Beşinci hədis Mütə nikahının haramlığını iddia edənlər öz iddialarını isbat etmək üçün Zeyd ibn Xalid Cuhənidən nəql olunan bir hədisə də əsaslanmışlar. Bu hədisdə mütə nikahının, əhliləşmiş ulaqların ətinin, habelə caynaqlı yırtıcı heyvanların ətinin haram olunmasından söhbət açılmışdır. Hədis belədir:
«عن موسی بن عبیدة الربذی اخبرنی ایوب بن خالد عن زیدبن خالد الجهنی قال: کنت انا و صاحب لی نما کس امرأة فی الاجل و تماکسنا، فأتنا آت فاخبرنا انّ رسول الله (صلی الله علیه و آله و سلم) حرم نکاح المتعة، و حرم اکل کل ذی ناب من السباع،و الحمر الانسیة» Musa ibn Ubeydə Rəbəzidən... Zeyd ibn Xalid Cuhənidən nəql olunur ki, belə dedi: “Mən dostumla birgə bir qadınla müvəqqəti evlilik barəsində sövdələşirdik. Belə ki, iki tərəfin razılığına da yetişmişdik. Bu an birisi gəlib bizə dedi ki, Allahın rəsulu mütə nikahını, caynağı olan yırticıların ətini və əhliləşmiş uzunqulaq ətini yeməyi haram buyurmuşdur.”459 Bu hədisin də bir neçə cəhətdən qüsurları vardır.
1) Hədisin sənədində Musa ibn Ubeydə Rəbəzinin adı çəkilir ki, rical alimləri hamılıqla onu “zəif” tanıtdırmışlar.460 Biz bu “zəif” ravi barəsində keçmişdə danışdığımız üçün yenidən bu barədə söhbət açmaqdan vaz keçirik.
2) Bir çox hədislərdə caynağı olan yırticıların ətini və əhliləşmiş uzunqulaq ətini yemək haram buyrulmuş, mütə nikahı barəsində isə heç bir söz deyilməmişdir. Əbu Səyləbənin nəql etdiyi hədis buna misal ola bilər. Bu hədislərdə yalnız bu iki işin haramlığı vurğulandığından461 bu nəticəyə gəlmək olar ki, mütə məsələsini başqaları sözügedən hədislərə artırmışlar. Görəsən mümkündürmü ki, ravilər dəfələrlə bu hədisi nəql etsinlər və mütə məsələsini yaddan çıxartsınlar, bu məsələyə kiçicik işarə belə etməsinlər. Bu göstərir ki, burada təhrif baş vermişdir. Belə ki, mütə nikahının haram olunması bu və ya digər hədislərdə xüsusi fərdlər tərəfindən artırılmışdır.
Bu araşdırmalarla nəticəyə gəlmək olar ki, bu hədislər də səhih deyil və Quran ayələrinə və hədislərə qarşı dəlil ola bilməz.
Icma Təhrim müddəaçıları mütə nikahının haram olunduğunu isbat etmək üçün icmanı (alimlər arasında olan yekdil rəy) bir dəlil kimi əsas götürmüşlər. Onların fikrincə, həzrət peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu nikahı haram buyurduqdan sonra səhabələrin və tabeinlərin hamısı mütə nikahının haramlığına etiqad bəsləmişlər. Ona görə də Ömər mütə nikahını qadağan edəndə səhabələrdən heç biri ona etiraz etmədən bu qadağanı qəbul etdilər.462 Əhli-sünnə alimi Xəttabi bu barədə yazır: