«و الظاهر ان نکاح المتعة لا يندرج تحت قوله (فمن ابتغی وراء ذلک) لانها ینطلق علیها اسم زوجة» “Zahir budur ki, müvəqqəti nikah “fəmən ibtəğa vəraə zalik” başlığına daxil olmur. Çünki siğə edən bir qadın da həyat yoldaşı adlanır.”394 Bütün bunlardan sonra necə iddia etmək mümkündür ki, müvəqqəti nikah bağlamış qadın kişinin arvadı hesab edilmir?
Mümkündür, etiraz etsinlər ki, müvəqqəti nikah bağlamış qadın kişinin arvadı sayılsaydı, “talaq”, “irs” və “nəfəqə” ayələrinə də daxil olardı. Indi ki, bu ayələrə aid edilməmişdir, deməli zövcə sayılmır. Bu etirazın cavabında demək lazımdır ki, bu ayələr, yəni talaq, irs və nəfəqə ayələri sair ehkam ayələri tək "təxsis" (müəyyən məqsəd üçün ayırmaq və istisna etmək) və "təqyid"siz (qeydə almaq, qeyd etmək) deyildir. Irs və talaq ayələri mürtəd qadın haqqında "təxsis" (istisna) edilmişdir. Belə ki, bu qadın nə irs götürür nə də ərindən ayrılanda talaqa ehtiyac olur. Habelə talaq ayəsi kişi və ya qadında eyb aşkar edilən, əqdi pozmaq mümkün olan haldan da "təxsis" edilmişdir. Yəni talaq üçün hər iki tərəfin razılığına ehtiyac yoxdur və bu eyblər əqdin pozulması üçün kifayətdir. Həmçinin qadının nəfəqəsini (xərcliyini) vacib edən ayə qadın öz ərinin sözünə baxmayanda , inadkarlıq və dikbaşlıq edən hallarda istisna edilmişdir. Bu halda kişi qadının nəfəqəsini verməyə bilər. Bütün bu təxsislərlə nə üçün müvəqqəti əqd təxsisə alınmasın.395 3) "Muminun" və "Məaric" surələrinin ayələrində buyurulmuş “vəlləzinə hum lifurucihim hafizun illa əla əzvacihim...” cümləsi mütə nikahını isbat etmək üçün ən möhkəm dəlillərdəndir. Bu ayələrin mütə nikahının halallığına aid ifadəsi digər ayələrdəkindən daha güclüdür. Çünki İslam alimləri hamılıqla bu ayələrin “möhkəm” olub nəsx edilmədiyini və Məkkə şəhərində nazil olduğunu vurğulamışlar. Nəqllərə əsasən həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütəni caiz (halal) bilməsini qəbul etmək zəruridir. Əgər mütə bağlamış qadın zövcə sayılmasaydı peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) bu işə icazə verməsi qəti və aydın surətdə bu ayələrin nəsxi kimi qələmə verilə bilərdi. Bu ayələrin nəsx olunmaması barədə alimlərin yekdil rəylərindən belə nəticə cıxarmaq olar ki, mütə əqdində də zövciyyət ( ər- arvadlıq) qanunidir. Habelə "Muminun" və "Məaric" surələrinin ayələri mütə nikahın isbatı üçün kamildirsə bu halda peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahını nəsx etdiyi iddia olunan bütün hədislər etibarsız sayılmalıdır.396 Bu bəyanla məlum olur ki, alimlərin nəzərində mütə ayəsinin göstərilmiş ayə vasitəsilə nəsx olunduğunu iddia edən bu etiraz və iradlar qaneedici deyil. Bu kimi dəlillərlə sadəcə adi camaatı aldatmaq olar.