Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


«تحریم المتعة کالاجماع الا عن بعضی الشیعة»



Yüklə 1,13 Mb.
səhifə78/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   74   75   76   77   78   79   80   81   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

«تحریم المتعة کالاجماع الا عن بعضی الشیعة»
Mütə nikahının haramlığı bəzi şiələrdən başqa hamı tərəfindən yekdil rəylə qəbul olunmuş məsələlərdən biridir.463
Əhli sünnənin digər alimi Əyaz yazır:
«ثم وقع الاجماع من جمیع العلماء علی تحریمها الا الروافض»
Sonra, alimlər yekdil rəylə mütə nikahının haramlığını qəbul etmişlər. Yalnız (rafiziləri) şiələri istisna etmək olar.464
Göründüyü kimi, bunlar mütə nikahının haramlığı barəsində öz müddəalarını sübut etmək üçün icmanı da dəlil saymışlar. Biz bu icmanın dəyər və gerçəkliyini aydınlaşdırmaq üçün bir neçə mətləbə toxunmaq istəyirik.
Bu icma (yekdil rəy) bir neçə cəhətdən qüsurludur:
1) Keçən söhbətlərimizdə qeyd etdiyimiz kimi, əhli-sünnənin tanınmış alimləri, o cümlədən Abdullah ibn Qudamə, Tərtusi, İbn Həzm, Əbu Həyyan və başqaları demişlər ki, Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Məsud, Abdullah ibn Abbas, İmran ibn Həsin, Əbubəkrin qızı Əsma kimi görkəmli səhabələr və Səid ibn Cübeyr, Mücahid, Tavus, Əta kimi tabeinlər, habelə alimlərdən İbn Cüreyc, İbn Aşur, Əhməd ibn Hənbəl və həmçinin Əhli-beytlə (əleyhimus-səlam) birgə onların şiələri mütə nikahının halallığına etiqad bəsləmişlər. Bu kimi insanların adları mütə nikahını halal bilənlərin sırasında çəkilərkən necə demək olar ki, ümmətin bu nikahın haramlığı barəsində yekdil rəyi vardır? Məgər Əhli-beyt (əleyhimus-səlam), onların şiələri, adı çəkilən peyğəmbər səhabələri və tabeinlər bu ümmətdən deyilmi?
2) Onlar iddia edirlər ki, Ömər mütə nikahını qadağan edən zaman heç kəs etiraz etmədi. Bu, açıq-aydın bir yalandır. Çünki bu məsələdə səhabələrdən Ömərə etiraz edən var idi. Lakin Ömərin səhabələrlə davranışı o qədər sərt idi ki, İmran ibn Səvad465 kimi səhabələr ona mütə nikahı barəsində nəyisə xatırlatmaq istəyəndə o, öz şallağını göstərib öz əsl sifətini nümayiş etdirirdi. Belə ki, onun oğlu Abdullahın nəql etdiyi rəvayətlər də bu həqiqəti aydın şəkildə meydana çıxarır. Bir hədisdə Abdullah ibn Ömərə deyirlər ki, İbn Abbas mütə nikahını halal, siz isə onu haram bilirsiniz. Abdullah ibn Ömər bu şəxsin cavabında deyir: "Nə üçün İbn Abbas Ömərin xilafəti zamanı dil açıb bunları söyləmir və belə fitva vermirdi?"466 (Çünki o, bilirdi ki, bu fitvasına görə Ömər onu cəzalandıracaq.) Lakin bu şəraitdə də peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) böyük səhabəlrindən Əli (əleyhis-səlam), Abdullah ibn Məsud, İmran ibn Həsin və başqaları hər iki mütə barəsində öz etirazlarını Ömərə bildirdilər. Hərçənd onların "əmr bil-məruflar"ı Ömər və tərəfdarlarına təsir etmədi.
3) İcma əgər məsum insanın (peyğəmbər və ya imam) sözündən irəli gəlməzsə heç bir etibara malik deyildir. Keçən söhbətlərdə aydın oldu ki, həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında və ondan sonra Ömərin xilafətinin bir hissəsinə qədər mütə nikahının haramlığından söhbət belə getməmişdir. Biz Allah kitabı və həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qəti sünnəsini bir qrup xətadan və səhvdən məsum olmayan insanın fitvasına əsasən nəsx edə bilərikmi? Əgər bu mümkün olarsa, Quranın bütün hökmlərinin və isbat olmuş sünnənin nəsx olunması da mümkün olmalıdır. Bunun mənası belədir ki, namazın, orucun və ya həccin vacibliyinin müctəhidlərin nəzərləri və rəylərinə əsasən nəsx edilməsinin mümkünlüyünü qəbul edirik. Şübhəsiz, heç bir müsəlman bunu qəbul edə bilməz.467
4) Əgər doğrudan da icma mövcud olmuşsa, səhabələr və tabeindən sonra əhli-sünnə alimləri arasında olmuşdur.( Şiə alimləri və əhli sünnədən olan bəziləri bu icma ilə yekdil deyillər. Bu sözü Əyazın və Xətabinin ifadələrindən başa düşmək olar.) Burada bir sual meydana çıxır ki, ixtilafdan sonra baş verən icma keçmiş ixfilafı aradan qaldırırmı? Bu suala əhli-sünnə alimlərinin əksəriyyəti, o cümlədən Qazi Əbubəkr Baqilani mənfi cavab vermişlər. Ona görə də bu icma səhabə və alimlər arasında olan keçmiş ixtilafı aradan aparmağa qadır deyildir.468
Deyilənlərdən aydın oldu ki, mütə nikahının "nəsx" və ya "təhrim" iddiaçılarının irəli atdıqları icma heç bir halda mütə nikahını haram etməyə qadir deyildir.
Nəticə
Bu fəslin birinci hissəsində müvəqqəti nikahın tərəfdarlarınin əsaslandıqları dəlillərlə tanış olduq. Belə ki, bu nikahla müvafiq olanlar onun isbatı üçün müxtəlif dəlillərə, o cümlədən "Nisa" surəsinin 24-cü ayəsinə, məsumların hədislərinə, icmaya və əqli dəlillərə əsaslanmışlar. Bu arada sözü gedən dəlillərin izahı da verildi. Ikinci hissədə isə mütə nikahının müxaliflərinin dəlilə, araşdırdıq. Dedik ki, bu nikahın müxalifləri onun nəsxini isbat etmək üçün bir neçə dəlillərə o cümlədən Quran ayələrinə, hədislərə və icmaya əsaslanmışlar. Biz onların dəlillərini tədqiq və təhlil etdik. Aydı oldu ki, mütə nikahının müxaliflərinin göstərdiyi dəlillər kamil deyil. Onlara istinad etmək elmi çərçivədən kənardır.



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin