Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə79/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   75   76   77   78   79   80   81   82   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

Beşinci fəsil
Şübhə və şayiələrə cavablar
Mütə nikahının haram olduğunu deyənlər Quran ayələri və hədislər vasitəsilə mütə nikahının nəsxini isbat edə bikmədikləri üçün bu nikah barəsində şübhə yaratmağa əl atmış və bəzi vaxtlar da şayiələr yaymağa başlamışlar. Bu şübhələr elmi və məntiqi əsasa malik olmasalar da, biz bu sahədəki söhbətlərimizi tamamlamaq üçün sözü gedən şübhə və şayiələrə cabab vermək qərarına gəldik. Ona görə də bu hissədə söhbətlərimizi davam etdiririk.
Birinci şübhə
Allah-taala "Nisa" surəsinin 24 və 25-ci ayələrində buyurmuşdur:
«واحل لکم ماوراء ذلکم ان تبتغوا باموالکم محصنین غیر مسافحین، فمااستمتعتم به منهن فآتوهن اجورهن فریضة، و لاجناح علیکم فیها تراضیتم به من بعد الفریضة، انّ الله کان علیماً حکیما و من لم یستطع منکم طولا ان ینکح المحصنات المومنات فمن ما ملکت ایمانکم من فتیتکم المومنات ..»
"Bunlardan (bu deyilmiş qadınlardan) ayrılarını, iffətli şəkildə və zinakarlığa yol vermədən, mallarınızla onlarla evlənmək istəməyiniz halal edilmişdir. Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! Məhriyyə müəyyən ediləndən sonra, bir-birinizin (məhriyyənin və ya müddətinin azaldılması və ya çoxaldılması barədə ) razılaşmağınızın günahı yoxdur. Həqiqətən, Allah elm və hikmət sahibidir. Sizdən azad və mömin qadınlarla evlənməyə maddi imkanları çatışmayanlar, malik olduqları mömun qızlardan (cariyələrdən) alsın."469
Allah-taala "fəməstəmtum bihi minhunnə" ayəsində buyurmuşdur ki, hər kəs bir qadınla cinsi yaxınlığa girərsə, mehriyənin hamısını ona ödəməlidir. Lakin cinsi yaxınlıq olmadan talaq verilən qadın fərqlidir. O, cinsi istəkləri ödəmədiyindən mehriyənin yarısı ona ödənməlidir.
Bu ayə həmin surənin 21-ci ayəsi kimidir. Allah-taala bu ayədə buyurur:
«و کيف تأخذونه و قد افضی بعضکم الی بعض و اخذن منکم میثاقا غلیظا»
"Siz onu necə geri ala bilərsiniz? Bir halda ki, vaxtilə bir-birinizlə bərabər yaşayıbsınız və onlar sizdən kəsgin təminat almışlar."470
Bu ayədə Allah-taala "ifza"nı (bəhrələnmək, cinsi yaxınlıq) əqdlə birgə qərar vermişdir ki, mehriyə ödənməsinə səbəb olsun. Bu da aydın şəkildə göstərir ki, istimtadan (cinsi bəhrələnmək) sonra mehriyə (başlıq) ödənməsi müvəqqəti nikaha xass bir iş deyil. Belə ki, daimi nikahda da yaxınlıqdan (duxul) sonra onu kamil şəkildə ödəmək vacibdir. Ona görə də buyurur ki, "ifza"dan sonra mehriyəni onlardan geri almayın. Bu səbəbdən bu ayəyə istinadən desək ki, ayədə yaxınlıqdan sonra mehriyənin ödənməsi vacib edilmiş, amma şəriət baxımından daimi nikahda nəzərdə tutulmamışdır, məntiqə uyğun olmaz.471
Bu şübhənin bir neçə iradı vardır:
1) Bu ki, mütə ayəsində istimta (cinsi bəhrələnmək) mehriyə vermək üçün şərt sayılmış və buyurulmuşdur ki, bir qadından cinsi bəhrə aparsanız, onun haqqını vermək sizə vacibdir. Bir halda ki, daimi əqddə "istimta" şərt deyildir. Bir kişi bir qadınla daimi olaraq əqd bağlayanda əqd oxunub qurtaran kimi onun mehriyəsi kişinin boynuna gəlir. Belə ki, onlar arasında cinsi yaxınlıq baş verərsə mehriyənin hamısını verməlidir, əgər baş verməzsə yarısını verməlidir.472 Bununla da, iki nikah arasındaki fərq kamil şəkildə bəyan olunur. Ona görə də müvəqqəti nikahda mehriyə və ya başlıq "istimta" ilə bağlıdır. Yəni cinsi yaxınlıq baş verərsə qadının mehriyəsi verilməlidir. Lakin daimi nikahda kəbin (əqd) oxunub qurtaran kimi mehriyənin ödənməsi kişiyə vacibdir.
"Nisa" surəsinin 20-ci ayəsi bu mətləbi bəyan etmək istəyir ki, əgər bir kişi bir qadınla yaxınlıq edərsə, ondan ayrılmaq istəyən vaxt qadından mehriyəni alması düzgün deyildir. Ona görə ki, bu barədə nazil olan ayələr əsasında473 bəyan olunmuşdur: Yaxınlıqdan öncə ayrılmaq istəsəniz, mehriyənin yarısını ödəməlisiniz. Amma əgər yaxınlıqdan sonra olarsa, mehriyə almaq əsla düzgün deyil. Çünki yaxınlıqdan (duxul) sonra olan mehriyənin hamısı qadına aiddir. Şübhə yaradan şəxsin səhvi bundan ibarətdir ki, o, daim və müvəqqəti nikahda olan mehriyələr arasında yaranma (meydana gəlmə) və qalma (davam etmə) baxımından fərq qoymamışdır. Yəni irəlidə qeyd etdiyimiz kimi müvəqqəti nikahdakı mehriyə həm yaranma, həm də qalma baxımından siğə olunan qadından cinsi bəhrələnmədən asılıdır. Əgər mütə edən şəxs qadından bəhrələnməsə və istimta etməsə mehriyənin verilməsi vacib olmur. Lakin daimi nikahda mehriyənin verilməsi yaranma baxımından istimtaya bağlı deyil. Bu nikahda mehriyə əqdin icrası anından lazım olur. Amma ayrılıq zamanı onlar arasında yaxınlıq baş verdiyinə baxılır. Əgər yaxınlıq baş veribsə, qadından mehriyənin alınması caiz deyildir. Habelə əgər yaxınlıq (duxul) baş verməmişsə mehriyənin yarısını qadından ala bilər. Aydın olur ki, daimi əqddə kamil mehriyənin qadının əlində qalması yaxınlığın baş verməsindən asılıdır. Lakin mehriyənin yaranması və ya vacib olması müvəqqəti nikahdan fərqli olaraq əqdin (kəbin) icrası ilədir.
2) Buna da göz yumsaq, ayədən (mütə ayəsi) öncəki ayələr mehriyə ödəməyin vacibliyini bütün şəraiti ilə kamil və ətraflı şəkildə bəyan etmişdir. Belə ki, bunları digər ayələrdə təkrar etməyə ehtiyac duyulmurdu. Öncəki ayədə buyurur: "و آتواالنساء صدقاتهن نحله..." – Qadınların mehriyələrini könüllü şəkildə verin. 474
Və ya buyurmuşdur:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin