MüQƏddimə



Yüklə 1,6 Mb.
səhifə6/30
tarix21.10.2017
ölçüsü1,6 Mb.
#8148
1   2   3   4   5   6   7   8   9   ...   30

ÜÇÜNCÜ FƏSİL

BƏDR DÖYÜŞÜNÜN MİSİLSİZ QƏHRƏMANİ


Öz dəvəsinin qulaqlarını kəsib burnunu yarmış, palanını döndərib tərsinə qoymuş Zəmzəm adlı bir nəfərin qorxulu və tükürpədici nərəsi Qüreyş başçılarının diqqətini özünə cəlb etdi. O öz köynəyini öndən və arxadan cırmışdı, qulaqlarından və burnundan qan axan bir dəvənin üstündə durub qışqırırdı: "camaat, müşklə yüklənmiş dəvələr Məhəmməd və onun dostları tərəfindən təhlükədədir! Onlar istəyirlər ki, bu sərvətin hamısını Bədr çölündə müsadirə etsinlər. Fəryada yetişin! Kömək edin!"

Ara verməyən bu nalə və haray-həşirlər, Qüreyşin bütün dilavər və şücaətli cavanlarının öz ev-eşiklərini və işlərini buraxıb onun ətrafına yığışmasına səbəb oldu. Zəmzəmin yalvarışı və naləsi, həmçinin dəvənin insanı riqqətə gətirən vəziyyəti camaatın ağlını başından çıxarmışdı. Camaatın əksəriyyəti, Qüreyş karvanına nicat vermək üçün Məkkədən Bədr çölünə tərəf yola düşməyi qərara aldı.

Peyğəmbər heç vaxt bir kəsin mal-dövlətinə göz dikib onların sərvətini nahaq yerə müsadirə etməz. (Peyğəmbərin şəni belə işlərdən çox-çox uzaqdır!) Amma görəsən Peyğəmbərin belə bir qərara gəlməsinin səbəbi nə idi? Bu işi görməkdə Peyğəmbərin iki məqsədi vardı:

1) Qoy Qüreyş başçıları bilsinlər ki, onların ticarət yolları islam qüvvələrinin ixtiyarına keçmişdir. Əgər onlar islamın təbliğ olunub yayılmasına maneçilik törətsələr və müsəlmanları söz azadlığından məhrum etsələr, onların həyat damarları islam qüvvələri tərəfindən kəsiləcək. Çünki natiq nə qədər güclü olsa və nə qədər ixlas və mətinlik göstərsə də belə, təbliğ və söz azadlığına nail olmayınca, öz vəzifəsini lazımınca yerinə yetirə bilməyəcəkdir.

Məkkə mühitində Qüreyş başçıları islamın təbliğ olunmasında və camaatın təkallahlığa yönəlməsində ən böyük mane idi. Onlar bütün qəbilələrə həcc mövsümündə Məkkəyə daxil olmaq icazəsi vermişdilər, amma islam rəhbəri və müsəlmanlar üçün Məkkəyə daxil olmağı tamamilə qadağan etmişdilər. Hətta əgər bacara bilsəydilər, Peyğəmbəri də öldürəcəkdilər. Halbuki həcc günlərində camaat Hicazın hər yerindən Allah evinin ətrafına yığışırdılar. Bu günlər də tövhid və pak bir ilahi ayinin təbliği üçün ən yaxşı bir fürsət idi.

Məkkədən Mədinəyə köçüb gedə bilməyən müsəlmanlar Qüreyşin ardıcıl əzab-əziyyətlərinə məruz qalırdılar; həm onların, həm də mühacirət edən, amma mal-dövlətlərini özləri ilə apara bilməyənlərin malları həmişə Qüreyş tərəfindən təhlükədə idi. Peyğəmbər (s) Qüreyşin ticarət karvanını müsadirə etməklə hər növ azadlığı müsəlmanlardan alıb onları daim əzab-əziyyətə düçar edənləri və onların mal-dövlətini müsadirə etməkdən çəkinməyənləri yaxşıca tənbeh etmək istəyirdi. Buna görə də, Peyğəmbər (s) hicrətin ikinci ilinin Ramazan ayında 313 nəfər ilə Qüreyşin karvanında olan malları müsadirə etmək üçün Mədinədən çıxdı və Bədr quyularınının yanında dayandı. Məkkəyə doğru qayıdan Qüreyş karvanının yolu Bədr kəndindən keçirdi. Karvanbaşı Əbu Süfyan Peyğəmbərin belə bir qərarından xəbərdar idi və Zəmzəmin vasitəsi ilə bu məsələni Məkkədə Qüreyş başçılarına xəbər vermiş və onlardan istəmişdi ki, özlərini karvanın köməyinə yetirsinlər. Zəmzəmin yaratdığı səhnə Qüreyş dilavərlərinin və cəngavərlərinin karvanın xilas edilməsi və işin müharibə ilə qurtarması üçün ayağa qalxmalarına səbəb oldu. Qüreyş başçıları hərbi təlim görmüş, çoxlu müharibələrdə iştirak etmiş və o dövrün silahları ilə təchiz olunmuş doqquz yüz nəfərlə birlikdə Bədr çölünə tərəf hərəkət etdilər. Amma mənzilə çatmazdan əvvəl Əbu Süfyanın göndərdiyi başqa bir qasid vasitəsi ilə xəbər çatdı ki, karvan öz yolunu dəyişmiş, dolayısı yolla müsəlmanlar olan yerin həndəvərindən çıxaraq, özünü xilas etmişdir. Bununla belə, onlar bünövrəsi hələ möhkəmlənməmiş islam hökumətini məhv etmək üçün öz yollarına davam etdilər və hicrətin ikinci ilinin Ramazan ayının on yeddisində sübh çağı təpənin arxasından Bədr çölünə axışdılar. Müsəlmanlar Bədrin şimal keçidində Əl-üdvətüd-dünya dərəsinin ətəyində özlərinə mövqe seçib karvanın keçməsini gözləyirdilər. Elə bu vaxt xəbər çatdı ki, Qüreyş dilavərləri ticarət mallarını qorumaq üçün Məkkədən çıxmış və Əl-üdvətül-qüsva dərəsinin yüksək bir nöqtəsində özlərinə mövqə seçmişlər.

Peyğəmbərin ənsarla olan müqaviləsi müharibə müqaviləsi deyil, müdafiə müqaviləsi idi. Onlar Əqəbədə Peyğəmbərlə əhd-peyman bağlamışdılar ki, əgər düşmən Mədinəyə yürüş etsə, Peyğəmbəri müdafiə edəcəklər, Mədinədən xaricdə isə onun düşmənləri ilə işləri yoxdur. Buna görə də, Peyğəmbər (s) ənsarın cavanları və bir qrup mühacirdən təşkil olunmuş hərbi şurada ümumi rəy sorğusu keçirdi. Bu şurada müzakirə olunan məsələ bir tərəfdən bəzilərinin şücaətli, digər tərəfdən isə bəzilərinin qorxaq olmasını aşkara çıxardı. Əvvəlcə Əbu Bəkr ayağa qalxıb dedi:–Qüreyşin böyükləri və dilavərləri bu ordunun təchiz olunmasında iştirak etmişlər. Qüreyş heç vaxt bir dinə iman gətirməmiş, bir an belə xar və zəlil olmamışdır. Biz isə kifayət qədər hazırlıqla çıxmamışıq. (Yəni, məsləhət görürəm ki, bu yolla Mədinəyə qayıdaq.)

Ömər də ayağa qalxıb dostunun sözlərini təkrar etdi. Bu vaxt Miqdad ayağa qalxıb dedi:–Allaha and olsun ki, biz Bəni-Israilin Musaya: "Ey Musa, sən və Allahın gedib cihad edin, biz də burada oturmuşuq" dediyi sözləri yox, bunun əksini deyirik: "Sən öz Pərvərdigarının mərhəməti sayəsində cihad et, biz də sənin önündə vuruşacağıq."

Təbəri yazır: "Miqdad danışmaq üçün ayağa qalxanda Peyğəmbərin (o iki nəfərin sözlərindən narahat olduğuna görə) qəzəbdən sifəti tutulmuşdu, amma Miqdadın kömək etmək barədə ümidilə dolu olan sözləri sona çatdıqda həzrətin sifəti açıldı."

Səd Məaz da ayağa qalxıb (Qırmızı dənizə işarə edərək) dedi:–Siz haraya ayaq qoysanız, biz də sizin ardınızca hərəkət edəcəyik. Bizi hara məsləhət görürsünüzsə, ora da göndərin.

Bu vaxt Peyğəmbərin üzündə şadlıq və sevinc izləri görünməyə başladı. Onlara müjdə olaraq buyurdu:–Mən Qüreyşin qətlgahını görürəm.

Sonra islam qoşunu Peyğəmbər (s)-in rəhbərliyi ilə yola düşdü və Bədr sularının yaxınlığında özlərinə mövqe seçdilər.


HƏqİqƏtİn GİzlƏdİlmƏsİ


Tarixçilərdən bir qrupu (Təbəri, Məqrizi və s.) həqiqət günəşini kin pərdəsi ilə ört-basdır etməyə çalışmış və Şeyxeynin (Əbu Bəkr və Ömərin) sözlərinin mətnini Vaqidinin "Məğazi"də yazdığı kimi nəql etmək istəməmişlər. Onlar iddia edib deyirlər ki, Əbu Bəkr ayağa qalxdı və yaxşı danışdı, Ömər də ayağa qalxıb yaxşı danışdı. Amma bu məşhur tarixçidən soruşmaq lazımdır ki, əgər onlar həmin şurada yaxşı söz demişdilərsə, bəs nə üçün onların dediyi sözləri nəql etməkdən boyun qaçırırsınız?! Halbuki Miqdad və Sədin sözlərini olduğu kimi təfsilatı ilə nəql edirlər. Əgər onlar yaxşı söz demişdilərsə, onda nə üçün Peyğəmbərin rəngi dəyişdi?! Özü də Təbəri bu məsələni açıqcasına qeyd etmişdir.

Indi artıq Əli (ə)-ın bu döyüşdəki mövqeyini araşdırmağın vaxtı gəlib çatmışdır.


Haqq vƏ batİl qoşunlarİnİn qarşİ-qarşİya dayanmasİ


Müsəlmanlar və Qüreyş cəngavərləri döyüş hazırlığına başladılar. Bir neçə kiçik hadisə müharibə alovunu şölələndirdi. Əvvəlcə təkbətək döyüş gedirdi. Hindin (Əbu Süfyanın arvadının) atası Ütbə, onun böyük qardaşı Şeybə və Ütbənin oğlu Vəlid hay-küy qopararaq, meydanın ortasına gəldi və mübariz tələb etdilər. Müsəlman qoşunundan əvvəlcə ənsarın dilavərlərindən üç nəfər onlarla döyüşmək üçün meydana girib özlərini təqdim etdilər. Amma Məkkə döyüşçüləri onlarla vuruşmaqdan imtina edib qışqırdılar: "Ey Məhəmməd, bizim tayfadan və bizimlə döyüşməyə layiq olanları döyüşə göndər!"

Peyğəmbər Übeydə ibni Haris ibni Əbdül-Müttəlibə, Həmzəyə və Əli (ə)-a əmr etdi ki, ayağa qalxıb düşmənə cavab versinlər. Islamın üç sərkərdəsi üzləri niqablı halda döyüşə yollandı. Onlar özlərini təqdim etdikdə Ütbə hər üçünü mübarizəyə qəbul etdi və dedi:–Hamınız bizimlə döyüşə layiq adamlarsınız.

Burada Vaqidi kimi bəzi tarixçilər yazırlar: "Ənsar dilavərlərindən üç nəfərin meydana getmək üçün hazırlaşdığı vaxt Peyğəmbər onları mübarizəyə getməkdən saxladı və ənsarın islamın ilk döyüşündə iştirak etməsini istəmədi. Həmçinin, bu işlə hamıya bildirdi ki, tövhid ayini o qədər əzizdir ki, özünün ən əziz və ən yaxın adamlarını bu mübarizəyə göndərməyə hazırdır. Buna görə də Bəni-Haşimə xitabən buyurdu:–Ayağa qalxıb batil ilə döyüşün! Onlar Allah nurunu söndürmək istəyirlər!

Bəziləri deyirlər ki, bu döyüşdə hər döyüşçü öz yaşıdı ilə qarşılaşdı. Onların içində ən cavanı olan Əli (ə) Müaviyənin dayısı Vəlid ilə, yaşda ortancıl olan Həmzə Müaviyənin ana babası olan Ütbə ilə və onların içində ən yaşlı olan Übeydə isə Şeybə ilə döyüşə başladılar. Amma ibni Hişam yazır ki, Şeybə Həmzə ilə, Ütbə isə Übeydə ilə üzbəüz idi. Indi bu iki fikirdən hansının doğru olduğunu araşdıraq. Aşağıdakı iki mətləbi nəzərə alsaq həqiqət aydın olar:

1) Tarixçilər yazırlar ki, Həmzə və Əli öz rəqiblərini elə ilk anlarda öldürdülər, amma Übeydə və onun rəqibi bir-birinə zərbə endirirdilər. Hər ikisi bir-birini yaralamışdı, amma biri digərinə qələbə çala bilmirdi. Əli və Həmzə öz rəqibini öldürdükdən sonra Übeydənin köməyinə gəlib onun rəqibini də öldürdülər.

2) Əmirəl-möminin Müaviyəyə yazdığı məktubda buyurur: "Bir gündə sənin babana (Müaviyənin anası Hindin atası Ütbəyə), dayına (Ütbənin oğlu Vəlidə) və qardaşına (Hənzələyə) endirdiyim qılınc indi də mənim yanımdadır." (Yəni, o qüvvə elə indi də varımdır.)

Başqa bir yerdə buyurur: "Ey Müaviyə, məni qılınclamı qorxudursan?! Halbuki mənim qılıncımın sənin qardaşının, dayının və babanın başına enməsindən agahsan və bilirsən ki, hamısını bir gündə öldürmüşəm."

Bu iki məktubdan aydın olur ki, həzrət Əli (ə)-ın Müaviyənin müşrik babasını öldürməkdə əli olmuşdur. Digər tərəfdən, Həmzə və Əli (ə) öz rəqiblərini heç bir kömək almadan həlak etmişdilər. Əgər Həmzə Müaviyənin babası Ütbə ilə vuruşmuş olsaydı, onda Əli (ə) deyə bilməzdi ki, "Ey Müaviyə, sənin baban mənim qılıncımın zərbəsi ilə həlak olmuşdur." Deməli şübhə yoxdur ki, Şeybə Həmzənin, Ütbə də Übeydənin rəqibi imiş. Həmzə və Əli öz rəqiblərini öldürdükdən sonra, Ütbəyə tərəf gedərək və onu da öldürdülər.



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin