Yeddinci dəlil: "Ehsan" ayəsi «وَ الْمُحْصَناتُ مِنَ النِّساءِ إِلاَّ ما مَلَكَتْ أَيْمانُكُمْ كِتابَ اللَّهِ عَلَيْكُمْ وَ أُحِلَّ لَكُمْ ما وَراءَ ذلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوالِكُمْ مُحْصِنينَ غَيْرَ مُسافِحينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَريضَةً وَ لا جُناحَ عَلَيْكُمْ فيما تَراضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَريضَةِ إِنَّ اللَّهَ كانَ عَليماً حَكيماً» "Müharibə əsiri kimi malik olduğunuz arvadlardan suvay, ərli arvadlar sizə (haram edilib). (Bu) ilahi fərizədir (ki, Allah sizin üçün yazmışdır). Bunlardan (bu deyilmiş qadınlardan) ayrıları ilə, iffətli şəkildə və zinakarlığa yol vermədən, mallarınızla evlənmək istəməyiniz halal edilmişdir. Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! Mehriyyə müəyyən ediləndən sonra bir-birinizin (mehriyyənin və ya müddətinin azaldılması və ya çoxaldılması barədə ) razılaşmağınızın günahı yoxdur. Həqiqətən, Allah elm və hikmət sahibidir." Mütə nikahının nəsxini iddia edənlərin bunu sübut etmək üçün istinad etdikləri axırıncı ayə (dəlil) mütə ayəsinin ardı, daha doğrusu "ehsan" adı ilə tanınmış ayədir.
Bu şəxslərin təfsirlərinə əsasən, Allah-taala qadınlardan bəhrələnməyi mehr və "sifah"sız (zinasız) "ihsan" şərtilə halal etmişdir və mütə buna daxil deyildir. Ona görə ki, mütə müvəqqəti evlilikdir və "ihsan" deyildir. "İhsan" isə rəsmi və daimi evliliyə (nikaha) deyilir. Bu səbəbdən də əgər mütə arvadı olan bir kişi zina edərsə daşqalaq olunmur. Çünki onun zinası arvadı olan kişinin zinası deyildir. Deməli, həmin dəlil mütənin "əhəllə ləkum ma vəraə zalikum" cümləsinə aid (daxil) olmasına mane olur. Və mütə də bu hilliyyətdən (halallıqdan) xaric olur.420 Yuxarıdakı ayəni bu şəkildə təfsir etmək və mütə nikahının nəsx olunduğunu onunla sübuta yetirmək də bir neçə baxımdan qüsurludur.
1) Bu cümlə "milki yəminə" də (Müharibə əsiri kimi müsəlmanların malik olduqları arvad, kəniz ) aid olduğundan "ihsan"ın iffət "ihsan"ı olduğunu üzə çıxarır. Yəni buradakı "ihsan" evlilik və nikah "ihsanı" deyil, iffət (ismət) "ihsanı"dır421. Belə ki, hər iki təriqət alimləri, o cümlədən Alusi422, Qurtubi423, Həqqi Brusvi424, Müqəddəs Ərdəbili425 və başqaları426 bu həqiqəti vurğulamışlar.
2) Fərz etsək ki, "ihsan" deyəndə evlənmək nəzərdə tutulmuşdur, bu halda sözü gedən ayə mütə nikahına da aid olur. Belə ki, mütə arvadı olan kişinin zina etdiyi halda daşqalaq olunmaması bu kişinin zövcəsi (həyat yoldaşı) olmadığına görə deyil. Buna görədir ki, sünnə nahiyəsindən olan dəlil daşqalaq hökmünü bəyan etmiş və ya "təxsis" etmişdir. Zövciyyətin (evlilik) digər hökmləri kimi məsələn, irs, talaq, nəfəqə (xərclik) və başqaları.427 3) "İhsan" həmişə zövciyyətlə birgə işlənmir. Yəni əgər kişi və qadın arasında əqd kəbini oxunarsa amma yaxınlıq (duxul) baş verməzsə və ya onlardan biri səfərdə olarsa bu halda onlara "mohsin" (ihsana əməl edən) deyilmir. Əlaməti də budur ki, onlardan hər biri bu şəraitdə zina etsə, daşqalaq olunmur.428