«انه ثبت ان الناس استمتعوا و عن علی بن ابی طالب و عمران بن حصین و ابن عباس و جماعة من التابعین والصحابة انهم قالوا بجوازه». “Sübut olunmuşdur ki, camaat mütə nikahı etmişlər. Əli ibn Əbi Talibdən (əleyhis-səlam), İmran ibn Hüseyndən, İbn Abbasdan, tabein təbəqəsindən olan bir qrupdan və səhablərdən nəql olunmuşdur ki, onlar mütə nikahının caizliyinə etiqad bəsləmişlər.”301 Bütün bunlar iki məzhəb alimləri və böyük şəxsiyyətləri tərəfindən tabeinin mütə nikahı barəsindəki fikirləri haqqında əhəmiyyət daşıyan nöqtələrdir. Biz bu haqda külliyyatı söyləməklə kifayətlənir və daha ətraflı tədqiq üçün bu şəxslərin barəsində bir-bir söhbət açırıq. Hədəfimiz budur ki, tabeinin də Əhli-beytin (əleyhimus-səlam) kənarında və peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrilə birgə mütə nikahının halallığına etiqad bəslədiklərini və bir çox hallarda bu nikah növündən istifadə etdiklərini göstərək. Nəzərinizə çatdırmaq lazımdır ki, əgər tabein və Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) peyğəmbəri görməyən şəxslər nikah ayəsini “ila əcəlin müsəmma” cümləsiylə birgə oxumuşlarsa, bu onların mütə nikahının halallığına etiqad bəslədiklərini göstərir. Çünki mütə nikahı peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən nəsx olsaydı, nikah ayəsini “ila əcəlin müsəmma” ilə və ya bu cümləsiz oxumağın heç bir fərqi olmazdı. Əks halda deməliyik ki, bu cümlə Quranın bir hissəsidir və bu şəxslər Quranın təhrif olunmaması üçün ayəni “ila əcəlin müsəmma” ilə qiraət etmişlər.
1. Səid ibn Cübeyr Səid ibn Cubeyr tabein sinfinin görkəmli şəxsiyyətlərindən və tanınmış təfsir alimlərindəndir. Mütə nikahı haqqında tabeindən bizə çatan faktlardan məlum olur ki, Səid ibn Cübeyr mütə nikahını halal bilirmiş. Sünni və şiə alimləri o cümlədən Təbərsi302, Bəlaği303, Seyid Əbdülhüseyn304, Təbəri305, Cəlaləddin Siyuti306, Əbu Həyyan307, İbn Kəsir308, Səyləbi, Hakim Nişapurinin309 yazdıqlarına görə Səid ibn Cübeyr mütə nikahı ayəsini həmişə “ila əcəlin müsəmma” cümləsi ilə birlikdə oxuyar və onunla təfsir edərdi. Səid ibn Cübeyrin və ya hər hansı bir şəxsin bu ayəni “ila əcəlin müsəmma” cümləsi ilə birlikdə oxuması bu mətləbi çatdırır ki, bu ayə mütə nikahı haqqında nazil olmuş və heç bir ayə onu nəsx etməmişdir. Çünki ayə nəsx olsaydı bu böyük şəxsiyyətlərin onu “ila əcəlin müsəmma” cümləsi ilə birgə və ya bu cümləsiz oxumalarının heç bir mənası qalmazdı. Əllamə Təbatəbai310 və İbn Həcər kimi tanınmış alimlər bu faktı təsdiqləmişlər. İbn Həcər yazır: