Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil



Yüklə 1,13 Mb.
səhifə75/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   71   72   73   74   75   76   77   78   ...   85
Müvəqqəti nikah (elmi araşdırma)

Ikinci hədis
Mütə nikahının haram olunması barədə təhrim iddiaçılarının istinad etdikləri digər hədis Abdullah ibn Ömərin rəvayətidir. Bu hədisdə Abdullah ibn Ömərdən mütə barəsində soruşulur. O, deyir: Allahın elçisi (səlləllahu əleyhi və alihi və səlləm) mütə nikahını haram buyurmyşdur. Hədis belədir:
«عن میمون بن زید عن عمربن محمد عن منصوربن دینار عن الزهری عن سالم عن ابن عمر انه سئل عن المتعه فقال: حرام فقیل ابن عباس لا یری بها بأسا فقال: و الله لقد علم ابن عباس انّ رسول الله (صلی الله علیه و آله و سلم) نهی عنها یوم خیبر، و ما کنا مسافحین».
Meymun ibn Yəziddən ... o da Salimdən ki, dedi: Abdullah ibn Ömərdən mütə nikahı barəsində soruşdular. O, dedi:
- Haramdır.
- İbn Abbas mütə nikahında heç bir eyib görmür?, - deyə ondan soruşdular.
- And olsun Allaha, İbn Abbas bilir ki, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Xeybər günü mütə nikahını yasaq etmişdir və bizlər də zinakar deyilik, - deyə İbn Abbas cavab verdi.446
Yuxarıda kı hədisin sənəd baxımından bir neçə qüsuru vardır.
1) Bu hədisin ravilərindən biri olan Mənsur ibn Dinar rical alimlərinin dediklərinə görə etibarlı sayılmır. Abbas ibn Yəhya447, Heysəmi448, Yəhya ibn Muin449 kimi rical alimləri onu "zəif" adlandırmışlar. Nisai450 və Buxari451 də bu qənaətə gəlmişlər ki, o "qüvvətli" ravi deyil və nəql etdiyi hədislərə istinad etmək olmaz.
2) Bu hədisin digər ravisi Əmr ibn Abdullahdır. O da rical alimlərinin dediklərinə görə "zəif" şəxsdir. Yəhya ibn Muin, Nisai, Əbu Zəriə, Əbu Hatəm, Saci onu "zəif", Buxari və Əbu Hatəm "munkirul-hədis", Nisai, Əbu hatəm və Daru Qutni "mətrukul-hədis" bilmişlər452.
Hədisin mətni də nöqsansız deyildir:
1) Bu hədisdə Abdullah ibn Ömərin dilindən açıq-aydın bəyan olunmuşdur ki, o, mütə nikahının Xeybər günündə peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən haram edildiyindən xəbərdar imiş. Lakin həqiqət budur ki, hətta əhli-sünnənin təəssübkeş şəxsləri də bu məsələni qəbul edə bilməzlər. Çünki burada İbn Abbasın təkfiri meydana çıxır. Buna görə də onlar deyirlər ki, Həzrət Əli (əleyhis-səlam) İbn Abbasın mütə nikahının təhrimindən xəbəri olmadığı üçün bu hadisəni ona xatırlatdı və İbn Abbas öz fikrindən döndü.
2) Bu hədis İbn Ömərdən mütə nikahının halallığı barəsində nəql olunan iki hədisə ziddir.453
Bu halda hazırkı hədis hansı güclə Quran ayələri və təriqət mənbələrində mövcud olan, mütəvatir hədislərin halallığını isbat etdiyi bir nikahı nəsx və ya təhrim edə bilər?
Üçüncü hədis:
Mütə nikahının haram edildiyinə etiqad bəsləyənlərin istinad etdikləri və öz nəzəriyyələri üçün əsas götürdükləri digər hədis Kəb ibn Malikin nəql etdiyi hədisdir. Kəb onu peyğəmbərdən nəql etmişdir. Hədis belədir:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin