq, fərdi namaz niyyət etmək olmaz. İnsanın öncədən və ya namaz əsnasında belə bir qərara gəlməsinin fərqi yoxdur.
Məsələ1249: Əgər mə’mum hər hansı üzür səbəbindən imam Həmd-surəni dedikdən sonra namazdan ayrılarsa və fərdi niyyət edərsə Həmd-surəni oxumamalıdır. Amma əgər həmd-surə başa çatmamış niyyət edərsə, imamın oxumadığı miqdarı oxumalıdır.
Məsələ1250: Əgər namaz gedişində hər hansı üzür səbəbindən fərdi namaz niyyət edilsə, yenidən camaat namazına qatılmaq olmaz. Əgər fərdi niyyət edib-etməməklə bağlı tərəddüddə olarsa və sonra qərara gələrsə ki, namazı camaatla qılsın, qıldığı namaza irad var. Amma fərdi niyyət edib-etmədiyinə şəkk də olsa, qəbul edir ki, fərdi niyyət etməyib.
Məsələ1251: İmam rükuda olduğu vaxt ona iqtida edən şəxs imamın rükusuna çatarsa namazı düzgündür. Rükuda imama çatmazsa və ya çatıb-çatmadığına şübhə edərsə, namazı fərdi tamamlasın və vacib ehtiyat budur ki, namazını təzələsin.
Məsələ1252: Namazın digər rəkətlərində (birinci rəkətdən başqa) və imamın rükusuna çatmaq lazımdır. Yoxsa, şəxsin qıldığı camaat namazına irad var.
Məsələ1253: Əgər imam rükuda olduğu vaxt iqtida etsə və rüku həddinə əyilənədək imam rükudan qalxsa, fərdi niyyət etsin və namazı düzgündür. Onu təkrarlamaq lazım deyil.
Məsələ1254: Əgər namazın əvvəlində və ya həmdlə surə arasında iqtida etsə və imamın rükusuna çatmasa, qıldığı camaat namazı düzgün deyil. Üzürlü hal istisnadır.
Məsələ1255: Camaat namazına çatdığı vaxt imam namazın son təşəhhüdünü oxuyarsa bu namazdan savab əldə etmək məqsədi ilə niyyət edib təkbirətül-ehram deyir və əyləşir. Təşəhhüdü imamla oxuyur, amma salam demir. Bir qədər səbr edir, imam salamı dedikdən sonra ayağa qalxıb namaza davam edir. Yə’ni həmd-surə oxuyur və bunu namazın birinci rəkəti sayır.
Məsələ1256: Əgər ikinci rəkətdə iqtida etsə, qunut və təşəhhüdü imamla desə, ehtiyat budur ki, təşəhhüdü oxuyarkən dizlərini yerdən qaldırıb yalnız əllərini və ayaqlarını yerdə saxlasın (yarım oturaq vəziyyət alsın). İmamın təşəhhüdündən sonra qalxıb həmd-surə oxusun. Surəyə vaxt olmasa həmdi oxuyub rükuda imama çatsın.
Məsələ1257: İmamın ikinci rəkətində iqtida edən şəxs öz namazının ikinci rəkətində, imamın namazının üçüncü rəkətində iki səcdədən sonra oturur, təşəhhüdün vacib miqdarını oxuyub qalxır və imama çatır. Əgər üç dəfə təsbihat deməyə vaxt çatmasa, bir dəfə deyir və rükuda özünü imama çatdırır.
Məsələ1258: Əgər imam üçüncü və ya dördüncü rəkətdə olsa, mə’mum iqtida edəcəyi təqdirdə Həmd oxumaqla rükuda imama çatmayacağını bilsə, vacib ehtiyata əsasən, səbr etsin, imam rükuya getdikdən sonra iqtida etsin.
Məsələ1259: Əgər üçüncü və ya dördüncü rəkətdə imama iqtida etsə, Həmd və surəni oxumalıdır. Surə üçün vaxt olmasa təkcə Həmdi oxuya bilər. Amma özünü rükuda imama çatdırmalıdır.
Məsələ1260: Bir şəxs əmin olsa ki, surəni oxusa rükuda imama çatacaq, vacib ehtiyat budur ki, surəni oxusun. Əgər surəni oxuduqda təsadüfən rükuda imama çatmasa, qıldığı camaat namazı düzgündür.
Məsələ1261: Əgər imam ayaq üstə olsa və mə’mum hansı rəkətin qılındığını bilməsə, iqtida edib, savab məqsədi ilə Həmd surəni oxuya bilər və namazı düzgündür. İmamın üçüncü və ya dördüncü, birinci və ya ikinci rəkətdə olmasının fərqi yoxdur. Bir şərtlə ki, namaz günorta və ikindi namazı olsun və imam Həmd-surəni astadan oxumuş olsun.
Məsələ1262: Əgər düşünsə ki, imam birinci və ya ikinci rəkətdədir, Həmd-surəni oxumasa və rükudan sonra başa düşsə ki, imam üçüncü və ya dördüncü rəkətdə imiş, namazı düzgündür, amma rükudan öncə bunu başa düşsə, Həmd-surəni oxumalıdır. Vaxtı olmasa təkcə Həmd oxuya bilər. Amma rükuda imama çatmalıdır.
Məsələ1263: Müstəhəb namaz qıldığı vaxt camaat namazı başlasa namazı bitirdiyi halda camaat namazına çatmayacağından qorxsa, müstəhəbdir ki, namazı saxlayıb camaat namazına qoşulsun.
Məsələ1264: Vacib namaz qıldığı vaxt camaat namazı başlasa, üçüncü rəkətə daxil olmayıbsa, çatmayacağından qorxduqda müstəhəbdir ki, niyyətini müstəhəb namaza çevirib iki rəkətlə kifayatlənsin və özünü camaat namazına çatdırsın.
Məsələ1265: Mə’mum təşəhhüd və salam oxuduğu vaxt imam namazını tamamlasa fərdi niyyət etmək lazım deyil.
Məsələ1266: İmamdan bir rəkət geridə qalmış şəxs imam təşəhhüdü oxuduğu vaxt ehtiyat budur ki, dizlərini yerdən qaldırıb əllərini və ayaqlarını yerdə saxlasın və imamla təşəhhüdü söyləsin. Təşəhhüd əvəzinə zikr də deyə bilər. Əgər təşəhhüd son təşəhhüddürsə səbr etsin ki, imam namazın salamını söyləsin, sonra ayağa qalxıb namazını davam etdirsin.