"Təhrim" hədisləri Mütə nikahının təhrimi üçün istinad olunan və mütə nikahının nəsxi üçün möhkəm dəlil hesab olunan hədis Rəbi ibn Səbrənin öz atasından nəql etdiyi hədisdir. Hərçənd bu hədisdə müvəqqəti nikahın qadağan olunması barədə bir soz gözə dəymir. Lakin biz bu hədisi daha artıq tədqiq etmək üçün ilk növbədə hədisi nəql edirik. Nəqldən sonra, inşaallah, onun barəsində söhbət edəcəyik.
Birinci hədis «عن قتيبه بن سعید حدثنا لیث عن الربیع بن سبره الجهنی عن ابیه عن سبره انه قال اذن لنا رسول الله (صلی الله علیه و آله و سلم) بالمتعة فانطلقت انا و رجل الی امرأة من بنی عامر کانها بکرة عیطاء فعرضنا علیه انفسنا فقالت ما تعطی فقلت ردائی و قال صاحبی ردائی و کان رداء صاحبی اجود من ردائی و کنت اشب منه فاذا نظرت الی رداء صاحبی اعجبها و اذا نظرت الی اعجبتها ثم قالت انت و رداءک یکفینی فمکثت معها ثلاثا ثم ان رسول الله (صلی الله علیه و آله و سلم) قال من کان عنده شی من هذه النساء التی یتمتع فلیخل سبیلها» Quteybə ibn Səiddən o da Leysdən o da Rəbi ibn Səbrədən o da atasından belə nəql edir: "Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) Məkkə fəthində bizə mütə etməyə icazə verdi. Mən öz qəbiləmdən olan bir kişi ilə bu səfər əsnasında Mədinədən kənara çıxdıq. Qarşımıza bir kəniz çıxdı. O, bakirə və gözəl idi. Ona dedim:
- Bizin ikimizdən birinin səni mütə etməyini istəyirsənmi?
- Qarşılığında nə verəcəksiniz? – deyə o bizdən soruşdu.
Mən ona öz ridamı435 təklif etdim. Yoldaşım da öz ridasını vermək istədiyini bildirdi. Yoldaşımın ridası mənimkindən yaxşı idi. Lakin mən ondan daha cavan idim. Yoldaşımın ridasınını bəyənən qadının, digər tərəfdən də məndən xoşu gəlirdi. Sonra üzünü mənə tutub:
- Sən və ridan mənə bəsdir,- deyə cavab verdi.
Mən üç gün onun yanında qaldım. Sonra peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Hər kəsin yanında belə siğə olunmuş qadın varsa, onu azad etsin."436 Bu hədis bir neçə cəhətdən nöqsanlıdır.
1) Bu və bütün buna bənzər hədislər Rəbi ibn Səbrə ilə sona yetir. Belə ki, bu hədis səhih olan təqdirdə "vahid xəbər" sayılır. Ona görə ki, bu hədis yalnız bir fərd tərəfindən nəql olunmuşdur.
2) Burada meydana çıxan sual bundan ibarətdir ki, nə üçün Səbrədən başqa peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) digər səhabəsi bu hadisəni nəql etməmişdir. Görəsən yalnız Səbrə bu hadisədə Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə birgə iştirak etmişdir? Bu mümkün deyildir. Çünki peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri hər şəraitdə onun yanında idilər. Belə ki, onların bəzilərinin bəzi hallarda olmaması mümkündür. Amma bu o demək deyil ki, həmin hadisədə səhabələrdən heç kim Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə birgə olmamışdır.
3) Bu hədisin ravilərindən olan Umarə ibn Qəziyyəni hətta əhli sünnə alimləri də "zəif" adlandırmışlar. İbn Həzm və digər alimlər demişlər: "Umarə "zəif" bir ravidir."437 İbn Həbban da bu qənaətə gəlmişdir ki, onun səhvi çox olmuşdur.438 4) İbn Qəyyim demişdir ki, əgər soruşsalar ki, Müslim öz "Səhih"ində ("Səhihi-Müslim") Cabir ibn Abdullahdan nəql etdiyi hədisə nə deyirsiniz? Belə ki, Cabir demişdir: " Biz bir ovuc xurma və ya un müqabilində Allahın rəsulu və Əbubəkrin zamanında mütə edirdik. Belə ki, Ömər sonradan onu Əmr ibn Hüreysin işinə görə qadağan etdi." Həmçinin Ömər demişdir: Rəsullallahın (səlləllahu əleyhi və alihi və səlləm) zamanında iki növ mütə var idi ki, (yayılmışdı ki,) mən onların ikisini də qadağan edirəm: Qadın mütəsi və həcc mütəsi. Cavab bu olacaq ki, insanların bu barədəki fikirləri iki cürdür. Onların bir qrupu demişdir: Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) əmr etmişdir ki, raşidin xəlifələrin dediklərinə və qoyduqları qanunlara tabe olmaq lazımdır. Bu qrup insanlar Səbrənin Məkkənin fəthi ilində mütə nikahının haram olunması barəsində nəql etdiyi hədisi səhih bilmirlər. Çünki Əbdül-məlik ibn Rəbi ibn Səbrənin hədisi öz atasından və babasındandır. İbn Müin isə onu "zəif" adlandırmışdır. Buxari öz "Səhih"ində ona boyük ehtiyacı ola-ola ondan hədis nəql etməyi doğru bilməmişdir. Bir halda ki, o, islami üsuldan olan əsllərdən biri idi. Əgər onun hədislərinin içində səhihi olsaydı, Buxari hədisin nəqlindən və ona istinad etməkdən çəkinməzdi. Habelə demişlər ki, Səbrənin hədisi səhih olsaydı bu hədis İbn Məsudun gözündən yayınmazdı. O, bunların mütə etdiklərini nəql edər və mütə ayəsinə istinad edərdi. Həmçinin hədis səhih olsaydı Ömər deməzdi ki, mütə peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) zamanında halal idi, mən onu qadağan edirəm və bunun əleyhinə çıxanlara cəza verəcəyəm. Əksinə deyərdi ki, Allahın rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) onu haram etmişdir. Bundan əlavə demişlər ki, əgər bu hədis (Səbrənin hədisi) səhih olsaydı, Əbubəkrin zamanında mütə etməzdilər. Bir halda ki, o zamanda həqiqi və haqq xilafət var idi.439 Göstərdiyimiz nöqsanlar hədisin sənədində olan nöqsanlardır. Amma, bu hədisin mətnində də bir neçə nöqsan var.
1) Bu hədisin mətnində ziddiyyətlər var. Bir hədisdə nəql olunmuşdur ki, Səbrə belə dedi: "Bu hadisə və mütə nikahının qadağan olunması Məkkənin fəthində baş vermişdir"440. Digər bir rəvayətdə nəql edir: "Bu hadisə vida həccində441 baş vermişdir." Bundan əlavə Səbrə nəql etdiyi başqa hədisdə hadisənin baş verdiyi yerin adını qeyd etməmişdir.442 Eləcə də mütə təhriminin Xeybər, Övtas döyüşü, qəza ümrəsi və başqa məkanlarda baş verdiyini vurğulayan hədisləri də bunlara əlavə etsək, mütə nikahının yeddi və ya səkkiz dəfə nəsx olunduğunu qəbul etməliyik. Bu isə İslam şəriətində misli görünməmiş bir hadisə olacaqdır.
2) Müslim və digərlərinin nəql etdikləri hədisdə qadınla müvəqqəti evlənən Səbrə idi.443 Lakin Əhməd və başqalarının nəql etdikləri hədisdə həmin qadınla mütə bağlayan şəxs Səbrə deyil, onun yoldaşı idi.444 3) Tarixçilər Məkkənin fəthində baş verən bütün hadisələri təfərrüatı ilə qələmə almışlar. Xüsusilə də həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) xitabəsini və onun şəriət məsələlərini bəyan etməsini dəqiqliklə qeyd etmişlər. Amma bu yazıların heç birində mütə nikahının qadağan edilməsi barədə bir söz gözə dəymir.445 Müslim və digərlərinin nəql etdikləri hədisdə Allahın rəsulu buyurmuşdur: "Hər kəsin siğə qadını varsa, onu azad etsin." Lakin bu hədislərin bəzilərində həzrət peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) deyir: "Bu andan etibarən mütə haramdır". Hədisdə olan uyğunsuzluqan bu qənaətə gəlmək olar ki, (hədisin səhih olduğunu fərz etsək) Allahın rəsulu xüsusi dəlillərə əsasən, səhabələr bir neçə gün mütədən istifadə edəndən sonra onlara bu nikahı tərgitməyi məsləhət bilmişdir. Belə ki, onların Məkkənin fəthindən sonra meydana çıxan yeni iş və problemlərlə məşğul olmaları lazım idi. Təbii ki, onlar haram işlə məşqul deyildilər.
Habelə bəzi hədislərdə olan təhrim hissəsinin mütənin müxalifləri tərəfindən mətnə yerləşdirilməsi ehtimalını da istisna etmək olmaz. Çünki Səbrənin nəql etdiyi və Müslimin də etimad etdiyi versiyada mütənin haram olunması gözə dəymir. Əgər fərzən təhrim hədislərini də qəbul etsək, yenə də təhrim iddiaçıları öz istəklərinə çata bilməyəcəklər. Çünki hədis bundan əlavə səhih və mütəvatir olmalıdır. Məlumdur ki, bu hədis mütəvatir deyildir. Buna görə ki, bir nəfər vasitəsilə nəql olunmuşdur və onun səhihliyi barəsində isə təfsilatı ilə söhbət etdik.
Bu bəyanlarla aydın oldu ki, təhrim iddiçılarının istinad etdikləri hədislər Quran ayəsi ilə sübut olmuş şəriət hökmünü nəsx etməyə qadir deyildir.