“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə13/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

Mürəkkəb intervallar 
Oktavadan (X8) böyük, iki oktava çərçivəsində yerləşən intervallara mürəkkəb
intervallar deyilir. Mürəkkəb intervallar X8 ilə sadə intervalların birləşməsindən yaranır. 
1)
Nona X8 ilə sekundanın birləşməsindən yaranır
K9 – kiçik nona – pillə sayı 9 – tonu 6,5 tondur . 
b9 – böyük nona – pillə sayı 9 – tonu 7 tondur 
2)
Desima X8 ilə tersiyanın birləşməsindən yaranır 
K10 – kiçik desima – pillə sayı 10 – tonu 7,5 tondur
b10 – böyük desima – pillə sayı 10 – tonu 8 tondur
3)
Undesima X8 ilə kvartanın birləşməsindən yaranır 
X11 – xalis undesima – pillə sayı 11 – tonu 8,5 tondur 
4)
Duodesima X8 ilə kvintanın birləşməsindən yaranır 
X12 – xalis duodesima – pillə sayı 12 – tonu 9,5 tondur 
5)
Tersdesima X8 ilə sekstanın birləşməsindən yaranır 
K13 – kiçik tersdesima – pillə sayı 13 – tonu 10 tondur
b13 – böyük tersdesima – pillə sayı 13 – tonu 10,5 tondur
6)
Kvartdesima X8 ilə septimanın birləşməsindən yaranır 
K14 – kiçik kvartdesima – pillə sayı 14 – tonu 11 tondur
b14 – böyük kvartdesima – pillə sayı 14 – tonu 11,5 tondur
7)
Kvintdesima X8 ilə oktavanın birləşməsindən yaranır 
X15 – xalis kvintdesima – pillə sayı 15 – tonu 12 tondu 
İntervalların dönümü 
 
İntervalın dönümü intervalın əsasının, ya da zirvəsinin bir oktava yuxarı ya da aşağı 
aparılması nəticəsində yaranır.


Sadə intervalın əsasını saxlayıb zirvəsini bir oktava aşağı aparsaq və ya zirvəsini 
saxlayıb əsasını bir oktava yuxarı aparsaq sadə intervalın dönümü yaranır.
X1 →X8, K2→b7, b2→K7, K3→b6, b3→K6, X4→X5, X5→X4, K6→b3, b6→K3, K7→b2, 
b7→K2, X8→X1 dönür.
 
Mürəkkəb intervalın dönümü iki üsulla olur. Mürəkkəb intervalın eyni vaxtda əsasını bir 
oktava yuxarı, zirvəsini bir oktava aşağı apardıqda mürəkkəb intervalın dönümünü verir. İkinci 
üsulda mürəkkəb intervalın əsasını saxlayıb zirvəsini iki oktava aşağı və ya zirvəsini saxlayıb 
əsasını iki oktava yuxarı apardıqda mürəkkəb intervalın dönümü yaranır. Mürəkkəb interval sadə
intervala dönür. 
K9→b7, b9→K7, K10→b6, b10→K6, X11→X5, X12→X4, K13→b3, b13→K3, K14→b2, 
b14→K2, X15→X1 dönür.
 
İntervalın dönüm sayı 9 bərabərdir. Böyük interval kiçiyə, kiçik interval böyuk intervala
xalis interval xalis intervala, artırılmış interval əskidilmış intervala, əskidilmış interval artırılmış 
intervala dönür.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin