“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə11/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Metr. Xanə. Xanə xarici
Musiqidə qüvvəli və zəif təqtilərin – hissələrin ardıcıl növbələşməsinə metr deyilir. İki və 
üç təqtili metr var. İki təqtili metrin birinci təqtisi güclü, ikincisi zəif olur.Üç zərbəli metrin 
birinci təqtisi güclü, ikincisi nisbətən güclü, üçüncüsü zəif olur. Təqtilərin güclü və ya zəif 
olması real deyil, xəyalidir. 
Musiqi əsərinin qüvvətli təqti ilə başlayıb, qüvvətli təqti ilə qurtaran hissəsinə xanə deyilir. 
Xanələr bir-birindən xanə xətti ilə ayrılır.Xanə ilə musiqi əsəri bərabər hissələrə bölünür. Xanə 
qüvvətli təqti ilə deyil, zəif təqti ilə başlayarsa, buna xanə xarici deyilir. 
Ölçü. Sadə və mürəkkəb ölçü. Sadə və mürəkkəb ölçülü xanələr 
Xanənin ölçüsünü metr təqtisi təşkil edir. Xanədə metr təqtisinin sayını və təqtinin 
uzunluğunu göstərən işarəyə ölçü deyilir. Ölçü kəsr formasında yazılır – surət xanədə təqtinin 
sayını, məxrəc 
isə təqtinin uzunluğunu göstərir. Bu uzunluq yarım, çərəq, səkkizlik, onaltılıq ola bilər. Xanələr 
qüvvətli təqtinin sayından asılı olaraq bir neçe növə bölünür – sadə, mürəkkəb, qarışıq, dəyişən. 
1)
Sadə ölçülü xanələr – bir güclü təqtisi olan iki təqtili və üç təqtili xanələrə sadə xanələr 
deyilir. 
İki təqtəli xanələrdə birinci təqti güclü, ikinci təqti zəif olur

 2/4
ölşülü xanədə 2 təqti var. Hər təqtinin uzunluğu çərək nota bərabərdir. 
2/2
ölşülü xanədə 2 təqti var. Hər təqtinin uzunluğu yarım nota bərabərdir.
2/8
ölşülü xanədə 2 təqti var. Hər təqtinin uzunluğu səkkizlik nota bərabərdir.
 
Üç təqtili xanələrdə birinci güclü, ikinci nisbətən güclü, üçüncüsü zəif olur 
3/4
ölşülü xanədə 3 təqti var. Hər təqtinin uzunluğu çərək nota bərabərdir. 
3/2
ölşülü xanədə 3 təqti var. Hər təqtinin uzunluğu yarım nota bərabərdir.
3/8
ölşülü xanədə 3 təqti var. Hər təqtinin uzunluğu səkkizlik nota bərabərdir.
 


2)
Mürəkkəb ölçülü xanələr – bir neçə eyni növlü sadə xanənin birləşməsindən mürəkkəb 
xanələr əmələ gəlir. Mürəkkəb xanələrdə güclü təqtinin sayı mürəkkəb xanəni təşkil edən
sadə xanələrin sayından asılıdır. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin