Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


«ان فقد المیراث لیس علامة لفقد الزوجیة لان الزوجة الذمیة و الامة و القاتلة لا یرثن و هن زوجات»



Yüklə 1,13 Mb.
səhifə68/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   64   65   66   67   68   69   70   71   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

«ان فقد المیراث لیس علامة لفقد الزوجیة لان الزوجة الذمیة و الامة و القاتلة لا یرثن و هن زوجات»
“Irsin olmaması zövciyyətin (ər-arvad olmağın) aradan qalxması demək deyil. Çünki zimmi405 həyat yoldaşı, kəniz və ərini qətlə yetirən qadına irs düşmür. Bir halda ki, bunlar hayat yoldaşı sayılırlar.”406
4) Mütə nikahının nəsxini bu nikah növündə kişi və qadın arasında irsin olmamasından istifadə edərək iddia edən şəxslər, özləri bir hədisə407 istinad etmişlər ki, bu hədisin məzmununa əsasən peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) arvadları və övladlarına o həzrətdən irs yetişmir. Bu minvalla peyqəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zövcələri də gərək o həzrətin həyat yoldaşları sayılmasınlar. Onların fikrincə, zövcə əgər zövcədirsə, ərindən ona irs yetişməlidir.
Bu sahədə müzakirələrdən sonra aydın oldu ki, həmin ayə də qətiyyən mütə nikahı ayəsini nəsx edə bilməz.
Dördüncü dəlil: "Nikah" ayəsi
«وَ أَنْكِحُوا الْأَيامى‏ مِنْكُمْ وَ الصَّالِحينَ مِنْ عِبادِكُمْ وَ إِمائِكُمْ إِنْ يَكُونُوا فُقَراءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ وَ اللَّهُ واسِعٌ عَليمٌ»
Aranızda olan subayları, saleh qullarınızı və kənizlərinizi evləndirin! Əgər onlar yoxsuldurlarsa, Allah öz fəzl-kərəmi ilə onları varlı edər. Allah geniş rəhmət və elm sahibidir.” 408
Mütə nikahı ayəsinin nəsx olunduğunu iddia edənlər bu ayənin nəsxi üçün mütə ayəsinə də istinad etmişlər. Onların iddiasına əsasən, daimi nikah ayəsi müvəqqəti nikah ayəsini nəxs etmişdir. Çünki daimi nikahın özünəməxsus qayda-qanunları var. Müvəqqəti nikahda bu qayda-qanunlar yoxdur. Bundan belə nəticə almaq olar ki, mütə nikahı ayəsi bu ayə vasitəsilə nəxs olunmuşdur.409
Mütə ayəsinin nəsxini isbat etmək üçün bu ayənin istinadla bağlı bir neçə iradı vardır.
1) Keçən söhbətlərimizdə qeyd etdiyimiz kimi bu kimi təfsirlərin mənası budur ki, daimi nikah tarixi baxımdan müvəqqəti nikahdan daha sonra şəriət qanununa çevrilmişdir. Bununla da peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və əshabının qurduqları ailələr müvəqqəti nikah əsasında təşkil olunmuşdur. (Bu da heç kəsin qəbul etmədiyi bir məsələdir.)
2) Quranın Məkkə şəhərində nazil olmuş ayələrinə nəzər salsaq bu nəticəyə gələ bilərik ki, daimi nikah növü İslamdan öncə də mövcud idi və İslam dininin ilk çağlarında Qurani-Kərim tərəfindən təsdiq və imza olundu.410 Lakin müvəqqəti nikahı həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hicrətindən sonra Mədinə şəhərində "Nisa" surəsinin 24-cü ayəsi vasitəsilə təsdiq və qəbul olundu.411
Bütün bunları nəzərə alsaq necə iddia edə bilərik ki, daimi nikah müvəqqəti nikahı nəsx etmişdir? Əgər onlar daimi nikaha aid olan xüsusiyyətləri nəzərdə tutmuş və bu xüsusuyyətlərin müvəqqəti nikahda "təxsis" edildiyini əsas götürmüşlərsə, keçən söhbətimizdə bunun cavabını qeyd etmişdik.
Bu arada mütə nikahının bəzi müxalifləri bir necə qadınla evlənmək məsələsinə toxunan Quran ayəsinə də istinad etmişlər. Bu barədə bir neçə söz deməyi məqsədəuyğun bilirik.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin