Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil


«و ان اردتم استبدال زوج و آتیتم احدیهنّ قنطارا فلا تأخذوا منه شیئا...»



Yüklə 1,13 Mb.
səhifə80/85
tarix20.06.2022
ölçüsü1,13 Mb.
#117077
1   ...   77   78   79   80   81   82   83   84   85
Müvəqqəti nikah (elmi araşdırma)

«و ان اردتم استبدال زوج و آتیتم احدیهنّ قنطارا فلا تأخذوا منه شیئا...»
Bir arvadın yerinə ayrı bir arvad almaq istəsəniz, onlardan birinə çoxlu mal vermiş olsanız da ondan heç bir şey qaytarıb almayın!...475
Habelə buyurmuşdur:
«لا جناح علیکم ان طلقتم النساء مالم تمسوهن او تفرضوا لهن فریضه و متعوهن علی الموسع قدره و علی المقتر قدره متاعا ...- و ان طلقتموهنّ من قبل ان تمسوهنّ و قد فرضتم لهنّ فریضة فنصف ما فرضتم»
Yaxınlıq etməyib kəbin müəyyən etmədiyiniz arvadlarınızı boşamağınızın günahı yoxdur. Onları layiqincə - varlılar varları qədər, yoxsullar isə gücləri çatdığı qədər, faydalandırın! ... Və onları yaxınlıq etməzdən əvvəl və kəbin haqlarını təyin etdiyiniz halda boşasanız, təyin etdiyinizin yarısını (onlara verməlisiniz).476
Bununla yanaşı, təfsirçilərdən bəziləri öncə qeyd etdiyimiz ayənin, yəni "fəməstətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh" cümləsinin təkid üçün olduğunu da ehtimal vermişlər. Bu sözə etiraz edərək desək ki, irəlidə qeyd etdiyimiz öncə nazil olan ayələrin deyiliş tonu (intonasiyası), xüsusilə də "və in ərədtum istibdalə zəvcin..." ayəsinin məzmunu deyilmiş cümlədən də təkidlidir, artıq mübahisə üçün yer qalmır.477
Bu izahdan sonra məlum olur ki, bu şübhənin əsli sadəcə bir yalandan irəli gəlmiş, bir qrup qərəzli insan da həqiqətləri təhrif etmək üçün ona uymuşlar. Biz bu şübhə haqqındakı müzakirələrimizdə bu miqdarla kifayətlənir və cavablandırmaq üçün digər şübhəyə keçirik.
Ikinci şübhə
Mütə nikahının haramlığını təsdiqləyənlər başqa bir şübhə yaratmış və "Nisa" surəsinin 25-ci ayəsini dəlil götürmüşlər. Ayədə deyilir:
« وَ مَنْ لَمْ يَسْتَطِعْ مِنْكُمْ طَوْلاً أَنْ يَنْكِحَ الْمُحْصَناتِ الْمُؤْمِناتِ فَمِنْ ما مَلَكَتْ أَيْمانُكُمْ مِنْ فَتَياتِكُمُ الْمُؤْمِنات... »
Sizdən azad və mömin qadınlarla evlənməyə maddi imkanları çatışmayanlar, malik ollduqları mömin qızlardan (cariyələrdən, kənizlərdən) alsın.
Bu ayə təklifi (şəriət hökmünü ) asanlaşdırmaq məqamındadır. Sual budur ki, nə üçün ayə, əxlaqsızlığın qarşısını almaq üçün iki yol (kənizlə evlənmə və ya azad qızlarla müvəqqəti evlilik) təklif etmək mümkün olan yerdə onların biri ilə kifayətlənmişdir? Deməli, müvəqqəti nikahı halal bilməmişdir. Yoxsa əxlaqsızlıq yollarını bağlamaq üçün kənizlərlə evlənmədən öncə müvəqqəti evlənmə təklif olunardı.478
Cavabımız budur ki, düzdür, müvəqqəti evlənmə də subaylar üçün əlac bir yol hesab olunur. Lakin ailə təşkil etmək, yeni nəsil dünyaya gətirmək və öz yerinə çanişin təyin etmək fikrində olanlar üçün təbii ki, normal evlənmə halı daimi evlənməkdir. Ona görə də burada mütə barəsində söz açılmamış və bu nikah növü çıxış yolu kimi qeyd olunmamışdır. Habelə demək olar ki, mütənin şəriətdə qəbul olunması müsəlmanlar üçün bir növ güzəştə getməkdir. Belə ki, səfərdə və ya evdə məcburiyyətə düşən insanlar bu təması zina şəklində görməyib, müvəqqəti nikah şəklində etmələri məqsədə uyğundur. Bəli, mütə nikahının şəriət hökmü kimi qəbul olunması heç bir şəraitdə Allah bəndələrinin əlinə bəhanə verilməməsi üçün və fəsadın (əxlaqsızlığın) kökünü kəsmək üçün idi.
Daha doğrusu, bu ayədəki kəlam eşidənlərin zehnlərinin vərdiş etdiyi məşhur şəkildə, adət üzrə nazil olmuşdur. Nəinki, mütə çıxış yolu deyildir. Əksinə, Qurani-kərimin bəyan tərzi budur ki, adətən, şəriət hökmləri və qanunlarını bəyan edəndə məşhur və qulaqların adət etdiyi üsluba üstünlük versin. Məsələn, ayələrin birində belə buyrulmuşdur:

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin