Altıncı dəlil: "Təhrim" (haram etmə) ayəsi «حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهاتُكُمْ وَ بَناتُكُمْ وَ أَخَواتُكُمْ وَ عَمَّاتُكُمْ وَ خالاتُكُمْ وَ بَناتُ الْأَخِ وَ بَناتُ الْأُخْتِ وَ أُمَّهاتُكُمُ اللاَّتي أَرْضَعْنَكُمْ وَ أَخَواتُكُمْ مِنَ الرَّضاعَةِ وَ أُمَّهاتُ نِسائِكُمْ وَ رَبائِبُكُمُ اللاَّتي في حُجُورِكُمْ مِنْ نِسائِكُمُ اللاَّتي دَخَلْتُمْ بِهِنَّ فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلا جُناحَ عَلَيْكُمْ وَ حَلائِلُ أَبْنائِكُمُ الَّذينَ مِنْ أَصْلابِكُمْ وَ أَنْ تَجْمَعُوا بَيْنَ الْأُخْتَيْنِ إِلاَّ ما قَدْ سَلَفَ إِنَّ اللَّهَ كانَ غَفُوراً رَحيماً» "Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan qızları(ögey qızlarınız ilə evlənmək) haram edilmişdir. Onlarla yaxınlıq etməyibsinizsə, onların ( boşanandan və ya öləndən sonra ) qızları ilə evlənmək günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haram edilib. Ancaq keçmişdə olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayan və mehribandır."416 Mütə nikahının nəsxi barəsində söhbətlərdə mütə nikahının nəsxini iddia edənlərin əsas dəlillərindən biri də yuxarıdakı ayədir. Bunların fikrincə, Allah-taala "Nisa" surəsinin 23-cü ayəsinin əvvəllərində ana və bir çox digərləri ilə evlənməyi haram etmişdir. Bunun ardınca müvəqqəti evliliyi də haram buyurmuşdur. Ona görə ki, müvəqqəti evlilik də bu haram olunmuşlar sırasında yer tutmuşdur.417 Mütə nikahının nəsxini isbat etmək üçün bu ayəyə də istinad etmək bir neçə baxımdan nöqsanlıdır.
1) Mütə ayəsi təhrim ayəsinin ardınca özünə yer tutmuş və bununla da hər iki ayə bir tam olaraq cəmlənmişdir. Onların hissələri bir-birinə bağlı və əlaqədardırlar. Bu halda necə təsəvvür etmək olar ki, mütə ayəsi "Təhrim" ayəsindən qabaqdadır. Necə mümkündür ki, bir məzmunda söz danışan (nitq söyləyən) insanın sözünün əvvəli axırını nəsx etmiş olsun?418 2) Müvəqqəti nikahın ayədəki nəsxi qəti (aşkar) deyildir. Hətta bu barədə işarə də yoxdur. Bu şərif ayənin bəyan etmək istədiyi yeganə mətləb bəzi kişilərlə evlənə bilməyəcək (evlənmələri haram olan) qadın sinfidir. Axırda isə bəyan edilir ki, bu sinifdən olmayan qadınlarla evlənməyin eybi yoxdur. Əgər kənizdirlərsə onları almağa icazə verilmişdir. Müvəqqəti evlilik isə yuxarıda deyilənlərə görə bir nikah növüdür. Habelə təhrim və mütə ayələrinin məzmunlarında fərq və ziddiyyət mövcud deyil ki, onların birinin digərini nəsx etməsi mümkün olsun.419 Gördüyünüz kimi, sözü gedən ayə mütə ayəsinin nasixi (nəsx edəni) ola bilməz. Çünki deyildiyi kimi ayənin əvvəli istisna edilmiş (müstəsna minhu) hissədir. Bu hissənin ayənin axırı, yəni istisna olunmuş (müstəsna) hissə vasitəsilə nəsx olunması mümkün deyildir. Beləcə deyilən iddiaların əhəmiyyətsiz və zəif olması qarşıya çıxır. Indi isə mütə nikahının əleyhdarlarınin öz iddialarını isbat etmək üçün istinad etdikləri axırıncı ayəni açıqlayıb onu tədqiq və təhlil etmək istəyirik.